Göylərdə və yerdə nə varsa, hamısı Allahı təqdis edib şəninə təriflər deməktədir. O,yenilməz qüvvət və hikmət sahibidir! Göylərin və yerin hökmü Onun əlindədir. Dirildən də, öldürən də Odur. O, hər şeyə qadirdir. Əvvəl də, Axır da, Zahir də, Batin də Odur. O, hər şeyi biləndir!(Allahın zatı hər şeydən əvvəldir. Hər şey məhv olduqdan sonra zatı qalacaqdır). O yerə girəni də, yerdən çıxanı da, göydən enəni də, göyə qalxanı da bilir. Siz harada olsanız, O sizinlədir. Allah sizin nə etdiklərinizi görəndir!(Əl-Hədid Surəsi, 1-4)
İbadət, qulluq mənasını verir. Yəni insanların qul olaraq Allah üçün etdikləri hər hərəkət, danışma, hal və rəftar bir ibadətdir. Namaz bir insan üçün necə əhəmiyyətli və fərz olan bir ibadətdirsə, eyni şəkildə hirsi məğlub etmək, gözəl söz söyləmək, insanları xəbərdar edib qorxutmaq, pis fikirlərdə olmamaq ya da mübahisəçi olmamaq da bir ibadətdir. O, göylərin və yerin, onların arasında olan hər şeyin Rəbbidir! Yalnız Ona ibadət et və Onun ibadətinə səbrli ol! Heç Ona bənzərini görmüsənmi? ( Məryəm Surəsi, 65)
"Qərarlı olmaq", bir mövzuda stabillik göstərmək, nəticəyə çatmada heç bir maneə tanımamaq və əzmlə cəhd göstərərək hər nə olursa olsun lazım olanları etmək və yerinə yetirmək mənasını verir. Yuxarıdakı ayədə keçən dayanıqlılıq da bu mənada istifadə edilmişdir. Allah Müsəlmanlardan yalnız ibadət etmələrini deyil, eyni zamanda ibadətdə qərarlı olmalarını istəməkdədir.
Ancaq insanlar ibadətdə qərarlı olmağı çox məhdud qiymətləndirirlər. Çünki ibadət sözünün yalnız namaz, oruc, həcc, zəkat kimi insanın üzərinə fərz olan hökmlər mənasını verdiyini zənn edirlər. Halbuki ibadət, qulluq mənasını verir. Yəni insanların qul olaraq Allah üçün etdikləri hər hərəkət, danışma, hal və rəftar bir ibadətdir. Namaz bir insan üçün necə əhəmiyyətli və fərz olan bir ibadətdirsə, eyni şəkildə hirsi məğlub etmək, gözəl söz söyləmək, insanları xəbərdar edib qorxutmaq, pis fikirlərdə olmamaq ya da mübahisəçi olmamaq da bir ibadətdir. Bu səbəblə Allahın "ibadətdə qərarlı ol" əmri həm hərəkəti ibadətlər həm də əxlaq üçün etibarlıdır.
Allah, Müsəlmanlara dinlərində qərarlı olmaları əmrini verərkən, Quranın bir çox ayəsində Müsəlmanların dözümlülüyünü sınaqdan keçirəcəyini bildirər. Ayələr keçmişdə yaşayan Müsəlmanların və peyğəmbərlərin həyatlarından bölmələr təqdim edərkən, tez-tez onların imanlarının və dözümlülüyünün sınandığı hadisələrdən nümunələr verər.
Çünki bu cür zamanlar, Müsəlmanların Allaha olan bağlılıqlarını və sədaqətli olduqlarını isbat etmək üçün qiymətli fürsətlərdir.
Çünki bu cür zamanlar, Müsəlmanların Allaha olan bağlılıqlarını və sədaqətli olduqlarını isbat etmək üçün qiymətli fürsətlərdir.
Allah, Müsəlmanların dinlərinə olan bağlılıqlarını sınadığı zamanlara dair ən çox, inkarçıların şifahi ya da hərəkəti hücum anlarını nümunə verər. Ya da Müsəlmanlara böhtan atıldığı, insanların topluca üz çevirdiyi, bir xəstəlik toxunduğu, aclıq, susuzluq, yorğunluq olduğu, çətin və təhlükəli bir vəziyyətlə qarşı-qarşıya qalındığı və xüsusilə insan canının təkhlükə altına girdiyi anlar nümunə olaraq verilər. Bu cür vəziyyətlər Müsəlmanların öz dinlərini yaşamda və yaşatmaqda stabillik edəcəyi vəziyyətlərdir.
Bir də Allahın böyük bir bolluq, sağlamlıq, dinclik,zənginlik və ya iqtidar verdiyi vəziyyətlər vardır ki, bu zamanlar da insanın zəifliyə düşməməsi və onun dini yaşamındakı dayanıqlılığını göstərəcəyi çox qiymətli zamanlardır.Yəni Müsəlmanlar həm çətinlik həm də asanlıqla sınanırlar.Hər iki vəziyyət də Müsəlmanların rəftarında mənfi bir dəyişikliyə gətirib çıxarmaz.
Allah insanları bəzən bolluq və zənginliklə kimi zamanda darlıq və çətinliklə sınamaqdadır.Bütün bu vəziyyətlərdə insana düşən böyük bir səbrlə Allahın razılığını axtarmaqda davam etməktədir.
Hirsi məğlub etmək gözəl söz söyləmək və insanları Quranla xəbərdar edib qorxutmaq da Allahın insanlara Quranda əmr etdiyi ibadətlərdəndir.
0 yorum:
Yorum Gönder