MÜSƏLMANIN HƏYATINDA NAMAZ İBADƏTİNİN ƏHƏMİYYƏTİ

 
 
İmanlı  bir insan ibadətlərinə göstərdiyi diqqəti ilə bilinər. Allah (c.c.)ın vacib etdiyi namaz, oruc, və dəstnamaz ibadətlərini həyatı boyunca həvəslə davam etdirər. Allah (c.c.) saleh Müsəlmanların ibadət həvəsini bir çox ayəsində belə xəbər verir. Bu ayələrdən biri belədir:
 
Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) – məhz onları (gözəl) axirət yurdu – gözləyir. (Rad surəsi, 22)
 
Namaz, möminlərə ömürlərinin axırına kimi davam etdirmələri əmr olunan, vaxtları təyin olunmuş bir ibadətdir. İnsan unutqanlığa və qəflətə düşməyə uyğun bir varlıqdır. İradəsindən istifadə etməyib özünü gündəlik hadisələrin axarına təslim edərsə diqqət verməsi və unutmamalı mövzulardan uzaqlaşar. Allah (c.c.)ın onu hər tərəfdən əhatə etdiyini, hər an onu izlədiyini, eşitdiyini, etdiyi hər şeyin hesabını Allah (c.c.)a verəcəyini, ölümü, cənnətin və cəhənnəmin varlığını, taleyin xaricində heç bir hadisənin baş verməyəcəyini, qarşılaşdığı hər şeydə, hər hadisədə bir xeyir olduğunu unudar. Qəflətə düşərək, həyatının əsl məqsədini anlamaya bilər.

Gündə beş dəfə qılınan namaz isə, bu unutqanlığı və qəfləti yox edərək, möminin şüurunu və iradəsini canlı tutur. Möminin daimi Allah (c.c.)a yönəlməsini təmin edir və Rəbbimizin əmrlərini həyatı boyunca davam etdirməsinə kömək edir. Namaz qılmaq üçün Allah (c.c.)ın hüzurunda dayanan mömin, Rəbbimiz ilə mənəvi bir əlaqə qurur. Namazın insana Allah (c.c.)ı xatırlatdığını və insanı hər cür pis əməldən qoruduğu bir ayədə belə bildirilir:
 
Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir. (Ənkəbut surəsi, 45)
 
Tarix boyu peyğəmbərlər qövmlərinə Allah (c.c.)ın vacib etdiyi namaz ibadətini təbliğ edib, özləri də həyatları boyu bu ibadəti ən gözəl və ən doğru şəkildə tətbiq edərək bütün möminlərə nümunə olublar. Bu mövzuyla əlaqədar ayələrdən bəziləri belədir:

- Hz. İbrahim üçün:
 
Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Ey Rəbbimiz! Duamı qəbul elə! (İbrahim surəsi, 40)
 
- Hz. İsmayıl üçün:
 
Kitabda İsmaili də xatırla! Həqiqətən, o öz vədinə sadiq idi. O bir elçi və peyğəmbər idi. O öz ailəsinə namaz qılmağı, zəkat verməyi əmr edirdi. O, Rəbbinin rizasını qazanmışdı. (Məryəm surəsi, 54-55)
 
- Hz. Musa üçün:
 
Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl! (Ta ha surəsi, 14)
 
-Hz. İsa üçün:
 
(Körpə) (dil) (açıb) dedi: “Həqiqətən də, mən Allahın quluyam! O mənə Kitab verdi və məni peyğəmbər etdi. Harada oluramsa olum, məni mübarək etdi və nə qədər ki sağam, mənə namaz qılıb zəkat verməyi əmr etdi. (Məryəm surəsi, 30-31)
 
Mömin qadınlara nümunə olaraq göstərilən Hz. Məryəmə də namaz qılmaq əmr olunub:
 
Ey Məryəm! Rəbbinə itaət et! Səcdə qıl və rükuya gedənlərlə birlikdə rükuya get! (Ali İmran surəsi, 43)
 
 
Namaz Hansı Vaxtlarda vacib edilib?

Quranda, namazın möminlərə vaxtları təyin olunmuş bir ibadət olaraq vacib olduğu bildirilir. Ayədə belə deyilir:
Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. Təhlükə sizdən sovuşduqda isə, namazı (lazımi qaydada) qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir. (Nisa surəsi, 103)
 
Namazın vaxtları, “sübh”, “zöhr”, “əsr”, “məğrib” və “işa” olmaqla beş vaxtdan ibarətdir. Namazın vaxtları bir çox Quran ayəsində izah edilərək bildirilir. Bu ayələrdən bəziləri bunlardır:
Onların dediklərinə səbr et. Günəş doğmamışdan və batmamışdan əvvəl Rəbbini həmd-səna ilə təriflə, gecənin bəzi saatlarında və gündüzün iki başında Ona təriflər de ki, bəlkə razı qalasan. (Ta ha surəsi, 130)
 
Odur ki, siz axşama çatanda və səhərə çıxanda Allahın şərəfinə çoxlu tərif söyləyin. Göylərdə və yerdə həmd Ona məxsusdur. Axşam çağında da, günortaya yetişəndə də (Onun şərəfinə təriflər deyin). (Rum surəsi, 17-18)
 
Allah (c.c.)ın vəhy və ilhamıyla Quranı ən yaxşı anlayan və təfsir edən Peyğəmbərimiz də (s.ə.v) gündəlik beş vaxt namazın başlanğıc və bitmə zamanlarını möminlərə bildiribdir. Namaz vaxtlarının bildirildiyi ən çox bilinən hədislərdən biri İbni Abbasın bildirdiyi hədisdir: 
Rəsulullah (s.ə.v.) buyurdular ki: “Cəbrayıl (ə.s.) mənə, Beytullahın yanında, iki dəfə imamlıq etdi. Bunlardan birincisində zöhrü, kölgə ayaqqabı qaytanına qədər olanda etdi. Sonra, əsri hər şeyin kölgəsi boyu qədər olanda etdi. Sonra məğribi günəş batdığı və oruclu insanın orucunu açdığı zaman etdi. Sonra işanı, üfüqdəki işıqlıq (şəfəq) itincə etdi. Sonra sübhü şəfəq olunca və oruclu insana yemək haram olanda etdi. İkinci səfər zöhrü, dünənki əsrin vaxtında hər şeyin kölgəsi özü qədər olanda etdi. Sonra əsri, hər şeyin kölgəsi özündən iki dəfə böyük olduqda etdi. Sonra məğribi, əvvəlki vaxtında etdi. Sonra işanı, gecənin üçdə biri girincə etdi. Sonra sübhü, yer üzü ağaranda etdi. Sonra Cəbrayıl (ə.s.) mənə yönəlib: “Ey Məhəmməd. Bunlar səndən əvvəlki peyğəmbərlərin (ə.s.) vaxtıdır. Namaz vaxtı da bu iki vaxt arasında qalan zamandır!” dedi.”
 
Namazı huşu ilə qılmaq ,Uca Rəbbimizin hüzurunda Onun heybət və əzəmətini qəlbimizdə hiss edərək, Ona hörmət dolu bir qorxu bəsləyərək bu ibadəti yerinə yetirməkdir. Namaz ibadətini haqqı ilə yerinə yetirmək istəyən bir mömin, huşuya mane olan şeylərə qarşı tədbir görməli, namazda lazım olan diqqəti maksimum dərəcədə göstərməlidir.

Namazı doğru qılmaq Rəbbimizi xatırlamamızı, Onu ucaltmamızı və bütün nöqsanlardan uzaq tutaraq Onu tək Allah olaraq qəbul etməmiz üçün böyük bir fürsətdir. Necə ki, ayədə Allah Özünü zikr etmək üçün namaz qılınmasını belə buyurur:
Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir ilah yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl! (Ta ha surəsi, 14)

0 yorum:

Yorum Gönder