İNKARÇILARIN ALLAHA QARŞI MÜBARİZƏ ÜÇÜN SƏY GÖSTƏRMƏLƏRİ ALLAHIN YARATDIĞI BİR MÖCÜZƏDİR

Əgər bir insan Allahı inkar edir, yaradılışa inanmırsa bu dünyanın sonu olacağına və ölüm ilə birlikdə yeni bir yaradılışla yaradılıb sonsuza qədər var olacağı həqiqətinə inanmaq istəmirsə, bütün sahib olduğunun bu dünyadan ibrət olduğunu sanırsa, o zaman bu insan, dəhşətli və hürkütücü bir gözləyiş içindədir. Özü bu vəziyyətin fərqində deyilmiş kimi görünməyə çalışar. Məqsədinin dünyanın dadını çıxarmaq olduğunu iddia edər. Sabahı düşünmədiyini, yalnız anı yaşadığını müdafiə edər. Halbuki şüur altında daim “yox olma”nın narahatlığı vardır. Mütləq varlığına inanadığı bu dünya həyatı get-gedə özünü tərk etməkdədir. Ölüm yaxınlaşmaqdadır. Ölümün sonrasında isə, öz batil inancına görə, yalnız yox olmaq vardır. Bu o adamı həqiqi mənada dəhşətə salır.

Allahı inkar edən bir insanın yaşadığı dəhşət, yalnız yox olma qorxusu ilə məhdut deyil. Yaradılışı rədd edən, hər şeyin özlüyündə təsadüflərlə var olduğunu zənn edən, bu səbəbdən özünün də, bu kainatın da başıboş olduğuna inanan bir insan üçün hər şey eyni şəkildə dəhşət vericidir. Ayaqlarının altında içi qaynayan bir mağarayı örtən incə bir qabıq dayanmaqdadır. Dünya isə kosmos boşluğunun içində böyük bir sürətlə dönüb dayanmaqdadır. Əgər inandığı kimi hər şey təsadüfü isə, dünyaya hər an bir metroitin çarpma ehtimalı, hər an dərin və böyük sarsıntılarla yer üzünün bütününün yerlə bir olma ehtimalı qaçınılmazdır. Dünya həyatını əlverişli edən milyardlarla həssas nizam və tarazlığın hər hansı bir şəkildə ortadan qalxa bilər. Bu səbəbdən belə bir insan üçün dərhal hər şey təhlükədir və bir dəhşət vericidir. Təsadüfən atdığına inandığı ürək, təsadüfən bədənində daşıdığına inandığı damarlar, təsadüfən gördüyünə inanadığı gözləri hər an təhlükə altındadır.

Bu insanlar, sahib olduqları tək şeyin bu dünya həyatı olduğuna inanan, deyən kəslərdir. Ayədə ifadə edildiyi kimi: Bizim həyatımız yalnız bu dünyadadır. (Birimiz) ölür, (birimiz) dirilirik. (Birimiz dünyaya gəlir, birimiz dünyadan gedirik). Biz (öləndən sonra bir daha) dirildiləcək deyilik! (Mömin Surəsi, 37) Bu əyri məntiqə sahib olan insanların inkar etmələrinin məqsədi isə hər nə qədər dəhşət və qorxu içində yaşayır olsalar da , yalnız dünya həyatından mümkün olduğunca faydalana bilməkdir. Bu səbəbdən belə bir insanın, yenə bütün imkanları ilə, özlüyündə yox olmadan əvvəl, bütün imkanlarını başıboş zənn etdiyi dünyada canlı qala bilmək üçün səfərbər etməsi və yalnız bu istiqamətdə səy göstərməsi gözlənilər. Fəqət belədir. Bu insanların böyük əksəriyyəti, imkanlarını həyatda qala bilmək üçün və ya dünya zövqləri üçün deyil, Müsəlmanlarla mübarizə üçün səfərbər edərlər. Bu həqiqətən də çaşılacaq bir vəziyyətdir. Dünya həyatında əldə etdikləri bütün gücü, pulu, imkanı, qısaca Allahı özlərinə verdiyi hər şeyi yalnız Allaha və dinə qarşı mübarizə edə bilmək üçün, özlərincə Müsəlmanları gücsüz sala bilmək və onlara əziyyət verə bilmək üçün xərcləmələri heyrət vericidir.
 
Uca Rəbbimiz, bu həqiqəti ayələri ilə belə xəbər vermışdir:

İnsanların başına gələn bir müsibətdən sonra onlara bir mərhəmət (asudəlik) dadızdırsaq, (ayələrimiz barəsində) dərhal hiylə qurmağa girişərlər. De: “Allah daha tədbirlidir”. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri (əməl dəftərinizə) yazırlar! (Yunus Surəsi, 21)

Çətinlik anında Allahın qudrətini görüb təqdir edən inkarçılar, rifaha çatdıqlarında Uca Allahın öz fəzilindən lütf etdiyi rəhmətini özlərindən zənn edər, böyük bir ağılsızlıqla rifah və güc sahibi olduqlarına inanaraq bütün enerjilərini Müsəlmanlara qarşı mübarizəyə yönəltməktədirlər. Allah bu insanları, Müsəlmanların imtahanı üçün xüsusi olaraq yaratmışdır. Onların belə yaradılmaları, Allahın varlığının böyük dəlillərindən biridir.

Uca Allah inkarçıların bu tutumunu ayələrlə xəbər vermişdir:

Uca Allah Quran əxlaqına görə yaşamaq istəməyən bəzi inkarçıların mütləq bütün güclərini Allah və müsəlmanlara qarşı mübarizə üçün istifadə edəcəklərini Quranda xəbər vermişdir. Bu ayələrdən bəziləri bu şəkildədir:

Küfr edənlər öz mallarını (insanları) Allah yolundan döndərmək üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. Kafirlər Cəhənnəm tərəfə sürüklənəcəklər. (Ənfal Surəsi, 36)

Bir zaman kafirlər səni həbs etmək və ya öldürmək, üçün sənə qarşı hiylə qururdular. Allah da (onların bu hiyləsinə qarşı) tədbir tökdü. Allah tədbir tökənlərin ən yaxşısıdır! (Ənfal Surəsi, 30)

Allah sizin tövbələrinizi qəbul etmək istəyir. Öz nəfsinə uyanlar isə sizi böyük bir əyriliklə (düz yoldan) sapdırmaq istəyirlər. (Nisa Surəsi, 27)
 
O kəslər ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan döndərir (islam dinini qəbul etməyə mane olur) və o yolu əyri hala salmaq istəyirlər. Onlar (haqq yoldan) azıb uzaq düşmüşlər. (İbrahim Surəsi, 3)

Şəhərdə doqquz kişi var idi ki, yer üzündə fitnə-fəsad törədər, əsla yaxşı bir iş görməzlər. Öz aralarında Allaha and içib belə dedilər: Biz gecə ona və ailəsinə hücum edib  öldürəcək, sonra da onun qəyyumuna deyəcəyik ki, biz onun ailəsinin (kimlər tərəfindən) öldürüldüyünü görməmişik (öldürüldüyü yerdə olmamışıq) və biz, həqiqətən, doğru danışırıq!” Onlar bir hiylə qurdular. Biz isə özləri də bilmədən (gözlənilməyən bir əzabla) hiylələrinin cəzasını verdik. (Nəml Surəsi, 48-50)

Özlərinə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gələcəyi təqdirdə hər hansı ümmətdən daha artıq doğru yolda olacaqları barədə Allaha çox möhkəm and içmişdilər. Amma onlara belə bir peyğəmbər gəldikdə bu ancaq onların nifrətini artırdı (haqq yoldan daha da uzaqlaşdılar). (Bu isə onların) yer üzündə təkəbbür göstərmələri və pis əməlləri ucbatından idi. Pis əməl (qərəzli hiylə) ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allahın adəti (qayda-qanunu) üzrə (özlərindən) əvvəlkilərin düçar olduqları müsibətlərimi (həmin müsibətlərin onların öz başlarına da gəlməsinimi) gözləyirlər? (ya Peyğəmbər!) Sən Allahın qoyduğu qayda-qanunda heç bir dəyişiklik tapmazsan! (Fatir Surəsi, 42-43)

Ey iman gətirənlər! Özündən başqasını özünüzə sirdaş (dost) tutmayın. Onlar sizin barənizdə fitnə-fəsad törətməkdən əl çəkməzlər, sizin (zərərə və) əziyyətə düşməyinizi istəyirlər. Həqiqətən, onların sizə qarşı olan ədavəti ağızlarından çıxan sözlərdən aşkar olur. Amma ürəklərində gizlətdikləri (düşmənçilik) isə daha böyükdür. Əgər düşünüb dərk edirsinizsə, ayələri artıq sizə izah etdik. Bəli, siz o kimsələrsiniz ki, onları sevirsiniz, onlar isə sizləri sevməzlər. Siz kitabın hamısına (bütün ilahi kitablara) inanırsınız. Onlar sizinlə görüşdükləri zaman: “Biz də inandıq”, - deyir, xəlvətdə olduqda isə sizə qarşı qəzəblərindən barmaqlarını gəmirirlər. De: “Acığınızdan ölün!” Əlbəttə, Allah ürəklərdə olanları biləndir. Sizə bir mənfəət yetişəndə onlar qəmgin olur, sizə bir zərər toxunanda isə ona sevinirlər. Əgər səbr edib özünüzü qorusanız (Allahdan qorxsanız), onların hiyləsi sizə heç bir zərər yetirməz. Şübhəsiz ki, Allah onların nə etdiklərini biləndir.( Ali İmran Surəsi, 118-120)
 
İnsanlar içində eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri və nurani kitabı olmadan Allah barəsində mübahisə edər. Allahın yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq! (Həc Surəsi, 8-9)
Məgər Allahın göylərdə və yerdə olanları sizə ram etdiyini, aşkar və gizli nemətləri sizə bolluca ehsan etdiyini görmürsünüzmü? İnsanlar içərisində eləsi də vardır ki, nə bir elmi, nə bir doğru yol göstərən rəhbəri, nə də bir nurani (ilahi) kitabı olmadan Allah barəsində mübahisə edər. (Loğman Surəsi, 20)
 
Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız.(Ən’am Surəsi, 121)

Onlardan əvvəl Nuh qövmü, sonrakı (kafir) firqələr də  təkzib etmiş, hər ümmət öz peyğəmbərlərini yaxalamağa cəhd göstərmiş və haqqı yalana çıxartmaq məqsədilə boş sözlərlə mübahisə aparmışdılar. Buna görə də Mən onları əzabla yaxaladım. Artıq Mənim cəzam necə oldu? (Mü’min Surəsi, 5)

O kəslər ki, özlərinə heç bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edərlər. Bu həm Allah, həm də iman gətirənlər yanında (onlara qarşı) nifrət artırar. Allah hər təkəbbür sahibinin, zalımın ürəyini (təkəbbür, zülm sahibi olan hər bir qəlbi) belə möhürləyər! (Mömin Surəsi, 35)
 


İnkarçılar bu həyata dair keçici zövqlərdən əsla zövq ala bilməzlər

Uca Rəbbimiz Quranda, bu dünya həyatını, bir bəzək, keçici bir əmtəə, qısa davamlı bir faydalanma, bir oyun və əylənmə mövzusu olaraq yaratdığını ifadə edər. Allah və axirəti inkar edərək yalnız bu dünya üçün yaşadıqlarını iddia edən insanların, ilk baxışda dünya həyatının bəzək və keçici zövqlərindən faydalandıqları, dünya həyatını arzuladıqları şəkildə zövq və xoşbəxtlik içində yaşadıqları düşünülə bilər. Halbuki həqiqət heç də belə deyil. Dünyadakı həyatını anı anına yaşamaq adına Allahı inkar edən insanlar üçün bu dünya əslində qorxu və dəhşət yeridir. Bu insanlar yaşadıqları hər an bir gün yox olacaqlarını düşünərək narahatlıq içindədirlər. Ölən bir ağcaqanad belə onlara əvvəl axır görüşəcəkləri ölümü xatırladır. Ölüm onlar üçün dəhşətlərin ən böyüyüdür. Çünki özlərinə görə tək sahib olduqları dünya əllərindən gedəcək və varlıqlarından əsər qalmayacaq. Belə bir məlumata sahib bir insanın yaşadığı andan zövq ala bilməsi necə mümkün ola bilər? Əlbəttə mümkün deyil. Yox olub gedəcəyini düşünən bir insan bu dünyada ona zövq verməsi lazım olan hər şeydən əslində böyük bir narahatlıq duyar. Bol-bol qızılı olsa, buna sahib olmaq da, bunları xərcləmək də mütləq ona acı və çətinlik verəcək. Musiqi dinləmək, yemək yemək, əyləncə yerlərində vaxt keçirtmək, tətilə getmək, səyahət etmək, bir restoranda yoldaşları ilə vaxt keçirmək, evlənmək, ev, avtomobil, torpaq və.s satın almaq, qısaca dünyada sahib olacağı hər nemət onu mütləq narahat edəcək. Təsadüfən meydana gəldiyinə və hər şeyin başıboş və idarəsiz olduğuna inandığı üçün ağla sığmaz bir çətinlik və qayğı içində olar. Yox olma duyğusu onsuz da bütün qayğıların üstündədir. Yalnız bir an üçün belə, yox olub gedəcəyini ağlına gətirsə, o mütləq xoşbəxtliyini aparacaq. Yaşadığı o anın, o həyatın heç bir mənası qalmayacaq. Özünə xoşbəxtlik verəcəyinə inandığı şeylər onu hirsləndirməyə başlayacaq. Musiqi onu hirsləndirəcək, əyləncə mühitləri hirsləndirəcək, mal yığmaq hirsləndirəcək. İnsanlara göstərş vermək üçün aldığı avtomobilinə minmək, gözəl bir mənzərə görmək, evi, evin dekorasiyası, hətta yoldaşı, uşağı və yaxın qohumları daxil olmaqla onun üçün həmişə hirsləndirici, sevinc qaçırıcı bir ünsur halına gələcəkdir. İnandığı o yox olma anına hər saniyə bir az daha yaxınlaşmaqdadır. Bu səbəbdən hər keçən an onun üçün daha çox qorxu, daha çox qayğı və daha çox hirslilik gətirir.

Uca Rəbbimiz inkarçıların dünyaya aid zövqlərini istehlak edərkən əslində böyük çətinlik içində olduqlarını bir ayədə belə xəbər verir:

Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam (dini) üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki (sıxıntının şiddətindən) göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər! . (Ənam Surəsi, 125)

Başqa bir ayədə isə Rəbbimiz, içində olduqları dəhşət və çətinlik səbəbi ilə bu kəslərə cəhənnəm əzabının bir qisminin dünyada çatmış olduğunu xəbər verməkdədir:

Onlar: Əgər doğru danışırsınızsa, (deyin görək) bu vəd olunan əzab nə vaxt yerinə yetəcəkdir?” – deyə soruşarlar. De: “Tez-tələsik istədiyiniz (əzabın) bir hissəsi, bəlkə də, artıq sizə gəlib çatmaq üzərədir!” (Nəml Surəsi, 71-72)

Zövq və xoşbəxtlik ancaq Allah sevgisi ilə mümkün olar. Bir insan musiqidən, insandan, çiçəkdən, gözəl bir mənzərədən, yaşadığı mühitdən, əyləncədən, dostluqdan, alverdən, söhbətdən ancaq içindəki iman sevinci ilə zövq ala bilər. Bütün bunların ona zövq verə bilməsi üçün içinin rahat olması, vicdanının dinc olması şərtdir. Ürəyi və vicdanı rahat olmayan bir insanın həqiqi mənada xoşbəxt ola bilməsi, zövq ala bilməsi heç bir şəkildə mümkün deyil. İman sevinci isə ancaq Allahı çox sevən, Allahdan çox qorxan, yaşadığı hər anın Allahın lütfü olduğunu bilən bir insanın Allaha qarşı vicdanının rahat, içinin dinc olması ilə mümkün ola bilər. Əslində hər insan bu şüura malikdir. İnkar edənlər də daxil vicdanına görə hərəkət etməsi  lazım olduğunu çox yaxşı bilir. Vicdanının səsini Uca Allah özlərinə ilham edər. Lakin bu insanlar, vicdanlarının səsinə baxmayaraq doğru olanı seçmədiklərinə görə heç bir zaman iç dincliyinə və xoşbəxtliyinə qovuşa bilməz. Tam əksinə yaşadıqları şey davamlı olaraq qorxu, qayğı, narahatlıq və kədərdir.

Dünya həyatını qorxu içində yaşayan inkarçıların, Allaha və Müsəlmanlara qarşı mübarizəyə güc tapa bilmələri bir möcüzədir.

Yunus surəsi 21-ci ayədə göründüyü kimi, özlərinə nemət verilən inkarçılar dərhal Allahın ayələrinə istiqamətli bir nizam qurmaq, Müsəlmanları gücdən salmaq üçün səy göstərirlər. Digər ayələrdə də gördüyünüz kimi bu inkarçılar Haqqa qarşı böyük və geniş diametrli bir mübarizə içinə girərlər. Allah bir ayədə buyurur:

Küfr edənlər öz mallarını (insanları) Allah yolundan döndərmək (islamı qəbul etməyə mane olmaq) üçün sərf edərlər. Onlar mallarını sərf edəcək, lakin sonra (məqsədlərinə çata bilmədiklərinə görə) peşman olacaq, axırda da məğlub ediləcəklər. (Ənfal Surəsi, 36)

Öz ağılları ilə Müsəlmanları uğursuzluğa uğrada bilmək, Quran əxlaqının yer üzünə hakim olmasına maneə törədə bilmək üçün ən dəyər verdikləri dünyəvi əmtəələrini, mallarını, imkanlarını xərcləməkdən çəkinməzlər. Tək sahib olduqlarının dünya həyatı olduğunu zənn etmələrinə baxmayaraq sahib olduqları bütün vaxtlarını müsəlmanlara tələ qurmaq, onlara qarşı intriqa çevirmək üçün istifadə etməkdən qorxmazlar. Bütün enerjilərini, Müsəlmanlara qarşı pislik hazırlamaqla keçirərlər. Bu həqiqətən böyük bir möcüzədir.

Quran əxlaqına qarşı mübarizə edən bir insanın bütün bunlara gücü çatmalıdır. Yaşadığı bu məhdud həyatda bir gün mütləq yox olacağı narahatlığı ilə heç bir zaman rahat olmamalıdır. Bu narahatlığı davamlı içində yaşatdığı üçün Müsəlmanlara qarşı səy göstərməməlidir. İmansız olduğundan, axirətə inanmadığından, Allaha güvənmədiyindən və bunların nəticəsində davamlı qorxu və narahatlıq içində yaşadığından bu adam öz canını özlüyündə qiymətli görməsidir.Bu səbəblədə ölümdən şiddətlə qorxar. Əlindəki yeganə dünyəvi dəyərlərini, pulunu və digər imkanlarını Müsəlmanları gücsüz etməyə çalışmaq üçün xərcləməməsi, intriqa çevirməyə vaxt ayıra bilməməsi, belə bir işdə taqət gətirə bilməz. Belə insan özlüyündə zehni keyidib əyləncəyə dalması, qalan vaxtını öz dünyasını zövqlə əyləndirərək keçirir. Lakin bunu edə bilmir. Çünki Allah onları Müsəlmanlarla mübarızə etmək üçün xüsusi olaraq yaratmışdır. Bu onların qədərlərindəki vəzifədir. Bu insanların bütün qorxularına baxmayaraq bütün dünyavi imkanlarını Allaha və Allah tərəfdarlarına qarşı mübarizə üçün səy göstərmələri, ölümdən bu qədər dəhşətlə qorxarkən Müsəlmanları yox etmək uğruna onlara qarşı mübürizəyə girməyi gözə almaları, Allahın onları imtahan etmək üçün xüsusi bir yaradılışla yaratdığının çox açıq dəlilidir. Ayədə ifadə edildiyi kimi, Müsəlmanlara nizam və tələ qurmaq bu insanlara bəzəkli və cazibədar göstərilmişdir:

Xeyr, kafirlərə öz hiylələri gözəl göstərildi və onlar (haqq) yoldan döndərildilər. Əslində, Allahın zəlalətə saldığı kimsəyə doğru yolu göstərən olmaz. (Rad Surəsi, 33)
 
İnkarçıların tələləri dağları yerındən oynadacaq olsa təxribata uğrayacaq şəkildə yaradılmışdır.
 
Həqiqət budur kı onlar hiylə qurdular. Onların hiyləsi Allah dərgahında məlumdur (və buna görə də cəzalarını da alacaqlar). Onların hiyləsi ilə dağlar (islam dini, onun hökmləri) yerindən oynayan deyildir! (Və ya onların hiyləsi dağları yerindən oynatsa belə, yenə də Allahın dini qarşısında acizdir!. (İbrahim Surəsi, 46)

Uca Allahın Adətullahına görə Allah dostu saleh möminlər hər vaxt güclü və üstündürlər. İnkarçıların bilmədiyi ən böyük sirlərdən biri heç bir zaman Allah tərəfdarlarını yıxa bilməyəcəkləridir. Bax bu səbəblə bu kəslər istədikləri zaman nizam qursunlar, istədikləri qaranlıq planı təşkil etsinlər, heç bir zaman özlərini gözləyən çətinliklərdən xilas ola bilməyəcəklər. Əlbəttə Allah onları hər tərəfdən əhatə etmişdir. Bütün gücün sahibi Uca Rəbbimiz qarşısında əlbəttə ki, acizdirlər. Allah yolunda səy göstərən Müsəlmanlara etdiklərinin mütləq qarşılığını görəcəklər. Cənabi Allah ayəsində belə buyurur:

Allahın onları yerə gömməyəcəyinə, yaxud özləri də bilmədikləri bir yerdən onlara əzabın gəlməyəcəyinə əmindirlərmi?! Və ya gəzib dolaşarkən əzabın onları yaxalamasından (Allahın onları məhv etməsindən qorxmurlarmı?) Axı onlar (Allahı) aciz edə bilməzlər. Yoxsa onlar tədriclə əzaba giriftar olmayacaqlarına əmindirlər?! Həqiqətən, Rəbbin şəfqətlidir, mərhəmətlidir! . (Nəhl Surəsi, 45-47)

Yoxsa dünyada pis əməllər edənlər (axirətdə) onları iman gətirib yaxşı işlər görənlərlə bir tutacağımızı, onların həyatlarının və ölümlərinin eyni olacağını güman edirlər?! Onlar nə pis mühakimə yürüdürlər!. (Casiye Surəsi, 21)

Allah saleh möminlərinə müjdə verər:

Səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir. Onlardan (müşriklərdən) ötrü kədərlənmə və (səni öldürmək məqsədilə) qurduqları hiylələrə görə də ürəyini qısma! Həqiqətən, Allah Ondan qorxub pis əməllərdən çəkinənlər və yaxşı işlər görənlərlədir! (Nəhl Surəsi, 127-128)

0 yorum:

Yorum Gönder