ZAMANIN NİSBİLİYİ BİR DAHA SÜBUT EDİLDİ

"NASA: Nisbilik Nəzəriyyəsi Doğru", "Eynşteyn Haqlı Çıxdı", "NASA Nisbilik Nəzəriyyəsini Təsdiqlədi"…
2004 Oktyabr ayında qəzetlərdə yer alan bu başlıqlar zamanın nisbiliyi mövzusunun bir daha təsdiqləndiyinə diqqət çəkirdi.
 
Nisbilik Nəzəriyyəsini günümüzdən 86 il əvvəl, 20-ci əsrin ən böyük fizikaçısı olaraq xarakterizə edilən Albert Eynşteyn ortaya atmışdır. Görəlilik qaydası olaraq da adlandırılan bu nəzəriyyəyə görə kosmos və zaman eyni dərk olunur. Digər bir deyişlə, mütləq zaman deyə bir şey yoxdur. Kosmos və zamanı qəbul etmə formamız, harada olduğumuza və necə hərəkət etdiyimizə bağlıdır. Buna görə bir cismin sürətinə və mövqeyinə (çəkiliş mərkəzinə olan uzaqlığına) görə, zaman sürətli və ya yavaş keçməkdədir. Bir cisim sürətləndikcə (çəkiliş mərkəzlərinin yaxınında) o cisimin üzərində zaman yavaşlayır. Yəni sürət artdıqca zaman qısalmaqda, sıxışmaqda; daha ağır, daha yavaş işləyərək sanki "dayanma" nöqtəsinə yaxınlaşmaqdadır.
 
Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə görə eyni yaşdakı əkizlərdən biri Dünyada qaldığı halda, digəri işıq sürətinə yaxın bir sürətdə kosmosa çıxar. Kosmosa çıxan adam, geri döndüyündə əkiz qardaşını özündən çox daha yaşlı görəcək. Bunun səbəbi kosmosda sürətlə səyahət edən qardaş üçün zamanın daha yavaş axmasıdır.
 
Bir cismin sürətiylə yanaşı mövqeyi də zamana təsir edir. Ümumi Görəlilik Qaydası, çəkiliş mərkəzlərinin yaxınında zamanın daha yavaş keçdiyini isbat etmişdir.
 
Məşhur fizikaçı Stephen Hawking, bu həqiqəti yenə bir əkiz nümunəsiylə belə izah edir:
"Görəlilik qaydası mütləq zamanı zibilə atdı. Bir cüt əkizi düşünək. Deyək ki əkizlərdən biri dağın təpəsində yaşasın, o birisi dəniz səthində. İlk əkiz (yəni dağın təpəsində yaşayan) ikincisindən daha tez yaşlanacaq. Yəni yenidən qarşılaşdıqlarında o birisindən daha yaşlı olacaq." (Stephen Hawking, Zamanın Qısa Tarixi, s. 54)
 
Görəlilik Qaydası ilə, sürətə və mövqeyə görə kosmosda fərqli zaman dilimləri olduğu ortaya qoyulmuşdur.
 
Eynşteynin 1900-cü illərdə çatdığı bu nəticə keçdiyimiz aylarda NASA dəstəkli bir proyekt ilə təsdiqlənmişdir.
 
Peyk Orbitlərindəki Uzaqlaşma  Nisbiliyi Təsdiqləyir
 
Görəlilik qaydasının doğruluğu, iki elm adamı; Ignazio Ciufolini və Erricos Pavlis tərəfindən müxtəlif ölçülər götürüldükdən sonra sübut edildi. NASA, proyektə 600 milyon dollarlıq büdcə ayırmışdı. NASA-nın səlahiyyətlilərindən olan Erricos Pavlis, "Eynşteynin, Dünya kimi böyük cisimlərin öz oxları ətrafında dönərkən kosmos və zamanı bükdüyünü söylədiyini və özlərinin də bu səbəbdən yola çıxaraq araşdırma etdiklərini" ifadə etdi. Araşdırmanın nəticəsində ölçü götürülən peyklərin orbitində Dünyanın çevrilmə istiqamətində ildə iki metrlik azma təyin olundu. Yəni peyklər orbitlərindən ildə iki metrə qədər xaricə doğru itələnilirdilər. Bu, Eynşteynin kosmos-zaman sürüşdürülməsiylə əlaqədar hesablarıyla %99 uyğun bir tapıntı idi. Colorado Universiteti fizikaçılarından Neil Ashby bu nəticə ilə əlaqədar olaraq, "Bu, həqiqətən də kosmos-zaman sürüşdürülməsiylə əlaqədar ilk qəti ölçüdür" şərhini etdi.
 
23 Oktyabr 2004 tarixli Radikal qəzetində, bu əhəmiyyətli tapıntıyla əlaqədar belə bir xəbər edilmişdi:
 
... Pavlis, "Əgər Dünya, ətrafındakı kosmos-zamanı əyirsə, yaxınlıqdakı peyklərin orbiti dəyişməli idi" dedi və bu düşüncədən hərəkətlə (bununla əlaqədar)LAGEOS-1 və LAGEOS-2 adlı peyklərin orbitlərindəki azmağı lazer şüası istifadə edərək ölçdüklərini izah etdi. Pavlis, "Hər iki peykin orbitində də Dünyanın dönmə istiqamətində ildə iki metrlik azma təyin etdik. Ölçülərimiz, Nisbilik Qanununu əsas götürərək daha əvvəl edilən hesablamalara 99% uyğundur" dedi. İtalyanın Lecce Universitetindən Ignazio Ciufolini və ABŞdakı Dünya Sistemləri Texnologiyası Birləşmiş Mərkəzindən Pavlis, 11 il iki peykdən gələn lazer siqnallarını araşdırdı.
 
Eynşteyn, kosmos-zamanın maddədən ayırd edilə bilməyəcəyini, maddi cisimlərin varlığıyla şərtləndiyini və güclü cazibə qüvvəsi yaradan cisimlərin yanında kosmosun 'əyrildiyini' iddia etmişdi. Eynşteynin nəzəriyyəsi indiyə qədər bir çox baxımdan təsdiqləndi…
 
Bura qədər qısaca yekunlaşdırdığımız məlumatlardan ortaya çıxan nəticə, zamanın hiss ( və ya anlayış) olduğu həqiqətini bir daha isbat edti. Bu həqiqət, əsrlər əvvəl Quranda xəbər verilmiş bir məlumatdır.
 
Zaman Anlayışı
 
Zaman hissi əslində bir anı başqa bir anla müqayisə etmə üsuludur. Bunu belə bir misalla açıqlaya bilərik. Bir cisimə vuranda, ondan müəyyən bir səs çıxar. Eyni cisimə beş dəqiqə sonra vurduğumuzda yenə bir səs çıxar. Adam, birinci səs ilə ikinci səs arasında bir müddət olduğunu düşünər və bu müddətə "zaman" deyər. Halbuki ikinci səsi eşitdiyi anda, birinci səs yalnız zehinindəki bir xəyaldan ibarətdir. Yalnız yaddaşında var olan bir məlumatdır. İnsan, yaddaşında olanı, yaşadığı anla müqayisə edərək zaman hissini əldə edər. Əgər bu müqayisə olmasa, zaman hissi də olmayacaq.
 
Eyni şəkildə insan, bir otağa qapısından girib sonra da otağının ortasındakı bir kresloya oturan başqa bir insanı gördüyündə, müqayisə edər. Gördüyü insan kresloya oturduğu anda, onun qapını açması, otağının ortasına doğru getməsi ilə əlaqədar görünüşlər, yalnız beyində iştirak edən bir məlumatdır. Zaman, kresloya oturmaqda olan insan ilə bu məlumatlar arasında müqayisə edilərək ortaya çıxır.
 
Qısaca, zaman, beyində saxlanan bəzi xəyallar arasında müqayisə aparılarkən var olur. Əgər bir insanın yaddaşı olmasa, beyni bu cür şərhlər etməz və dolayısı ilə zaman da meydana gəlməz. Bir insanın "mən otuz yaşdayam" deməsinin səbəbi, beynində otuza aid bəzi məlumatların yığılmış olmasıdır. Əgər yaddaşı olmasa, əvvəl belə bir zaman hissəsi olduğunu düşünməyəcək, yalnız yaşadığı tək bir "an" ilə həmsöhbət olacaq.
 
Zaman bir hissdən ibarət olduğuna görə də, tamamilə qəbul edənə bağlı, yəni nisbi bir anlayışdır. Zamanın nisbiliyi, yuxuda çox açıq bir şəkildə yaşanar. Yuxuda gördüklərimizi saatlar sürmüş kimi hiss etsək də, həqiqətdə hər şey bir neçə dəqiqə hətta bir neçə saniyə davam etmişdir.
 
Mövzunu bir az daha açıqlamaq üçün bir nümunə üzərində düşünək. Xüsusi olaraq dizayn edilmiş tək pəncərəli bir otaqda oturub, burada müəyyən bir müddət keçirdiyimizi fərz edək. Otaqda keçən zamanı görə biləcəyimiz bir də saat qoyaq qarşımıza. Eyni zamanda otağının pəncərəsindən günəşin müəyyən aralıqda doğulub-batdığını görək. Aradan bir neçə gün keçdikdən sonra, o otaqda nə qədər qaldığımız soruşulduğunda verəcəyimiz cavab; həm zaman zaman saata baxaraq əldə etdiyimiz məlumat, həm də günəşin neçə dəfə doğulub batdığına bağlı olaraq etdiyimiz hesabdır. Məsələn, otaqda üç gün qaldığımızı hesablayaq. Amma əgər bizi bu otağa qoyan adam bizə gəlib, "əslində sən bu otaqda iki gün qaldın" desə və pəncərədə gördüyümüz günəşin əslində süni olaraq yaradıldığını, otaqdakı saatın da xüsusilə sürətli işlədildiyini söyləsə, bu vəziyyətdə etdiyimiz hesabın heç bir mənası qalmaz.
 
Bu nümunə də göstərir ki zamanın axış sürətiylə əlaqədar məlumatımız, yalnız qəbul edənə görə dəyişən istinadlara dayanır.
 
Quranda Nisbilik
 
Görüldüyü kimi zamanın nisbiliyi mövzusu isbat edilmiş elmi bir həqiqətdir. Ancaq yazının başında da ifadə etdiyimiz kimi bu həqiqət, əsrin başlarında Eynşteynin nisbilik qaydası ilə ortaya çıxmışdır. O dövrə qədər insanlar zamanın nisbi bir anlayış olduğunu və mühitə görə dəyişkənlik göstərə biləcəyini bilmirdilər. Amma məşhur elm adamı Albert Eynşteyn, nisbilik qaydası ilə bu həqiqəti açıq olaraq isbat etdi. Zamanın, kütləyə və sürətə asılı bir anlayış olduğunu ortaya qoydu. Daha əvvəl heç kim bu mövzunu açıqca dilə gətirməmişdi.
 
Quranda isə -Quranın endirildiyi dövrdə heç bir insan tərəfindən bilinməyən- bu həqiqət xəbər verilmişdi. Qurani Kərim ayələrində zamanın nisbi olduğunu göstərən məlumatlar vardı. Bu mövzuyla əlaqədar bəzi ayələri belə sıralaya bilərik: 
... Həqiqətən, Rəbbinindərgahındabirgünsizinsaydığınızın (hesabladığınızvaxtın) minilikimidir! (HəccSurəsi, 47) 
Göydənyerə qədərhərişiO çeviribnizamaqoyar. Sonra (işlər) sizinsaydığınızın (dünyailinin) minilinə bərabərolanbirgündə Ona (Allahındərgahına) yüksələr. (Səcdə Surəsi, 5)
Mələklərvə Ruh (Cəbrayıl), Ona, müddəti əlliminilolanbirgündə qalxar. (MəaricSurəsi, 4)
 
610-cu ildən endirilməyə başlanan Quranda açıq bir şəkildə zamanın nisbiliyindən bəhs edilməsi, onun İlahi bir kitab olduğunun əhəmiyyətli dəlillərindən biridir.
 
Nisbilik və Materialistlərin Böyük Yanılmaları
 
Nisbilik Nəzəriyyəsinin təsdiqlənmiş olmasının əhəmiyyətli bir nəticəsi də materialistlərin "mütləq zaman-sonsuz kainat" iddialarının etibarsızlığını bir daha ortaya qoydu. Materialistlər, maddənin yanında zamanın da mütləq olduğunu, yəni sonsuzdan gəlib sonsuza getdiyi yalnışını müdafiə edərlər. Bu səhv anlayışa söykənərək qədəri, axirət gününü, cənnəti və cəhənnəmi rədd etməyə çalışarlar. Halbuki bu gün müasir elm, maddənin olduğu kimi, maddənin bir törəməsi olan zamanın da maddəylə birlikdə yoxluqdan var edildiyini və zamanın da bir başlanğıcı olduğunu isbat etmişdir. Eyni zamanda, zamanın nisbi (nisbi-relatif) bir anlayış olduğu, materialistlərin əsrlərdir zənn etdikləri kimi dəyişməz və sabit olmadığı, dəyişən bir qəbul forması olduğu da bu əsrdə ortaya çıxmışdır. Zamanın və məkanın nisbiliyi Eynşteynin "Nisbilik" nəzəriyyəsiylə sübut edilmiş və bu həqiqət bu günki müasir fizikanın təməlini qoymuşdur.
 
Nəticə olaraq, zaman və məkan mütləq olmayan, başlanğıcları olan, Allahın yoxdan var etdiyi anlayışlardır. Zamanı və məkanı yaradan Allah, əlbəttə ki bunlara tabe deyil. Allah, zamanın hər anını vaxtsızlıqda təyin etmiş, təsbit etmiş və yaratmışdır. Materialistlərin ağlına girməyən "Qədər" gerçəyi də buradadır.
 
Bizim üçün keçmişdə yaşanmış və gələcəkdə yaşanacaq olan hadisələrin bütünü, zamana tabe olmayan, zamanı yoxdan var edən Allahın məlumatı və hakimiyyəti daxilindədir.
 
Quranın 1400 il əvvəl bildirdiyi və iman edənlərin könüldən inandıqları həqiqətləri bu gün müasir elm təsdiqləməkdə və Quranın Allahın sözü olduğuna şahidlik etməkdədir.

0 yorum:

Yorum Gönder