Allah  Hz. Hudu Ad qövmünə elçi olaraq göndərmişdi. O da qövmünə Allahın  göndərdiyi etibarlı bir elçi olduğunu, etdiyi təbliğ qarşılığında heç  bir qarşılıq gözləmədiyini ifadə etdikdən sonra, insanları Allahdan  qorxub çəkinməyə çağırmışdır.
Hz. Hud qövmünü təbliğ edərkən daha əvvəlki elçilərdə olduğu kimi ona da müxtəlif böhtanlar atılmışdır. Məsələn qövmü Hz. Huda “ağılsız” olduğunu iddia etmişdir. Hz. Hud özünə bu çirkin böhtanı atan qövmünə qarşı əxlaqi üstünlüyünün bir gösrəricisi olan son dərəcə yetkin və şəfqətli bir üslubla cavab vermişdir
Hud dedi: ”Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.” (Əraf Surəsi, 67-68)
Hz. Hud qövmünü təbliğ edərkən daha əvvəlki elçilərdə olduğu kimi ona da müxtəlif böhtanlar atılmışdır. Məsələn qövmü Hz. Huda “ağılsız” olduğunu iddia etmişdir. Hz. Hud özünə bu çirkin böhtanı atan qövmünə qarşı əxlaqi üstünlüyünün bir gösrəricisi olan son dərəcə yetkin və şəfqətli bir üslubla cavab vermişdir
Hud dedi: ”Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.” (Əraf Surəsi, 67-68)
Hz. Hud qövmünə təbliği üçün heç bir qarşılıq gözləmədiyini söyləmişdir.
Ey  camaatım! Mən peyğəmbərliyi təbliğ etməyə görə sizdən heç bir mükafat  istəmirəm. Mənim mükafatımı vermək yalnız məni yaradana aiddir. Məgər  dərk etmirsinniz? (Hud Surəsi, 51)
Mən bunun müqabilində sizdən heç bir muzd, əvəz istəmirəm. Mənim mükafatım ancaq aləmlərin Rəbbinə aiddir! (Şuəra Surəsi, 127)
Bu  ana qədər bəhs edilən bütün elçilərin həyatlarında insanlar üçün   təbliğ edib onlardan heç bir qarşılıq gözləməmək  möminin   xüsusiyyətlərindən biridir. Bir mömin hansı dövrdə yaşayırsa yaşasın,  kimlərlə birlikdə olursa olsun insanları Allahın bəyəndiyi əxlaqa  çağırmaqla, onlara yaxınlaşmaqda olan hesab gününü xatırlatmaqla  cavabdehlik daşıyır. Buna görədə  heç kimdən bir qarşılıq gözləməz,  yalnız vəzifəsini yaxşı şəkildə yerinə yetirməyi və Allahın özündən razı  olmasını istər.
Qövmünü allaha qulluq etməyə çağırarkən, onları ağrılı bir əzaba qarşı xəbərdar etmişdir.
Hz. Hud da digər elçilər kimi qövmünə yalnız Allaha qulluq etmələrini, əks halda əzaba düşmələrindən qorxduğunu söyləmişdir.
(Ya Məhəmməd!) Ad qövmünün  qardaşını (Hudu) xatırla! Bir zaman o ətrafda (yüksək qumsal təpələrdə)  yaşayan qövmünə -ondan əvvəl və sonra da peyğəmbərlər gəlib  getmişdilər- belə demişdi: ”Allahdan başqasına ibadət etməyin. Mən böyük  günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!”   (Əhqaf  Surəsi, 21)
Bunun  xaricində onlara dünya həyatında dəyər verdikləri şeylərin keçici  olduğunu da xatırlatmışdır. Hz. Hudun bu mövzuda qövmünə etdiyi təbliğ  ayədə belə bildirilmişdir:
Doğurdanmı  siz hər təpədə bir köşk qurub (gəlib-gedənləri məsxərəyə qoyaraq)  əylənirsiniz? Sanki (dünyada) əbədi qalacaqsınız deyə, qəsrlər (qalalar  yaxud yer altı su hövzələri) tikirsiniz? (Şuəra Surəsi, 128-129)
Bunun  ardından da qövmünə Allahdan qorxmalarını, Onun əmrlərini yerinə  yetirmələrini, insanlara zorbaca davranmamalarını xatırlatmışdır. Əgər  belə etsələr, bunlardan ötəri də əzaba düşə biləcəklərini söyləyərək  onları xəbərdar etmişdir:
Və  (birini) yaxaladıqda da zalımlar kimi yaxalayırsınız! (Onun vəhşicəsinə  döyüb öldürürsünüz!) Artıq Allahdan qorxun və mənə itaət edin! Qorxun o  kəsdən ki, anlayıb bildiyiniz şeyləri (nemətləri) sizə əta etdi! Sizə  heyvanat, oğul-uşaq, Bağlar və çeşmələr verdi! Mən böyük günün (qiyamət  gününün) sizə üz verəcək əzabından qorxuram! (Şuəra surəsi, 130-135)
Hz. Hud qövmünə Allahın onlara verdiyi nemətləri xatırlatmışdır.
Allahın  insanlara verdiyi nemətlər Nəhl Surəsinin 18-ci  ayəsində ifadə  edildiyi kimi, "ümumiləşdirsələr" belə sayıla bilməyəcək qədər çoxdur.  Ancaq bir çox insan bu nemətləri özünə verənin Allah olduğunu və bunlar  üçün Allaha şükr etməsi lazım olduğunu xatirinə gətirməz. Allahın,  dilədiyi anda bunları özündən geri ala biləcəyini də düşünməz. Buna görə  Rəsullar getdikləri qövmlərə Allaha yönəlib dönmələrini, sahib  olduqları hər şeyin Allahdan bir nemət olduğunu və bunlar üçün Ona  şükr  etmələrini xatırlatmışlar. Hz. Hud da qövmünə, Allahın verdiyi  nemətləri xatırlatmış, onları Ondan qorxub çəkinməyə çağırmışdır:
Yoxsa  sizi (Allahın əzabı ilə) qorxutmaq üçün içərinizdən olan bir adam  (peyğəmbər) vasitəsilə Rəbbinizdən sizə bir xəbərdarlıq gəlməsinə  təəccüb edirsiniz? Xatırlayın ki, Allah sizi Nuh tayfasından sonra onun  yerinə gətirdi (yer üzünün varisləri etdi), sizi xilqətcə (onlardan)  daha qüvvətli (üstün) etdi. Allahın nemətlərini yada salın ki, bəlkə,  nicat tapasınız. (Əraf Surəsi 69)
Hz.Hud  qövmünə ayrıca Allahdan bağışlanma diləməyə də dəvət etmişdir və Allaha  sığınıb tövbə etsələr, buna qarşılıq Allah üzərlərindəki nemətləri  artıracağını xəbər vermişdir:
Ey  camaatım! Rəbbinizdən bağışlanmanızı diləyin. Sonra ona tövbə edin ki,  göydən sizə bolluq, yağış göndərsin, qüvvətinizi bir qüvvətdə artırsın.  (mənim dəvətimdən və imandan) üz çevirməyin! (Hud Surəsi, 52)
Hz. Hud qövmünü cahillərdən olmamaları üçün  xəbərdar etmişdir.
Quranda  keçən anlayışlardan biri olan "cahil" anlayışı ayələrdə istifadə  edildiyi mənasıyla din əxlaqını bilməyən, dindən uzaq yaşayan insanları  təsvir edir. Yəni, məsələn bir insan yüksək təhsil almış  ola bilər,  amma Allahı tanımırsa, Allahın kitabını bilmir və tətbiq etmirsə Qurana  görə cahildir. İnsan, bir çox məlumata sahib olsa da, kim olduğunu, nə  üçün yaradıldığını düşünmür, özünü Yaradanı tanımır və bundan ötəri  Allahın özündən istədiklərini tətbiq etmirsə cahillər arasındadır.
Bu insanlara soruşduqda çox vaxt dinə tabe olduqlarını söyləyərlər. Halbuki onların nəzərdə tutduqları din, atalarından gördükləri, ətraflarındakı kəslərdən öyrəndikləri bir cahiliyyə dinindən başqa bir şey deyil. Bu dinin Allahın kitabı ilə heç bir əlaqəsi yoxdur.
Allahın Quran hekayələrində bildirdiyi kimi, tarix boyunca rəsullar belə cahil birliklərinə haqq dini izah etmişlər. Ancaq bu birliklərin çoxu vicdani olaraq doğrunu gördükləri halda içində olduqları cəhalətdən xilas olmaq istəmirdilər . Özlərinə edilən bütün xəbərdarlıqlara baxmayaraq içlərindən çox azı xaric öz batil dinlərini müdafiə etməyə davam edirdilər.
Hz. Hudun qövmü də, alışdıqları cahiliyyə sistemini buraxıb elçiyə uyğun gəlməyi rədd etmişdir. Bu səbəblə Hz. Hud qövmünə içində olduqları vəziyyətin açıq-aşkar bir cahillik olduğunu belə xatırlatmışdır:
Hud  demişdi: ”(əzabın nə vaxt gələcəyini) ancaq Allah bilir. Mən sizi  yalnız mənimlə göndərilənləri (Allahın əmrlərini) təbliğ edirəm. Ancaq  mən sizin cahil bir qövm olduğunuzu görürəm!” (Əhqaf Surəsi, 23 )
Hz. Hud qövmünün  inkarcılarına onlardan qorxmadığını və Allaha təvəkkül etdiyini bildirmişdir.
Bütün  bu çağırışlara baxmayaraq qövmü Hz. Huda qarşı gəlmiş, onun çağırdığı  yola tabe olmağı qəbul etməmişlər. Tarix boyunca bütün inkarçıların  etdiyi kimi onlar da peyğəmbərlərindən möcüzə istədiklərini, əks halda  iman etməyəcəklərini söyləyirdilər:
Onlar  da dedilər! ”Ey Hud! Sən bizə aşkar bir möcüzə ilə (dəlillə) gəlmədin.  Sənin sözünlə tanrılarımızı tərk edən deyilik. Biz sənə inanmırıq!” (Hud  surəsi, 53)
Bunun  üzərinə Hz. Hud onların  Allaha şirk qoşmaqlarından uzaq olduğunu,  özlərinə quracaqları tələlərdən ötəri bir qorxu hissi  keçirmədiyini  belə  bildirmişdir:
Hud   dedi: ”Allahı şahid tuturam və sizdə şahid olun ki,mən sizin  (Rəbbinizə) qoşduğunuz şəriklərdən uzağam! Bircə Allahdan başqa! (Yalnız  Ona ibadət edirəm). İndi hamılıqda nə hiylə qurursunuzsa qurun və mənə  heç möhlət də verməyin!” (Hud Surəsi, 54-55)
Hz.  Hud Allahın seçdiyi bir peyğəmbər olaraq hər şeyi Allahın yaratdığını  və Allahın səmimi qullarını qoruyacağını bilirdi. Bu səbəblə özünə  yönəldilən böhtanların, qurulan tələlərin boşa çıxacağından əmin bir  şəkildə Allaha qarşı olan etibarını  belə dilə gətirmişdir:
Mən  özümün və sizin Rəbbiniz olan Allaha təvəkkül etdim. Yer üzündə elə bir  canlı yoxdur ki, onun ixtiyarı Allahın əlində olmasın. Həqiqətən Rəbbim  düz yoldadır! (doğru yolda olanı qorumaqdadır.)  (Hud Surəsi, 56)
 
 
0 yorum:
Yorum Gönder