|   İnsan zamana tabe olan və hadisələri  ancaq yaşadığı andan baxaraq qiymətləndirməyi bacaran varlıqdır. İnsan  gələcəyi bilmədiyi üçün qarşılaşdığı hadisələrdəki uzunmüddətli  hikmətləri, gözəllikləri və xeyirləri həmişə görə bilmir. Lakin zamana  tabe olmayan və zamanı yaradan Allah zamana tabe olan bütün varlıqların  həyatını "zamanın xaricindən" görür və bilir. Elə burada qədər gerçəyi  ilə qarşılaşırıq. Qədər Allahın keçmişdə baş vermiş və gələcəkdə olacaq  bütün hadisələri tək bir an olaraq bilməsidir. Yəni "nəticəsi bilinməyən  hadisələr" yalnız bizim üçün "bilinməz"dir. Allah bizim bilmədiyimiz  hadisələrin hamısını bilir. Buna görə də əslində insanın imtahanı əvvəli  və sonu müəyyən olan imtahandır. Keçmiş, gələcək və yaşadığımız an  Allah Qatında birdir və hamısı olub bitmişdir. Biz isə bu hadisələri  ancaq yaşayaraq öyrənirik.   "Qədər elmi" inkar edənlərin başa düşə  bilmədikləri böyük bir elmdir. Müsəlmanların dünya və axirət həyatındakı  bütün çətinliklərə və sınaqlara gözəl şəkildə səbr etməsinə vəsilə olan  da bu elmdir. İman edənlər "Allahın izni olmadıqca (heç kəsə)  heç bir müsibət üz verməz. Kim Allaha iman gətirsə, (Allah) onun qəlbini  haqqa doğru yönəldər. Allah hər şeyi (keçmişi, indini və gələcəyi)  biləndir!" (Teğabün Surəsi, 11) ayəsində də bildirildiyi kimi üzləşdikləri hər hadisənin qədər ilə baş verdiyini bilir, bunun rahatlığı və hüzurunu yaşayırlar.   Allahın rəhməti olaraq möminlərin  imtahanı çox asan yaradılmışdır. Lakin bu asanlıq ancaq səmimi iman edən  və qədərə təvəkkül edənlər üçündür. Haqqıyla iman edən, səmimiyyətlə  Allaha təslim olan müsəlman ona göstərilən bütün görüntülərin daima  dəyişməsini ibrət, həyəcan, şükr və təfəkkürlə seyr edər, divanda oturub  filmə baxan insan kimi rahat olar, onun üçün hazırlanmış qədəri etibar  və sevinclə izləyər. Bəzən dinamik, bəzən ürküdücü, bəzən nəfsə xoş  gələn, bəzən də sakit görüntülərdən ibarət qədərdə iman zövqü, iman  həyəcanı var. Ürküdücü görüntülər də xüsusi olaraq hazırlanmışdır. Ən  kiçik hissəsi belə planlanmışdır. Bunların hamısı Allahın bildiyi və  idarə etdiyi hadisələrdir.   Qədər gerçəyini bilən və imtahanın bu  sirrini qavrayan müsəlman başına gələn müxtəlif müsibətləri, aclığı və  ya kasıblığı gözəllik olaraq görər və bunlardan çox böyük zövq alar.  Çünki bu sınaqlar qarşısında göstərəcəyi gözəl əxlaqın Allah Qatında çox  qiymətli olacağını bilir. Bu, möminlərə xas olan zövqdür. Müsəlmanlar  bu tip çətinliklər qarşısında kədər, stress, panika, qorxu kimi duyğular  yaşamazlar. Çünki xeyr və ya şər olaraq görünən bütün hadisələrin  müsəlmanların leyinə olacağını bilirlər. Allah bunu bir ayəsində  möminlərə bildirmişdir: "... Allah heç vaxt kafirlərə möminlərin əleyhinə olan bir yol göstərməz!" (Nisa Surəsi, 141)    Ancaq bəzi məsələlər yanlış  anlaşılmamalıdır. Möminlər dünyada hər cür çətinliklə üzləşə, mallarını  itirə, fiziki cəhətdən zəifləyə, xəstələnə, yaralana bilər, ölə və ya  öldürülə bilərlər. Ancaq bunların heç biri müsəlmanlar üçün bir "şər"  deyil. Allah bu hadisələrlə iman edən qullarını sınaqdan keçirir və  göstərdikləri səbrin qarşılığını da həm dünyada, həm də axirətdə qat-qat  artıq verir. Əlavə olaraq müsəlmanları bu qısa imtahanın nəticəsində  sonsuz cənnət həyatı ilə mükafatlandırır.   Bu mühüm gerçəyin şüurunda olan  müsəlmanlar elə buna görə də çətinliklərlə qarşılaşdıqlarında daha da  şövqlənirlər. Möminlərin bu şövqləri həm də inkar edənlərin qurduqları  tələləri təsirsiz edən və onların məğlubiyyətinə səbəb olan çox xüsusi  vəziyyətdir. İnkar edənlər möminləri çətinliyə saldıqlarını zənn  etdiklərinə baxmayaraq onlardakı bu sevinc və şövqü görərək onlara əsla  zərər verə bilməyəcəklərini də anlamırlar. Üstəlik müsəlmanların  çətinlik anlarındakı danışıqları da onların yaşadıqları təslimiyyəti və  təvəkkülü inkar edənlərə göstərir. Quranda möminlərin çətinliklər  qarşısında söylədikləri sözlər belə bildirilir: 
   Şübhəsiz bütün bunlar müsəlmanların  Allahın yaratdığı qədərə təslim olmalarının nəticəsidir. Allaha güvənən  bir insan heç bir qorxu və qəm yaşamaz. 
   Allah başqa ayələrində də Ona inanan və təslim olan qullarının əsla qopmayacaq bir “qulp”dan tutduqlarını bildirmişdir: 
 | |
QƏDƏRƏ TƏSLİMİYYƏT
Kaydol:
Kayıt Yorumları (Atom)
 
 
0 yorum:
Yorum Gönder