TARİX BOYUNCA MÜSƏLMANLARA DUYULAN GİZLİ HEYRANLIQ

Bildirməmək üçün çox vaxt xüsusi bir səy sərf etsələr də, iman etməyən insanların müsəlmanlara qarşı duyduğu gizli heyranlıq necə ortaya çıxarılır?
Müsəlmanlara duyulan bu gizli heyranlığın əsl qaynağı nədir?

İslam tarixi boyunca görülən heyranlıq nümunələrinin bu günkiləri hansılardır?

Bir insanın şəxsiyyətini gözəlləşdirib üstün hala gətirən, xarakterini gücləndirən, əxlaqını gözəlləşdirən və hərəkətlərini təsirli edən əslində, o adamın imanı, Allah qorxusu və təqvasıdır. Bu, Allahın Quranda bildirdiyi əhəmiyyətli bir sirr, insanların diqqətlə düşünüb öyüd almasını tələb edən əhəmiyyətli bir bilgidir.


Quran əxlaqı insanlara mümkün olan ən güclü, ən sağlam və ən gözəl şəxsiyyəti qazandırır. Allahın "... Biz onlar üçün öyüd-nəsihət  gətirdik..." (Muminun surəsi, 71) ayəsində bildirdiyi kimi, Quran əxlaqını yaşamaq insanlara "şan və şərəf" qazandırır. Dolayısı ilə bu əxlaqı yaşayan möminlər hörmət edilən, şərəfli və vüqarlı bir xarakterə sahib olur və bu üstün xüsusiyyətləri səbəbiylə din əxlaqına görə yaşamayan insanların bir çox mövzuda gizli heyranlığını qazanırlar.

İman etməyənlər müsəlmanlara niyə gizli heyranlıq duyurlar?

* Din əxlaqını yaşamaq mövzusundakı əzmindən ötrü…

İman etməyən insanlar yollarına çıxarılan bir maneə ilə, ya da onlara edilən bir neçə xoşagəlməz tənqidlə könüldən inandıqlarını iddia etdikləri bir mövzuda belə ziddiyyətə düşə bilirlər. Dolayısı ilə özləri üçün əhəmiyyətli olan mövzularda belə əzm göstərə bilməyib mənfi fikirlərdən təsirlənirlər. Belə insanlar qərarlı bir əxlaq göstərə bilmək üçün güclü bir inanca sahib olmağın lazım olduğunu bilir və möminlərin şərtlərdən aslı olmayaraq qəti bir əzmlə din əxlaqına görə yaşadığının şahidi olurlar. Möminlərin Allaha hər keçən gün daha çox bağlandığını gördükləri üçün bundan təsirlənir və möminlərə qarşı daxilən gizli bir heyranlıq duyurlar.

Möminlərin əzmlərinin qaynağı şübhəsiz ki, Allaha olan güclü imanları və Onun rizasını axtararkən göstərdikləri ciddilikdir. Heç bir çətinlik tək məqsədləri Allahın rizasını qazanmaq olan möminləri Onun əmrlərini yerinə yetirməkdən saxlaya bilməz. Bir mömin əldə edə bildiyinə qərarlı bir fikirlə həyatı boyunca getdikcə artan bir şövq və əzm içində qulluq vəzifəsini yerinə yetirər və Allahın izniylə gözəl əxlaqı yaşamaqdan imtina etməz. Qəti bir əzm və güclü bir iradə imanla, hidayətlə və təvəkküllə birlikdə gələn üstün bir mömin xüsusiyyətidir. Allaha təvəkkül etmiş və qədərə iman etmiş bir insan heç bir çətinlik və sıxıntı qarşısında acizlik göstərməz və mübarizə əzmini itirməz. Hər şeyi edənin Allah olduğunu bildiyi üçün şövq və həyəcan içində qarşısına çıxan hər fürsəti qiymətləndirər və xeyirlərdə yarışar. Çünki möminlər Quranın "Möminlər içərilərində elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər…"  (Əhzab surəsi, 23) ayəsində bildirildiyi kimi, Allahın rizasını qazanmaq üçün ölənə qədər eyni əzmi  göstərən kəslərdir.

* Xoşagəlməz kimi görünən hadisələrdə belə etidallı davranıb təvəkkül etdikləri üçün…

Kainatdakı hər varlığın Allahın idarəsində olduğunu bilən bir mömin həyatının hər anında Allaha güvən duymağın və təslimiyyətin hüzur və xoşbəxtliyini yaşayar. İman etməyənlər üçün isə dünya hər an bir çətinlik və ya sıxıntı ilə qarşılaşıla bilən bir xaos mühitidir. Bu səbəblə, heç vaxt tam bir güvən və hüzur hiss etməzlər. Xoşlarına gəlməyən ən kiçik bir hadisədə etidallarını itirər və əhvalları pozular. Beləliklə, xoşagəlməz kimi görünən bir hadisə qarşısında etidallı və təvəkküllü bir əxlaq göstərən möminlərə qibtə edərlər. Möminlərin  bu şəkildə necə güclü davrandıqlarını anlamağa çalışarlar. Halbuki iman etməyənlər anlamasa da, Allah insanları asan olana dəvət edir. İnsanın ehtiyacı olan hüzuru və xoşbəxtliyi yaşamaq çox asandır. Tək edilməsi lazım olan qədərə təslim olub Allaha sonsuz bir güvən hiss etmək, tam bir təslimiyyətlə təslim olmaq və "Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut..." (Rum surəsi, 30) ayəsində bildirildiyi kimi, insanın yaradılışına uyğun olan din əxlaqını yaşamaqdır.

Allaha duyulan güvən və təslimiyyət, digər bir ifadəylə təvəkkül iman edənlərin həyatı boyunca yaşadığı böyük bir rahatlıqdır. Mömin Allahın idarəsi xaricində heç bir hadisənin reallaşmadığını bilir. Buna görə heç bir hadisə qarşısında çətinlik, kədər, yaxud acizlik hiss etməz. Həyatı boyunca qarşılaşacağı hər hadisə qədərindədir və qədərini uca Allah təyin etmişdir. Buna görə də mömin üçün heç bir zaman "pis" bir hadisə ola bilməz. Bəzi hadisələr pis kimi görünsə də, "…Bəzən xoşlamadığınız bir şey sizin üçün xeyirli, bəzən də xoşladığınız bir şey sizin üçün zərərli ola bilər. Allah bilir, siz bilməzsiniz" (Bəqərə surəsi, 216) ayəsinin gərəyincə iman edən bir insan Allahın özü üçün ən xeyirlisini diləmiş olduğundan əmin olar və Allaha sonsuz bir güvən duyar.

* Çətinlik anlarında bir-birlərinə daha da möhkəm bağlandıqları üçün…

Allaha və axirətə inanmayan insanların birlik olmaqlarının təməlində, ümumiyyətlə, dünyəvi dəyərlərə verilən əhəmiyyət və yenə dünyəvi mənfəətlərə yönəlmiş gözlənti vardır. Bu adamlar bir araya gəlməklə müəyyən mənada qarşılıqlı bir mənfəət razılaşması imzalamış olurlar; tərəflər qarşılıqlı olaraq bir-birlərinə dəstək olur və beləcə, ortaq mənfəətlər əldə etməyə çalışırlar.

Bu ittifaqa daxil olanlar birlik olmaqlarının qarşılıqlı bir güvən, ya da dostluğa söykənmədiyini və hər nə qədər dilə gətirilməsə də, bu ittifaqın bəzi şərtlərə söykənən olduğunu bilirlər. Tərəflərdən birinin mənfəət verici xüsusiyyəti ortadan qalxdığında ittifaq da ortadan qalxır. Çünki qurulan bu ittifaq yalnız bir güc birliyindən və mənfəət gözləntisindən qaynaqlanmışdır. Dolayısı ilə də gözləntilər yox olduğunda qurduqları sözdə birliyin pozulması da son dərəcə təbiidir.

İnsanlar arasında həqiqi bir dostluq və ittifaqı təmin edən yeganə güc olan təsanüd bağının meydana gəlməsi isə ancaq səmimi imanla mümkündür. İman sahibləri bir-birlərini araya heç bir çıxar və ya mənfəət qatmadan, təmiz niyyətlə və yalnız Allah rizası üçün sevər, Allah rizası üçün bir-birlərinin dostu olarlar. Bu dostluqlarıyla güclü ittifaqın təməlini meydana gətirərlər. İman etməyən insanları qibtə etdirən də çətinlik anlarında daha da qüvvətlənən bu ittifaqdır. Təməli Allah sevgisinə və Allah qorxusuna söykənən bu bağın qırılması Allahın izniylə heç bir şəkildə mümkün deyil. Uca Allah iman edənlərin Öz yolunda bir-birinə birləşmiş bir divar kimi səf çəkib hərəkət etdiklərini belə bildirmişdir:

"Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!" (Səff surəsi, 4)
* Qısqanclıq və rəqabətdən uzaq olduqları üçün…

Qısqanclıq insanların dünyaya olan bağlılığından qaynaqlanan əhəmiyyətli bir davranış pozuqluğudur. Qısqanc insanlar başqalarının yaxşılığından, gözəlliyindən, yaxud da müvəffəqiyyətindən zövq almağın və ya xoşbəxt olmağın yerinə bunlardan sıxıntı duyarlar. Qısqandıqları insanların imkan əldə etməsi onları hirsləndirir və daxilən üzür. İçlərindəki bu hirs ən çox özlərinə zərər verir.

Dünya həyatının keçici bir imtahan məkanı olaraq yaradıldığını qavrayan möminlərin bu dünyanın keçici bəzəklərinə qarşı qısqanclığa qapılması mümkün deyil. Məsələn, çox varlı, yaxşı görünüşlü və ya yaxşı imkanlara sahib olan bir insana qarşı qısqanclıq hissi keçirmək Quran əxlaqına uyğun gəlməz. Yalnızca, qədəri, təvəkkülü, dünya həyatının həqiqətini və hər şeyi yaradanın Allah olduğunu qavraya bilməmiş insanlar rəqabət və hirs kimi duyğulara qapılıb hərəkət edirlər. Bu həqiqəti bilmək isə mömini belə bir səhvə yol verməkdən qoruyur. Bu gözəl əxlaqları iş əlaqələrindən ailə əlaqələrinə, ətrafdakı dost-tanışlardan ən əhəmiyyətlisi, daxili hüzurlarına qədər bir çox mövzuda möminlərə yaxşı təsir etdiyi üçün  onların bu əxlaqını müşahidə edən digər insanlarda heyranlıq duyğusu oyanır. Qısqanclıq və rəqabət kimi adamı bir çox anlamda geridə qoyan davranış pozuqluqlarıyla vaxt itirməyən və özlərini etdikləri işə yönəldən möminlər beləcə, iman etməyən insanlardan hər baxımdan üstün və öndə olurlar. 

* Keyfiyyətli görünüş və danışıq ədəblərinə malik olduqları üçün…

İnsanlar yaradılışlarının tələb etdiyi kimi, yumşaq bir tonda, başqalarını narahat etməyən, incidici olmayan, təvazökar bir üslubda edilən söhbətlərdən böyük bir zövq alırlar. İki tərəfin fikirləri eyni yönlü olmasa da, uzlaşdırıcı və hörmətcil bir üslubla edilən söhbət həmişə müsbət təsir oyadır, qəlbə təskinlik verir və daimi dostluqlara zəmin yaradır.

Möminlər də gözəl əxlaqlarının gərəyi kimi, danışıqlarında son dərəcə ölçülü və hörmətcil bir üslubdan istifadə edərlər. Qarşılarındakı adamın yaşı, mədəni səviyyəsi, zəka və ya  ağıl səviyyəsi, varlı və ya kasıb olması onların bu üslubunu dəyişdirməz. Rəbbimizin Quranda bildirdiyi "… Hər biləndən üstün bir bilən də vardır! " (Yusif surəsi, 76) ayəsi gərəyi olan nümunəvi bir təvazöyə sahib olduqları üçün  qarşılarındakı şəxsin düşüncəsinə dəyər verərlər.

Möminlərin təsir oyadan bu danışıq ədəblərini daha da təsirli edən isə şübhəsiz, xarici görünüşləridir. Ruh gözəlliyinin ən əhəmiyyətli xüsusiyyətlərindən biri bu gözəlliyin adamın xarici görünüşünə də əks olunmasıdır. Şübhəsiz, xarici görünüşdə nəzərdə tutulan öncəlikli  olaraq Allahın ruh gözəlliyinə sahib olan qullarına nəsib etdiyi nurdur. Bu nur  eyni zamanda hər görənə təsir edən və insana güvən duyulmasına vəsilə olan bir rəhmətdir. Səmimi və təvazökar bir mömin Allaha təvəkkül etməyin, fitrətinə uyğun olan Quran əxlaqını yaşamanın gətirdiyi rahatlıq, hüzur və imanının təsiriylə gözə çox heybətli görünür.

Bütün bu üstün xüsusiyyətlərin və üstünlüklərin bir nəticəsi olaraq  hikmətli danışan və Allahın nurunu üzərində daşıyan möminlərlə qarşılaşanlar böyük bir heyranlıq duyğusuna qapılarlar. Müsəlmanların səmimiyyətindən, yüksək şəxsiyyətindən və üstün əxlaq keyfiyyətlərindən ciddi şəkildə təsirlənərlər. Beləcə, iman sahibləri göstərdiyi davranış və danışıq tərziylə Allahın diləməsiylə bir çox insanın qəlblərinin imana meyl edib yaxınlaşmasına vəsilə olurlar.

Nəticə: İnsanın fitrəti gözəl əxlaqa heyranlıq duyacağı şəkildə yaradılmışdır.

İnsan ruhu gözəllikdən zövq alacaq şəkildə yaradıldığı üçün həmişə ən qüsursuz olanı və mükəmməli axtarır. İman etməyən insanların möminləri gördüklərində heyranlıq duymalarının əsl səbəbi də budur. Yaşları, peşələri, ictimai mövqeləri hər nə olursa olsun, Quran əxlaqına görə yaşamayan insanlar  möminlərin göstərdiyi səmimi din əxlaqı qarşısında gizli və ya açıq daima bir heyranlıq duyurlar. Bu, tarix boyunca belə olmuşdur və bundan sonra da Allahın izniylə belə də olacaq.

Ayrıca, unutmamaq lazımdır ki, iman etməyən insanların -çoxu fərqinə varmasa da- əslində, heyranlıq duyduqları Allahın bildirdiyi Quran əxlaqıdır. Möminlər Quran ayələrində bildirilən üstün və keyfiyyətli əxlaq vəsiləsiylə  imanları kamilləşdikcə digər insanlarda daha da qibtə oyadan bir əxlaq və görünüş nümayiş etdirər. Bir ayədə Rəbbimiz tərəfindən bir öyüd və hidayət rəhbəri olaraq endirilən Quranın bu xüsusiyyəti belə bildirilmişdir:

"…Biz çox qəribə (təsəvvür edilməz dərəcədə gözəl olan) bir Quran eşitdik." (Cin surəsi, 1)

0 yorum:

Yorum Gönder