DİN İLƏ İNSAN ARASINDAKI AÇAR-QIFIL UYĞUNLAŞMASI

İnsan mərhəmətdən, sevgidən, şəfqətdən və gözəl əxlaqın hər şəklindən xoşlanar. Özünə həmişə bu şəkildə davranılmasını gözləyər. Zülmdən, əxlaqsızlıqdan və pisliyin hər cüründən nifrət edər və uzaqlaşar. Belə hiss etməsi, Allahın diləməsi ilədir. Allah, insanın fitrətini, vicdanını bu şəkildə yaratdığı üçün insan, gözəllikdən xoşlanıb pislikdən uzaqlaşar.

Allahın Quranda  mərhəmətli, şəfqətli, ədalətli, etibarlı, dürüst, təvazökar bir insan olmağı və zülmdən, haqsızlıqdan, pislikdən çəkinməyi əmr etmişdir. Bu Quran əxlaqının xüsusiyyətləridir. Digər bir deyişlə, Allahın İslam dininin hökmləri ilə bildirdiyi əmrləri ilə insanların təbii olaraq yaşamaq istədikləri, açar və onun açdığı kilid kimi, bir-birinə tam bir uyğunlaşmış vəziyyətdədir. Allah bu həqiqətiQuranda belə xəbər vermişdir:
Üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə (islama) tərəf tut. Allahın dinini  heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti (haqq dininin islam olduğunu) bilməz. (Rum Surəsi, 30)


İnsanlar dinə uyğun gəlmədiklərində öz özlərinə zülm edərlər

İnsanlar, Allahın endirdiyi ayələrə inanmadıqları müddətcə özlərinə zülm etmiş olarlar. Çünki yaradılışlarına uyğun olan davranışı, əxlaqı göstərməyərək öz strukturlarına tərs düşən bir tutum göstərərlər; bu da həm vicdani olaraq narahat olmaları, həm də başqa insanları narahat etmələri ilə nəticələnər və ayədə bildirildiyi kimi öz özlərinə zülm etmiş olarlar:
Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər! (Yunus Surəsi, 44)

Dində məcburiyyət (zorakılıq) yoxdur

Unudulmamalıdır ki, İslam əxlaqı ancaq səmimi olaraq içdən gələn bir istəklə, könüldən yaşana bilər və Allah belə bir imanı məqbul görəcəyini bildirər. Zorla yaşadılan din Allah qatında etibarlı olmadığı kimi, Quranda münafiq olaraq adlandırılan ikiüzlü insanların çoxalmasına səbəb olar. Bu da, cəmiyyətə zərərli olacaq bir quruluşun meydana gəlməsi deməkdir. Allah, dində  insanların məcbur edilməməyini əmr etmişdir:
Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq (iman) azğınlıqdan (küfrdən) ayırd edildi. Hər kəs Tağutu inkar edib Allaha iman gətirsə, o, artıq  ən möhkəm bir ipdən (dəstəkdən) yapışmış olur. Allah (hər şeyi olduğu kimi) eşidəndir, biləndir! (Bəqərə Surəsi, 256)

Qısası İslam dini heç bir sahədə insanların üzərində bir təzyiq meydana gətirmədiyi kimi, insanlara gerçək fikir və vicdan azadlığını qazandırar. Dinin gətirdiyi gözəl əxlaqı yaşayan insan, heç bir şəkildə məhdudlaşdırılmaz. Ağıl ilə və ürəkdən inancları istiqamətində yaşadığı üçün hər vaxt dinc, rahat və xoşbəxt olar.

Dini yaşayan həqiqi azadlığına qovuşar

Dini yaşamayan insanlar isə, möminlərin azadlığına sahib ola bilməzlər. Çünki, cəmiyyətə yerləşmiş bir çox gərəksiz qayda və ənənə vardır. Dinin dəyərləri ilə yaşamayan cəmiyyətlər, öz özlərinə çox sayda dəyər və ölçü qoyar, tabular meydana gətirər və Allahın verdiyi azadlıqları öz əlləri ilə məhdudlaşdırarlar. Məhz dindən uzaq olan insanlar, həm ətraflarındakı bu cəmiyyətin cahil qaydaları, həm ətrafdakı insanların sanksiyaları, həm də öz özlərinə qoyduqları gərəksiz prinsiplər səbəbi ilə mənəvi azadlıqdan məhrum qalarlar.

İnsanı ətrafındakı cəmiyyətdən daha da böyük bir təzyiq altına alan güc, nəfsindəki eqoist ehtiraslardır. Bu eqoist ehtiraslar insana həmişə narahatlıq verər. Daimi bir etibarsızlıq və gələcəkdə qorxu yaradar. İnsan, nəfsindəki bu mənfi güc səbəbi ilə sonu gəlməyən bir ehtiras içində boğuşar. Nəfsi, ona davamlı daha çox mal yığmasını, daha çox pul qazanmasını, özünü insanlara bəyəndirmək üçün daha çox çalışmasını əmr edər. Halbuki bu ehtirasların təmin edilməsi mümkün deyil. Zəngin olmaq böyük bir ehtirasdır, ancaq bu təmin edildiyində yeni ehtiraslar gələcəkdir. Qısacası dünyadayaşanan bütün ehtiraslar, sonsuz bir dövr içindədir.
Onlardan əvvəl yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr  öz yanlarına  mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır!(Həşr Surəsi, 9)

İnsan bu ehtirasların əsiri olmaqdan xilas olduğunda azadlaşar. Artıq onun həyatının məqsədi, sonu gəlməz ehtirasları təmin etmək deyil. Həyatının məqsədi, yalnız Allahın məmnuniyyətini qazanmaqdır ki, insan onsuz dabunun üçün yaradılmışdır.

Allahın insanlara elçi olaraq göndərdiyi rəsullar, tarix boyunca insanları nəfslərindəki ehtiraslara ya da başqa insanlara qul olmaqdan xilas olmağa və yalnız Allaha qul olmağa dəvət etmişlər. İnsanlar, yaradılış məqsədlərinə zidd olan bu azğınlıqlardan xilas olduqlarında rahatlıq taparlar. Məhzbu səbəblədir ki, Quranda Rəsul, möminlərin “ağır yüklərini, üzərilərindəki zəncirlərini endirən” adam olaraq təsvir edilmişdir.


O kəslər ki, əllərindəki Tövratda və İncildə (adını, vəsfini və əlamətlərini) yazılmış gördükləri rəsula–ümmi (heç kəsin yanında oxuyub elm öyrənməmiş və ya məkkəli) peyğəmbərə tabe olurlar. Onlara yaxşı işlər görməyi buyurar, pis işləri qadağan edər, təmiz (pak) nemətləri halal, murdar (napak) şeyləri haram edər, onların ağır yükünü yüngülləşdirər və üstlərindəki buxovları açar (şəriətin çətin hökmlərini götürər). Ona (o Peyğəmbərə) iman gətirən, yardım göstərən və onunla (Quranın) ardınca gedənlər məhz onlar nicat tapanlardır!” (Əraf Surəsi, 157)


Din asan edilmişdir

İslamın insan fitrətinə uyğun olmasının bir başqa səbəbi, asan olmasıdır. Allah, insanın yaradılışına uyğun olaraq endirdiyi dini, eyni zamanda yaşanmasını asan etmişdir. Bu həqiqətQuran ayəsində belə vurğulanmışdır:
Allah istər ki, üzərinizdə olanı (ağırlığı) yüngülləşdirsin, çünki insan (şəhvətini cilovlamaq və itaətin çətinliyinə dözmək baxımından) zəif yaradılmışdır. (Nisa Surəsi, 28)

Bu asanlıq, ibadətlər üçün də geçərlidir. Allah, Ramazan ayında tutulması fərz qılınan oruc ibadəti ilə əlaqədar bir ayədə belə buyurur:
İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz. (Əl-Bəqərə Surəsi, 185)

Nəticədəİslam, insanın yaradılışına tamamilə uyğun bir dindir. Çünki İslamı seçib din edən, insanı da yaratmış olan Allahdır. Allah, yaratdığı qullarına asanlıq diləmiş, onların ehtiyac və istəklərinə ən uyğun əxlaq və həyat modelini din etmişdir. Rəbbimiz, bir ayədə belə buyurmuşdur:
... Bu gün dininizi sizin üçün kamil etdim, sizə olan nemətimi (Məkkənin fəthi, islamın mövqeyinin möhkəmlənməsi, Cahiliyyət dövrünün bir sıra zərərli adətlərinin aradan qaldırılması və s.) tamamladım və sizin üçün din olaraq İslamı bəyənib seçdim. (Maidə Surəsi, 3)

Xətalarınız üçün bir an əvvəl tövbə edib bağışlanma diləməyi əsla unutmayın
Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını diləyərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər. (Nisa Surəsi, 110)

0 yorum:

Yorum Gönder