İslam dünyasının gələcəyinin dünyada sülhün və təhlükəsizliyin bərqərar olması ilə birbaşa bağlı olduğu bir çox mütəfəkkir tərəfindən ifadə edilir. İslam dünyası təxminən 1.2 milyardlıq əhalisi (müsəlmanlar dünya əhalisinin təxminən ¼-ni təşkil edir), sahib olduğu yeraltı zənginlikləri, yerləşdiyi ərazinin strateji əhəmiyyəti ilə böyük gücə malikdir. II Dünya Müharibəsinə qədər əksəriyyəti müstəmləkə altında olan müsəlman ölkələri II Dünya Müharibəsindən sonra başlayan müstəmləkə inqilabları ilə müstəqilliklərini qazanmış və bu vəziyyət İslam coğrafiyasının görünüşünü dəyişdirmişdir. İslamın yayıldığı ərazidə əsl dəyişiklik isə Soyuq Müharibənin sona çatması ilə başlamışdır. Bu tarixə qədər Afrika-Asiya ərazisi kimi qəbul edilən İslam dünyası Albaniya və Bosniyadan tutmuş, Çeçenistan və Tacikistana qədər davam edən Avrasiya (Avropa-Asiya) ərazisini əhatə etmişdir. 80-ci illərdə Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına üzv olan yeganə müsəlman ölkə Türkiyə idisə, bu gün bu ədəd doqquza çatmışdır.
Bu müddət ərzində İslam dünyasının demoqrafik bölgüsündə baş verən dəyişiklik də İslam coğrafiyası anlayışına təsir etmişdir. 20-ci əsrin əvvəllərinə qədər müsəlmanlar, qısa müddətli işğallar istisna olmaqla, adətən İslam torpaqlarında, yəni müsəlmanların hakimiyyəti altında yaşamışdılar. 20-ci əsrin ilk dövrlərindən etibarən müsəlmanlar öz istək və iradələri ilə müxtəlif Avropa ölkələrinə və Amerikaya köçmüş və bu torpaqlarda əhalinin mühüm tərkib olmuşdurlar. Bu gün Amerikada və bir çox Avropa ölkəsində İslam ən sürətlə yayılan din olmuş, qərbəki müsəlmanların sayının artması bu müsəlman birliklərinin ictimai və siyasi həyatda təsirli rol oynamasını təmin etmişdir. Beləcə İslam coğrafiyası yalnız əhalisinin böyük əksəriyyəti müsəlman olan və ya müsəlmanların hakimiyyəti altında olan ölkələrlə məhdudlaşmayan çox böyük coğrafiyaya çevrilmişdir. Qafqazdan Tanzaniyaya, Mərakeşdən Ficiyə qədər geniş əraziyə yayılan İslam dünyası tarixin böyük mədəniyyətlərinin yaranıb inkişaf etdiyi hövzədə yerləşir. Bölgənin sahib olduğu geosiyasi, mədəni və iqtisadi xüsusiyyətləri bu coğrafiyanı bu gün də beynəlxalq əlaqələrdə və dünya siyasətində əhəmiyyətli mərkəzə çevirmişdir.
Dünya ticarət yollarının mühüm kəsişmə və keçid bölgələrinin bu coğrafiyada yerləşməsi də vacib ünsürlərdəndir. Qara dənizi Aralıq dənizinə birləşdirən, Aralıq dənizi və Bəsra Körfəzini Hind Okeanına birləşdirən boğaz və kanalların və Hind Okeanındakı asas keçid nöqtələrinin müsəlmanların hakimiyyəti altında olduğunu nəzərə alsaq İslam dünyasının qlobal tarazlıqlar baxımından daşıdığı əhəmiyyət daha yaxşı aydın olur. Buna həmçinin neft, təbii qaz kimi strateji yeraltı sərvətlər baxımından dünyanın ən zəngin torpaqlarının İslam coğrafiyasında olduğu həqiqəti əlavə olunduğunda vəziyyət daha da dəqiqləşir. Bu xüsusiyyətlərin hamısı İslam dünyası üçün strateji imkandır və bu imkanların yaxşı qiymətləndirilməsi müsəlmanların dünya siyasətindəki fəaliyyətlərinin artması mənasını verir.
Bugünkü real şəraitdən də müsəlmanların birbaşa və ya bilvasitə olaraq 21-ci əsrdəki hadisələrdə mühüm rol oynayacağı açıq-aşkar görünür. Ancaq əlbəttə vacib olan bu rolun İslam dünyası başda olmaqla bütün insanlığa faydalı olmasıdır. Bu mərhələdə əsas məsələ İslam dünyasının mövcud vəziyyətdə belə bir rolu boynuna götürə bilib-bilməyəcəyidir. Şübhəsiz ki, müsəlmanlar bu məsuliyyəti boynuna götürəcək yetkinliyə və şüura sahibdirlər. Ancaq bu gün İslam dünyasına nəzər yetirdikdə, bəzi ölkələrdə demokratiya ənənəsinin, texnologiyanın kifayət qədər inkişaf etməməsi, iqtisadi cəhətdən zəiflik kimi bəzi problemlər nəzərə çarpır. Dünya siyasətində aktiv rol almağa hazırlaşan İslam dünyasının bu və oxşar problemləri dərhal həll etməsi zəruridir.
Ancaq İslam dünyasının hər şeydən əvvəl təcili şəkildə həll etməsi vacib olan həyati və əsas problemi var: Parçalanma. Dünya müsəlmanlarının güclü və aktiv İslam Birliyini qura bilməmələri hal-hazırda yaşanan müxtəlif problemlərin təməlini təşkil edir. Güclü birlik təmin edildiyində bu gün yaşanan problemlər ya heç baş verməyəcək ya da baş verən bütün problemlər daha qısa müddət ərzində həll ediləcəkdir.
Amma dərhal bunu ifadə etmək lazımdır ki, bu parçalanmada diqqət çəkilən plüralizm, yəni İslam dünyası içində fərqli məzhəb və tətbiqlərin var olması deyil. Müsəlmanların parçalanmadan xilas olmaları da hamısının bir tətbiq ya da üsul altında toplanması mənasını daşımır. Əsas olan bu fərqliliyin inanc birliyi altında, plüralizm, tolerantlıq və həmrəylik içində toplanmasının təmin edilməsidir. Dünyagörüşü, düşüncə və tətbiq müxtəlifliyinə hər cəmiyyətdə rast gəlinir. İslam əxlaqının tələbi bütün fərqlərə baxmayaraq müsəlmanların bir-birilərinin qardaşları olduqları həqiqətini unutmamalarıdır. İrqi, dili, vətəni, məzhəbi nə olursa olsun bütün müsəlmanlar qardaşdır. Bu səbəblə İslam dünyası içindəki müxtəliflik zənginlik olaraq qiymətləndirilməlidir. Bunlar müsəlmanların bir-biriləri ilə çəkişməsinə səbəb olan qarşıdurma və ayrılıq səbəblərinə çevrilməməli, onları əsas mövzulardan uzaqlaşdırıb təcili və mühüm problemlərə qarşı tədbir görülməsinə maneə olmamalıdır.
İslam Dünyasında Parçalanmanın Səbəbləri
İslam dünyasının parçalanması 20-ci əsrin əvvəllərində ortaya çıxmışdır. Bundan əvvəl isə fərqli məzhəb, irq və dillərdən olan müsəlmanlar müxtəlif İslam imperiyalarının rəhbərliyi altında bir yerdə dinc və təhlükəsiz şəraitdə yaşayırdılar. Ən vacibi isə bu halda onlar daha güclü idilər.
Ancaq 19-cu əsrin ən dağıdıcı axınlarından biri olan radikal milliyyətçilik İslam dünyasında da təsirini göstərdi. Müsəlmanların bir qisimi qərb ideyalarının təsiri altında qalaraq özlərinə təlqin edilən ideologiyanı mənimsədilər. Bu əsnada İslam imperiyalarının zəifləməsi ilə müsəlmanların böyük əksəriyyəti qərbli güclərin müstəmləkəsinə çevrildi. Müstəmləkəçi güclər İslam torpaqlarından çəkilərkən də bu torpaqları süni sərhədlərlə bölüb müxtəlif dövlətlər meydana gətirdilər. Bu vəziyyət bəzi müsəlmanlar arasında yayılan radikal milliyyətçilik hərəkatları ilə birləşərək ortaya olduqca qarışıq vəziyyət çıxartdı. Müsəlman cəmiyyətlərdəki etnik müftəlifliklər qarşıdurma səbəbinə çevrildi. Qısa müddət əvvələ qədər eyni torpaqlarda bir yerdə yaşayan xalqlar bir anda fərqli sərhədlər içində yaşayan, aralarında anlaşılmazlıqlar və ziddiyyətlər olan cəmiyyətlərə çevrildilər. Hər ölkəylə qonşuları arasında başda sərhəd anlaşılmazlıqları olmaqla müxtəlif mübahisələr yarandı. Bu anlaşılmazlıqların bir qismi İran-İraq müharibəsində olduğu kimi iki müsəlman dövlətin bir-biri ilə var gücü ilə müharibə etməsinə qədər gedib çıxdı. Beləliklə İslam dünyası bir əsr boyunca davam edəcək qeyri-stabil dövrünə girmiş oldu.
Burada dərhal ifadə etmək lazımdır ki, millət və vətən sevgisi, müstəqillik tələbi qanuni və nəsib duyğulardır. Milliyyətçilik duyğusunun qeyri-qanuni hala gəlməsi, sevginin ehtirasa çevrilməsiylə baş verir. Bir insan millətini sevərkən digər millətlərə qarşı səbəbsiz yerə kin bəsləməyə başlayarsa, öz millətinin mənfəətləri üçün digər millətlərin və xalqların haqqlarını tapdalamağı, məsələn onların torpaqlarını ələ keçirməyi, mallarını yağmalamağı hədəfləyirsə, bu qeyri-qanuni yoldur. Və yaxud öz millətinə olan sevgisini bir növ irqçiliyə çevirdikdə, yəni öz millətinin irsi olaraq digərlərindən üstün olduğunu iddia etdiyində də yenə qeyri-qanuni bir fikir meydana gətirmiş olur. Milliyyətçiliyin irqçi düşüncəyə çevrilib iki müsəlman cəmiyyət arasındakı "müsəlman qardaşlığı" anlayışını zədələyib, bunu ortadan qaldıraraq nifrət toxumları əkəcək şəkildə şərh olunması da səhvdir.
Allah bu səhv anlayışa Quranda diqqət çəkir. Ayələrdə "cahiliyyə lovğalığı" olaraq təsvir edilən bu düşüncə cahilliyin (din əxlaqından uzaq cəmiyyətlərin) xüsusiyyəti olaraq izah edilir: Kafirlər öz qəlbində təkəbbürlüyə – cahiliyyə lovğalığına qapıldıqları zaman Allah Öz Elçisinə və möminlərə (mənəvi) rahatlıq nazil etdi və onlara təqva sözünü vacib buyurdu. Onların buna daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi bilir. (Fəth Surəsi, 26)
Diqqət yetirilsə ayədə "cahiliyyə lovğalığı"ndan bəhs edilir, buna qarşılıq kimi Allahın möminlərə güvən və rahatlıq duyğusu verdiyi bildirilir. Göründüyü kimi öz cəmiyyətinə (tayfasına və ya millətinə) istiqamətlənən sevgi nəticəsində digər cəmiyyətlərə qarşı qəzəbli və təcavüzkar rəftar nümayiş etdirən insanların ruh halı Quran əxlaqına ziddir. 19-cu əsrdə materialist Avropada inkişaf edib müsəlman cəmiyyətlərə də ixrac edilən milliyyətçilik anlayışı qəzəbli və şiddət doludur. Bu təkcə İslam dünyasında deyil, az qala bütün dünyada qarşıdurmalara və siyasi qeyri-sabitliyə səbəb olmuşdur.
Halbuki insanlar arasında irqlərinə və soylarına görə ayrı-seçkilik etmək, etnik fərqləri anlaşılmazlıq mövzusuna çevirmək Quran əxlaqına qəti şəkildə zidddir. Rəbbimiz bir ayədə bu şəkildə buyurmuşdur: Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (irq və soy baxımından deyil), təqvada ən irəlidə olanınızdır. Həqiqətən, Allah Biləndir, Xəbərdardır. (Hucurat Surəsi, 13)
Allah, "Göylərin və yerin yaradılışı, dillərinizin və rənglərinizin müxtəlifliyi də Onun dəlillərindəndir. Həqiqətən, bunda bilənlər üçün ibrətamiz dəlillər vardır" (Rum Surəsi, 22) ayəsiylə insanların fərqli irqlərdən və millətlərdən olmasının Özünün ayələrindən biri olduğunu bildirmişdir. Bu fərqliliklər qarşıdurma və ədavət mövzusu deyil, bir növ zənginlik və müxtəliflikdir.
Tarix İslamın etnik müxtəliflikləri uzlaşdırma nümunələri ilə doludur. Hz. Məhəmməd (səv) səhabələri irq və qəbilə ayrı-seçkiliyi etməkdən, insanları millətlərinə, cinsiyyətlərinə, dillərinə, tayfalarına görə ayırmaqdan, hətta eyni cəmiyyət içində insanları maddi imkanlarına görə təsnif etməkdən də qəti şəkildə çəkindirmişdir. Peyğəmbərimiz Vida Xütbəsində "Ey İnsanlar! Şübhəsiz ki, Rəbbiniz və atanız da birdir. Hamınız Adəmdən, Adəm də torpaqdandır. Allah yanında ən üstün olanınız Ondan ən çox qorxanınızdır. Ərəbin əcəmə (ərəb olmayana), əcəmin də ərəbə, ağın qaraya, qaranın da ağa üstünlüyü yoxdur, təqva istisna olmaqla." sözləri ilə müsəlmanları bu mövzuda diqqətli olmağa dəvət etmişdir.
Peyğəmbərimiz (səv) və dörd xəlifə dövründə bir-birini izləyən fəthlər İslam dünyasının sərhədlərini şərq və qərbə doğru genişlətmiş, fərqli millətlərdən bir çox insan İslam bayrağı altında birləşmişdir. Qəbilə qarşıdurmalarına, sonu gəlməyən qan döyüşlərinə boğulmuş olan Yaxın Şərq, İslam əxlaqının yayılması ilə dincliyə qovuşmuş, təkcə ərəblər arasındakı qəbilə döyüşləri deyil, müsəlmanların fəth etdikləri bütün torpaqlardakı qarşıdurmalar da sona çatmışdır. Xristian məzhəbləri arasında var gücü ilə davam edən mübarizələr də, müsəlmanların hakim olduğu torpaqlarda sülhlə nəticələnmişdir. Bir-biri ilə döyüşən qəbilələr, bir-birlərini mərhəmətsizcə yox etməyə çalışan qruplar İslam bayrağı altında bir-birlərinin yaşamaq haqqını tanıyır və hörmət göstərirdilər.
Müasir müsəlmanların dünyagörüşünün də bu istiqamətdə olması vacibdir. Müsəlmanların bir-birləri ilə olan münasibətlərində əsas meyar qarşılarındakı insanın irqi, etnik mənşəyi, dil kimi xüsusiyyətləri, sahib olduğu imkanları, mövqeyi deyil, imanı və gözəl əxlaqıdır. Səmimi iman edən insanlar arasında sevgi, digər insanın Allahdan qorxub çəkinməsinə, Rəbbimizə qarşı olan dərin sevgisinə, saleh əməllərinə, göstərdiyi gözəl əxlaqa görə formalaşır. Əgər bir insan həyatını Allah yolunda həsr etdiyini bütün rəftar və davranışları ilə sübut edir, hər anında Allahın razılığını və rəhmətini güdərək gözəl hərəkətlər edirsə, möminlər o insana qarşı sevgi və hörmət bəsləyərlər, bu insanın dərisinin rəngi, mənsub olduğu milləti, maddi imkanlarını meyar olaraq qiymətləndirməzlər. Eyni meyarlar müsəlman cəmiyyətlər arasındakı əlaqələrdə də etibarlı olmalıdır. İki müsəlman cəmiyyət arasındakı münasibətlər də Quranda bildirildiyi kimi olmalıdır: Müsəlmanlar bir-birlərinin köməkçisi və vəlisidirlər.
İslam dünyasının parçalanmağının ən mühüm səbəblərindən biri bu şüurun çatışmamasıdır. Bunun səbəbi də Quran əxlaqından uzaqlaşaraq dinsiz ideologiyaların və düşüncələrin geniş vüsət almasıdır. Bəzi intellektuallar qərbdə geniş vüsət almış dinsiz fəlsəfə və ideologiyalara aldanaraq bu fikirlərin müsəlman torpaqlarına ixrac edilməsinin İslam dünyasını irəli aparacağını sanmışlar. Bu tarixi səhvin səbəb olduğu təxribatın izləri bu gün də açıq-aşkar görünür. Ədaləti, fədakarlığı, mərhəməti, xoşgörüşü, açıq və qabaqcıl düşünmə tərzini gətirən Quran əxlaqının yerinə, bəzi azğın fəlsəfə və ideologiyaların cəmiyyətlərə mənimsətmə cəhdləriylə, müsəlman dünyasında davam edən nizamın və həmrəyliyin yerini hərc-mərclik və parçalanmışlıq bürümüşdür. Bu xaosu sona çatdırmaq üçün bəzi ölkələrdə yenə Quran əxlaqına zidd olan model ortaya çıxmış və xalqı mərhəmətsizcə əzən despot rejimlər qurulmuşdur.
Bu gün də İslam dünyasının gələcəyinə istiqamətlənən strategiyalar təyin olunarkən bu tarixi təcrübədən dərs alınmalı, səhv istiqamətləndirmə və təlqinlərə qapılmaqdan çəkinilməlidir. Tarix göstərir ki, İslam dünyası ancaq özündəki dəyərlərə sahib çıxdığında yüksələ bilir və bu dəyərlərdən ən vacib olanları isə müsəlmanların birlik və bərabərliyidir. |
0 yorum:
Yorum Gönder