Bu halda, bir canlının digərinə iddia edilən uzun çevrilmə prosesi zamanı saysız aralıq növlərin meydana gəlmiş və yaşamış olmaları lazımdır.
Bu iddiaya görə keçmişdə balıq xüsusiyyətlərini daşımasına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamalıdır. Və yaxud sürünən xüsusiyyətlərini daşımaqla yanaşı, həmçinin bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar meydana çıxmalıdır. Bunlar keçid dövründə olduqları üçün də şikəst, natamam, qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadıqlarınıfərz etdikləri bu xəyali canlılara "aralıq-keçid forması" adlandırırlar.
İlk öncə onu qeyd edək ki, təkamülçülər tərəfindən ortaya atılan bütün iddialar kimi bu iddia da heç bir dəlilə və ya təcrübəyə söykənmir. Əgər təkamülçülərin iddia etdiyi kimi həqiqətən bu cür canlılar keçmişdə yaşayıblarsa o zaman bunların sayı və növləri milyonlarla, hətta milyardlarla olmalıdır. Və bu keçid mərhələlərdə meydanaçıxan əcaib canlıların qalıqlarına mütləq fossil qalıqlarında rast gəlinməlidir. Çünki bu ara keçid formalarının sayı bu gün bildiyimiz heyvan növlərindən də çox olmalı və dünyanın hər tərəfi fossiləşmiş ara-keçid forması qalıqlarıyla dolu olmalıdır. Təkamül nəzəriyyənin qurucusu Çarlz Darvin "Növlərin Mənşəyi" adlı əsərində bunu belə açıqlamışdır:
"Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan saysız ara-keçid növləri mütləq yaşamalıdır... Bunların yaşadıqlarının dəlilləri də yalnız fossil qalıqlarında tapıla bilər." (Charles Darwin, The Origin of Species, s. 179)
Ancaq bu sətirləri yazan Darvin ara formaların fossillərinin heç cür tapılmadığını bilirdi. Bunun nəzəriyyəsi üçün böyük çətinlik meydana gətirdiyini də görürdü. Buna görə də Növlərin Mənşəyi kitabının "Nəzəriyyənin Problemləri" adlı hissəsində belə yazmışdı:
"Əgər həqiqətən növlər o biri növlərdən yavaş dəyişikliklərlə törəmişdirsə, niyə saysız-hesabsız ara-keçid formasına rast gəlmirik? Niyə bütün təbiət qarışıqlıq halında deyil, tam olaraq təyin olunmuş və hər şey öz yerindədir? (Charles Darvin, The Origin of Species, s. 172, 280.)
Darvinin bu problemləri vurğulamasından 100 ildən çox keçdiyinə baxmayaraq, var olduğu iddia edilən ara-keçidformalarından əsər-əlamət yoxdur. Bir dənə də olsun ara-keçid formasının yoxluğu, təkamül nəzəriyyəsinin etibarsızlığını sübut etməyə kifayətdir.
0 yorum:
Yorum Gönder