CAHİL CƏMİYYƏTDƏ QADIN XARAKTERİ

Cahil cəmiyyətlərdə qadın xarakteri mədəniyyət səviyyəsindən asılı olmayaraq, cəmiyyətin hər təbəqəsi tərəfindən tətbiq olunur. Bunun səbəbi isə cəmiyyətin bütün üzvlərinin bu xarakteri qız uşaqlarına kiçik yaşlardan etibarən cazibədar göstərmələridir. Uşaqlıq illərindən etibarən ətrafdakı insanlardan eyni təlqinləri alaraq tərbiyə edilən qız uşaqları, cəmiyyət tərəfindən özləri üçün uyğun hesab edilən bu xarakteri çox vaxt heç sorğu-sual etmədən qəbul edərlər. 

ANAYA VERİLƏN DƏYƏR

Allah, İslam əxlaqı ilə insanların həm ictimai, həm də fərdi mənada bütün hüquqlarını zəmanət altına almış və onlara ən rahat, ən dinc və ən xoşbəxt şəkildə yaşaya biləcəkləri yolu göstərmişdir. Quran əxlaqı qadın-kişi, gənc-yaşlı, zəngin-kasıb ayrıseçkiliyi güdmədən bütün insanlara qarşı ədalətli, xoş görüşlü, mərhəmətli və yardımsevər münasibətdə olmağı tələb edir. Mömin, qarşısında hər kim olursa olsun, həyatının sonuna qədər bu əxlaqı gücünün çatdığı ən gözəl şəkildə göstərməklə məsuldur. Çünki iman edən bir insan bütün gözəl əxlaq xüsusiyyətlərini, Allah özünə əmr etdiyi üçün yaşayar. Bu səbəblə də qarşısındakı adamın ictimai mövqeyi, cinsiyyəti, yaşı kimi faktorlar, onun göstərəcəyi münasibət  və davranışlarına təsir etməz.

ALLAHIN QURANDA DİQQƏT ÇƏKDİYİ QADINLAR

http://www.islamiyonelis.com/resimler/haberler/28529.jpg İnsanları doğru yola çatdıracaq olan, Quran ayələrinə tabe olmaqdır. Bu gerçəyi Allah,
“Onlara (küfrdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir.Bu böyük bir hikmətdir. Lakin (arxa çevirənlərə) təhdidlər nə fayda verə bilər?!” (Qəmər Surəsi, 4-5)
 

ALLAHA TƏVƏKKÜL

http://img1.blogcu.com/images/a/n/g/anguzelblogg/y1pyfl_ey76d4l-lk4w80ero0qxcq5umls3dfw30ituevhjplforx3j1xiq2haad69e.jpgMömin qarşılaşdığı hər hadisəni Allahın xüsusi olaraq imtahan məqsədilə yaratdığını bilməli, Allaha təvəkkül etməli və Onun rizasına ən uyğun şəkildə davranmalıdır.

Sonsuz  hikmətlə yaradan Allah Günəş sistemindən tutmuş bütün kainata qədər hər şeyi insana xidmət edəcək şəkildə yaratmışdır. Ortada bu qədər açıq həqiqət varkən insan həyatının bir məqsədi olmadığını düşünmək böyük bir cəhalətdir. Əlbəttə, insanın bir yaradılış məqsədi var və bu məqsədi Allah belə açıqlayır:
“Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım.” (Zariyat surəsi, 56)

ALLAH İNSANIN DUASINI QƏBUL EDƏR

Sonsuz mərhəmət, şəfqət və güc sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Ona dua edənin duasını qəbul edəcəyini bildirir. ALLAH quranda belə bildirmişdir:  

Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul ədib Mənə iman gətirsinlər. Bununla da, ola bilsin ki, doğru yola yetişsinlər.” ("Bəqərə" surəsi, 186) 

ƏSRİ-SƏADƏT DÖVRÜNÜN SON XƏLİFƏSİ: Hz. ƏLİ (r.ə)

İslam tarixinin ən görkəmli dövrlərindən olan “dörd xəlifə dövrü”nün son xəlifəsi Hz. Əli (r.ə.) olmuşdur. Peyğəmbərimizə (s.ə.v.) və özündən əvvəlki qiymətli İslam xəlifələrinə könüldən beyət edərək onlara qəti bir itaətlə bağlanmış, sahib olduğu yüksək əxlaq ilə bütün müsəlmanlara nümunə olmuşdur.

Peyğəmbər əfəndimizin (s.ə.v.) əmisi Əbu Talibin oğlu olan Hz. Əli (r.ə.) kiçik yaşda İslamı qəbul edən ilk müsəlmanlardandır. Tarixi qaynaqlarda ifadə edildiyi kimi Peyğəmbərimiz Hz. Muhəmmədin (s.ə.v.) yanında böyümüş, ondan təhsil alıb yetişmişdir.

 

AİLƏ HƏYATINDA QADINA VERİLƏN DƏYƏR

İnsanların dünyəvi dəyərlər üzərində qurduqları ailələr qısa müddətdən sonra cansıxıcı ola bilər. Ailələrdə bu hala tez-tez rast gəlmək olur. İnsanlar hörmət və sevgilərini dünyəvi dəyərlər üzərində qurduqda və bu dəyərlərdə hər hansı bir dəyişiklik olduqda, bu hisslərini dərhal itirə bilirlər. Sevgi, hörmət, sədaqət kimi anlayışlar gözəllik, zənginlik, sağlamlıq, mövqe, ya da etibar kimi meyarlara əsaslandığında bu nəticə demək olar ki, qaçılmaz olur. Əgər insan sevgisini qarşısındakı insanın yalnız gözəlliyinə əsaslandırmışsa, həmin insan zaman keçdikcə gəncliyini, sağlamlığını, gözəlliyini itirəcək, buna görə də sevgi, hörmət və sədaqət də bununla birlikdə yox olacaq. Həmçinin zənginlik, ya da mövqe kimi dəyərlər də asanlıqla itirilməsi mümkün olan xüsusiyyətlərdir. Özünə bu dəyərləri əsas meyar kimi götürən bir insan, bunları itirdikdə artıq qarşısındakı adamı sevməyə, ona hörmət etməyə davam etmək üçün  heç bir səbəb tapa bilməyəcək.

MÜSƏLMAN QADIN EMOSİONAL DEYİL

Emosionallıq din əxlaqının yaşanmadığı cəmiyyətlərdə mənfi xüsusiyyət hesab edilmir. Hətta emosionallığın əslində hər insanın xarakterində az-çox mövcud olan əhəmiyyətli xüsusiyyət olduğuna inanılır. Bu düşüncəyə görə emosionallığın səbəb olduğu hərəkətlər də lazımlı insani duyğulardır. Buna görə də emosionallıqdan qaynaqlanan ‘incimə, şikayət etmə, xətrinə dəymə, ağlama, içinə qapanma, durğunluq, qısqanclıq, əsəbilik’ kimi yanlış xüsusiyyətlərin, ‘insanın içindən gələn duyğular’ olduğu iddia edilərək daima buna təşviq edirlər.

QADINLARIN RAZI SALINARAQ BOŞANILMASI

İman və Allah qorxusu insanların həyatlarının hər anında vicdanlarına və Quran əxlaqına uyğun şəkildə hərəkət etmələrini təmin edir. Əks təqdirdə isə insanı nəfsinin eqoist istəkləri və şeytanın təlqinləri istiqamətləndirir. Bu da insanları doğru və gözəl olan münasibətlər əvəzinə nəfsini razı edəcək, şəxsi mənfəətlərini qoruyacaq davranışlara  gətirib çıxarır. Bu dünyagörüşü, boşanma zamanı iki insan arasındakı bəzi maddi əlaqələrə son verərkən özünü büruzə verir.

İNANANLARA DÜŞƏN MƏSULİYYƏT




Müsəlman ətrafında baş verənlərə laqeyd qalmaz və heç bir zaman “mənə toxunmayan ilan min yaşasın” məntiqi ilə düşünməz. Çünki o, Allaha təslim olmuşdur, Onun yolundadır və yaxşılığı təmsil edir. O zaman tətbiq olunan zülmə və terrora qarşı laqeyd qala bilməz. Heç bir cinayət törətməmiş günahsız insanları öldürən terrorun, ən böyük düşməni Müsəlmandır. İslam dini, hər cür terroraqarşıdır və elə ilk anda yəni düşüncə mərhələsində terrora mane olur.

Dünyada baş verən hadisələrinözlərinə toxunmadığı müddətcə narahat olmayan insanlar, dinin insanlara aşıladığı fədakarlıq, qardaşlıq, dostluq, dürüstlük və xidmət anlayışından məhrum insanlardır.

İSLAM, ORTA ŞƏRQƏ SÜLHÜ GƏTİRİB – 2

Osmanlıda ədalət və insanpərvərliyi

1514-cü ildə Yavuz Sultan Səlimin Qüdsü və ətrafını fəth etməsi ilə birlikdə, Fələstində təxminən 400 il davam edəcək Osmanlı hakimiyyətibaşladı. Bu dövr, Osmanlının digər əyalətlərində olduğu kimi, Fələstində də sülhü, sabitliyi və “fərqli etiqadlarınbir yerdə yaşaması”nı təmin edəcəkdi.

Osmanlı İmperatorluğu, “millət sistemi” adı verilən bir qayda-qanunla idarə olunurdu və bu sistemin ən təməl xüsusiyyəti, fərqli etiqadlara sahib insanlara, öz etiqadlarınınvə hətta hüquqlarının tələb etdiyi şəkildə yaşamağa imkan verməsiidi. Quranda “Kitab əhli” olaraq bildirilən Xristianlar və Yəhudilər, Osmanlı torpaqlarında xoşrəftarlıq, təhlükəsizlik və azadlıq tapdılar.

TERRORUN KÜTLƏ PSİXOLOGİYASI

Terroristlərin mühüm xüsusiyyətlərindən biri kütlə ruhu ilə hərəkət etmələridir. Kütlə ruhu ilə hərəkət edən insanlar həqiqətən təkbaşına etməyəcəkləri şeyləri edir, şüursuzluq və iradəsizlik içində hərəkət edə bilirlər. Dünyanın bir çox ölkəsindəki terror təşkilatlarında olan ağılsız və cahil insan nəyi nə üçün etdiyini belə bilmədən, kütlənin və şüarların təsiri altına düşərək, sürü psixologiyasında həqiqətən öz iradəsi ilə etməyəcəyi kütləvi cinayətlərə səbəb olur.

Rus anarxiyasının qurucusu olan Mixail Bakunin və şagirdi Neçayev ideal bir terroristi belə təsvir edirlər:
“İdeal terrorist, qanuni və mədəni dünyanın bütün qanuni, mənəvi və digər təşkilatları ilə əlaqəni kəsən insandır... Yalnız birelmi tanıyır: Yox etmək.”(http://www.teror.gen.tr/turkce/propaganda/eleman/ozellikler.html)

Hz. İSA DÜNYAYA QAYIDACAQ


Hz. İsanın yer üzünə ikinci dəfə qayıdışı mövzusu, son həftələrdə Türkiyədə əhəmiyyətli bir məsələ oldu.Bu mövzudakı həqiqəti öyrənmək üçün, əlbəttə Quranda izah edilən həqiqətləri araşdırmaq lazımdır.

Hz. İsanın yer üzünə ikinci dəfə gələcəyi mövzusunda  Quranda əhəmiyyətli sübutlar var. Bunları sıra ilə bu şəkildə araşdıra bilərik:

1-ci Sübut:

”...sənin ardınca gedənləri Qiyamət gününə qədər kafirlərdən üstün edəcəyəm...”

DƏQİQƏDƏ 36 MİLYON ƏMƏLİYYAT APARAN FERMENTLƏR

Canlıların bədənlərində hər saniyə sayıla bilməyəcək qədər çox əməliyyat həyata keçir. Bu əməliyyatlar o qədər təfsilatlıdır ki,hər mərhələdə hər şeyənəzarət edən, nizamlayan və hadisələri sürətləndirən “super nəzarət edicilərin” müdaxiləsinə ehtiyac vardır. İnsan bədənindəki bu super nəzarət edicilər, fermentlərdir.
 
 
Hər canlı hüceyrədə, hər biri öz xüsusi işini görən, məsələn DNT köçürməsinəkömək edən, qida maddələrini parçalayan, qidalardan enerji əldə edən, sadə molekullardan zəncir düzəldilməsini təmin edən və bunlar kimi saysız işlər görən minlərlə ferment var.

DÜNYANIN ƏN BÖYÜK DİNİ ARTIQ İSLAMDIR

Son illərdə dünyada cəmiyyətin islam əxlaqına yönəldiyi açıq-aşkar görünən həqiqətdir. Dünya daxilində islama olan maraq hər gün artır, Quranı oxuyub Peyğəmbərimiz (s.ə.v)in həyatını araşdıran bir çox insan özünə din olaraq islamı seçir. Araşdırmalar zamanı və təşkil edilən ictimai yoxlamalara görə insanların həyatında dinin çox əhəmiyyətli yer tutduğunu, əvvəlki zaman ilə müqayisədə çox insanın dini dəyərlərə əhəmiyyət verməyə başladığını və mənəviyyata yönəldiyini göstərir. Dünyanın bir çox ölkəsində yaşanan bu dini şüurlanma və islama yönəlmə, dünya tarixində yeni  dövr başlanğıcının ən əhəmiyyətli işarələrindən biridir.

DİNDAR YƏHUDİ VƏ XRİSTİANLARA ŞƏFQƏT VƏ MƏRHƏMƏT GÖSTƏRMƏK QURANIN AÇIQ BİR ƏMRİDİR

Müsəlmanlar Allahın Peyğəmbərimizdən (s.ə.s.) əvvəl göndərdiyi bütün peyğəmbərlərə iman edər və heç birini digərindən ayırd etmədən sevib hörmət edərlər. Eyni şəkildə bu haqq peyğəmbərlərə könüldən bağlanan və onlarla birlikdə haqqı müdafiə edən səhabələrlərinə də dərin bir sevgi və hörmət bəsləyərlər. Quran ayələrində peyğəmbərlərin səhabələrlərindən bəhs edilən ifadələr belədir:

Ey iman gətirənlər! Allahın (dininin və peyğəmbərinin) köməkçiləri olun! Necə ki, Məryəm oğlu İsa həvarilərə: “Allah yolunda mənim köməkçilərim kimdir?” – demiş, həvarilər də: “Allahın köməkçiləri bizik!” – deyə cavab vermişdilər. Nəhayət, İsrail oğullarından bir tayfa iman gətirdi, bir tayfa isə kafir oldu. Biz də iman gətirənləri düşmənlərinə qarşı qüvvətləndirdik və onlar qələbə çaldılar.
(Səff surəsi, 14)

 

İSLAMDA DÜŞÜNCƏ AZADLIĞI

Üzərində yaşadığımız dünyada çox fərqli inanclara sahib insanlar vardır. Belə bir
dünyada yaşayan müsəlmanlar, qarşılarındakı insanın inancı nə olursa olsun xoşrəftarlı olmalı, bağışlamalı, ədalətli davranmalıdırlar. İnsanları Allahın dininə gözəlliklə, sülhvə xoşrəftarla dəvət etmək, iman edənlərin üzərinə düşən bir məsuliyyətdir.

İnsanların düşüncə və həyat azadlığını təmin edən və zəmanət altına alan bir din olan İslam, insanlar arasında gərginliyi, anlaşılmazlığı, bir-birlərinin haqqında mənfi danışmağı və hətta mənfi düşüncəni (zənn) daxil olmaqla maneə törədən və qadağan edən əmrlər gətirmişdir. İslam terror və şiddət hərəkətlərinə qəti olaraq qarşı olduğu kimi, insanların üzərində ən kiçik bir təzyiq göstərilməsiniqadağan etmişdir.

HZ. MUSA (Ə.S.) HEKAYƏSİNDƏN AXIR ZAMANA İŞARƏLƏR


Adnan Oktar: Cənabı Allah, Taha surəsində Hz. Musaya deyir ki, “Onu götür və qorxma, Biz onu ilk vəziyyətinə çevirəcəyik.” Yəni Cənabı Allah Hz. Musaya əsası üçün həmişəlik ”qorxma” deyir. Bir qorxu hakim olduğu dövr. Qorxu tərəfdənbilirsiniz ki, Hz. Mehdi (ə.s.), Hz. Musa (ə.s.)ya bənzəyir. Yəni həmişə qorxulacaq hadisələrin olacağı bir mühit olacaq. Hz. Mehdi (ə.s.) cəsur olacaq, lakin mühit qorxulacaq mühit olacaq. “Əlini sinənə apar, bir xəstəlik olmadan, başqa bir möcüzə (ayə) olaraq dümağ bir vəziyyətdə çıxsın.” Ağ bir ələ diqqət çəkilir axır zamanda. O əli, insanlar oturduğu yerdən görəcəklər. O, ağ bir əl, ki, bu Hz. Mehdi (ə.s.)nin əlidir inşaAllah. Axşam vaxtında çıxacaqHz. Mehdi (ə.s.). İnsanlar Hz. Mehdi (ə.s.)ni oturduğu yerdən görəcəklər.

QURAN ƏXLAQINDA MÜSƏLMAN KİŞİ XARAKTERİ


Başqa bir məqaləmizdə indiki dövrdə müsəlman qadınların özlərinə Hz. Məryəmi nümunə olaraq götürmələri lazım gəldiyindən bəhs etmiş, onun həyatı ilə bağlı Qurandan öyrəndiyimiz təfsilatları, davranış və düşüncə formasını, üslubunu anlatmağaçalışmışdıq. Bu yazımızda isə günümüzdə ideal müsəlman kişi xarakterinin necə olmağına dair yer verəcəyik.

HEÇ VAXT VİCDANINIZIN SƏSİNİ EŞİTMƏZLİK ETMƏYİN

İnsan dünyada olduğu müddət boyunca yaşadığı hər hadisəyə göstərdiyi
reaksiyalarla və içindən keçirdiyi fikirlərlə sınanar. Bu sınaq əsnasında qarşısında hər vaxt iki alternativ vardır: Ya daim pis əməli əmr edən nəfsinin səsinə uyğun gələcək ya da özünü bu pis əməldən çəkindirən vicdanının səsini dinləyəcək.

Nəfs, insanı ən kiçiyindən ən böyüyünə qədər yaşadığı hər hadisədə Allahın sərhədlərini aşmağa, üsyana və pis şeyə çağırar. İnsanın öz istək və ehtiraslarını ön plana çıxardaraq Allahın razılığını göz ardı etməsini istər. Və bunu da çox müxtəlif bəhanələr qarşıya qoyaraq hiyləgərcəsinə edər. Belə ki, adam əgər vicdanının səsini dinləməzsə nəfsinin pıçıltılarına dərhal aldanar.

MÜSƏLMANIN HƏYATINDA NAMAZ İBADƏTİNİN ƏHƏMİYYƏTİ

 
 
İmanlı  bir insan ibadətlərinə göstərdiyi diqqəti ilə bilinər. Allah (c.c.)ın vacib etdiyi namaz, oruc, və dəstnamaz ibadətlərini həyatı boyunca həvəslə davam etdirər. Allah (c.c.) saleh Müsəlmanların ibadət həvəsini bir çox ayəsində belə xəbər verir. Bu ayələrdən biri belədir:
 
Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün (bu yolda bütün əziyyətlərə) səbr edir, (vaxtlı-vaxtında, lazımınca) namaz qılır, onlara verdiyimiz ruzidən (yoxsullara, ehtiyacı olanlara) gizli və aşkar xərcləyir, pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) – məhz onları (gözəl) axirət yurdu – gözləyir. (Rad surəsi, 22)

SATANİZMİN İDEOLOJİ TƏMƏLİ: DARVİNİZM

Satanizm, şiddəti və vəhşiliyi dini ayin halına gətirən azğın bir ideologiyadır. Şeytanı ilah qəbul etdiklərini söyləyən satanistlər, insanlıqdan kənar fəaliyyətlərivə qanlı cinayətləri bir ibadət düşüncəsi ilə yerinə yetirirlər.

Bir çox insan satanizm deyildiyində bunu yalnız psixoloji nöqteyi-nəzərindən gənclər arasında məşhur olan, mistik bir axın olduğunu düşünür. Ya da baxdığı filmlərin təsiri ilə satanistlərin sadəcə qəribə ayinlərə sahib, ağlıyerində olmayan insanlar olduğunu düşünür. Satanistlərin əsası vəhşilik olan, vahiməli ayinlərə sahib olduqları doğrudur. Ancaq bir çox insanın diqqət etmədiyi bir şey, satanizmin keçmişi 1800-cü illərə qədər uzanan materialist, şiddət tərəfdarı və ateist ideologiya olduğudur. Üstəlik bu ideologiyanın dünya səviyyəsində çoxlu sayda tərəfdarı var.

  

MÜSƏLMANIN HƏR DƏQİQƏ, HƏR SAAT ÜZƏRİNDƏ DÜŞÜNMƏLİ OLDUĞU MƏLUMATLAR

“... Rəbbini çox yad et və səhər-axşam Onun şəninə təriflər de.”
(Ali-İmran Surəsi, 41)
 
“Səhər-axşam ürəyində yalvararaq və qorxaraq, səsini qaldırmadan Rəbbini yad et və qafillərdən olma.” (Əraf Surəsi, 205)
 
“...Bilin ki, qəlblər ancaq Allahı zikr etməklə rahatlıq tapır.”(Rəd Surəsi, 28)

GƏLƏCƏK QORXUSU

Din əxlaqı səmimi olaraq yaşandığında  insanlar  bir çox dərd və narahatlıqdan təbii şəkildə xilas olar və hamı dinc və rahat bir həyat sürər.

Möminlərdən başqa demək olar ki, bütün insanlar həyatlarının qabaqkı dövrlərində özlərini gözləyən hadisələrlə maraqlanar və bir çox pis ehtimalı düşünüb narahat olarlar. Bu, onları ciddi şəkildə təşvişə salar və narahat edər. Bundan başqa insanların əksəriyyətinin yaşadığı gündəlik narahatlıqlar da vardır ki, bunları da gələcək qorxusuna daxil etmək mümkündür. Kiçik yaşlarda bu vəziyyət dərs tapşırıqlarından, dostluq əlaqələrindən və şifahi imtahan kimi sadə problemlərdən ibarətdir. Ancaq yaş artdıqca insanlar üçün problemə çevrilən, onları qorxudan məsələlər də çoxalır. (Harun Yəhya, “Adamlıq Dini”)

DÖVLƏTİ VƏ MİLLƏTİ YIXAN DİNSİZLİK TƏHLÜKƏSİ

Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə əxlaqi və ailəvi dəyərlər zamanla etibarlığını itirər. Yaxşılıq və pislik anlayışları fərdi mənfəət və çıxarlara görə şəkillənməyə başlayar. Bu səbəblə də zaman içində rüşvət, oğurluq və dövlətə itaətsizlik kimi əxlaqdan uzaq davranışlar yayılaraq dövlətin və millətin təhlükəsizliyini və bütünlüyünü hədələyən bir ünsür halına gəlir.

Bir milləti bir yerdə tutan, dövləti güclü edən ən əhəmiyyətli ünsürlərdən biri mənəvi dəyərlər və din əxlaqıdır. Keçmişi və mədəniyyəti nə qədər qədim olsa da mənəvi və dini dəyərlərin zəifləməsi, bir cəmiyyətdə pis işlərin baş göstərməsini, anarxiyanın ortaya çıxmasını, daha sonra da bölünməyi və yox olmağı qaçılmaz bir hala gətirər. Tarix güclənib, yüksəlib, zənginləşib, böyüyüb lakin mənəvi dəyərlərinə olan bağlılığını itirməsindən ötəri varlığını itirmiş cəmiyyətlərin nümunələri ilə doludur.

FƏZADAKI MƏSAFƏLƏR ALLAHIN ELMİ İLƏ NİZAMLANMIŞDIR

Göy cisimlərinin fəzadayayılması və aralarındakı nəhəng boşluqlar dünyada canlı həyatın mövcud ola bilməsi üçün vacibdir. Göy cisimləri arasındakı məsafələr dünyadakı həyatı dəstəkləyəcək şəkildə bir çox universal güclə ahəngdar olanbir hesab daxilindəyerbəyer edilmişdir.

Yer planeti, bildiyimiz kimi Günəş Sisteminin bir parçasıdır. Bu sistem, kainatın içindəki digər ulduzlara görə orta kiçiklikdə bir ulduz olan Günəşin ətrafında fırlanmaqdaolan doqquz planetdən və onların əlli dörd peykindən meydana gəlir. Dünya, sistemdə Günəşə ən yaxın üçüncü planetdir.

ÖLÜM ANINDA İNKAR EDƏNLƏRİN YAŞADIQLARI PEŞMANÇILIQ


Yaşadıqları müddətdə insanlara Allah (c.c.)dan qorxub çəkinmələrini, sonsuz cənnət və cəhənnəm həyatının varlığını, hesab günü üçün hazırlıq etmələrinin vacib olduğu bir neçə dəfə xatırladılar. Ancaq inkarçılar bu çağrılara hər dəfə mənfi cavab verər vəbu qiymətli öyüddən faydalanmazlar. Məhzbu səbəblə də, ölümlə qarşılaşdıqlarında yaşadıqları böyük peşmançılığın əsl səbəblərindən biri, “öz əlləri ilə” özlərini belə bir vəziyyətə soxmuş olmalarıdır. Kimsə onları məcbur etməmişdir, ancaq onlar bu pis sonu özləri hazırlamışdır. Ölüm anı ilə birlikdə inkarçılar böyük bir əzab çəkməyə başlayarlar. Bu əzabın başlanğıcı, Allah (c.c.)ın ayələrdə bildirdiyi kimi, ölüm anında yaşanan böyük qorxudur. O gün insanların yaşadığı qorxunu Rəbbimiz belə xəbər verir:
(Ölüm qorxusundan) ayağı-ayağına dolaşacağı zaman, aparılacağı yer Rəbbinin hüzuru olacaqdır.(Qiyamət Surəsi, 29-30)

İNKARÇILARA ƏN BÖYÜK CƏZALARDAN BİRİ, DÜNYADA DA AXİRƏTDƏ DƏ XOR VƏ ALÇAQ OLMALARIDIR

Bu dünyadakı imtahan mühitində xüsusi olaraq yaradılmış bir birlik vardır. Bu kəslər, heç bir məlumata dayanmadan, heç bir yol göstəriciləri olmadan Allaha qarşı mübarizə içində olan, möminlərə çətinlik çıxaran, üsyan içində yaşayan inkarçılardır. Allah onlara dünya həyatında müddət verər. Onlar isə, özlərini güclü zənn edən, lovğalanan insanlardır. Özlərini möminlərdən üstün olduğuna inanar, böyüklük göstərərlər. Özlərini bu cür böyük göstərdikləri və Allaha qarşı üsyan etdiklərinə görə Uca Allah dünyada və axirətdə onlara ən böyük cəza olaraq “alçaldılmağı” layiq görmüşdür.

ALLAHIN YARATDIĞI SƏNƏTİN TƏCƏLLİSİ: ƏZƏLƏ VƏ SÜMÜK

Quranın bənzərsiz üslubu və ehtiva etdiyi üstün hikmət, onun aləmlərin Rəbbi olan Allahın sözü olmasınıbir daha təsdiq edir. Bunların yanında, Quranın Allah qatından göndərildiyini isbat edən bir çox möcüzəvi cəhətlər vardır. Bu cəhətlərdən biri, 20-ci əsr texnologiyası ilə aydınlaşdırılan bəzi elmi həqiqətlərin 1400 il əvvəl Quranda xəbər verilməsidir. Quranın elmi möcüzələrini başa düşmək üçün, ilk növbədə bu ilahi kitabın göndərildiyi dövrdəki insanların elm səviyyəsinə bir nəzər salmaq lazımdır. Quranın göndərildiyi 7-ci əsrdə, ərəblər elmi məsələlərlə bağlısaysız xurafata və batil inanca sahib idi. Kainatı və təbiəti tədqiq etmək üçün texnologiyaya malik olmayan ərəblər, nəsildən-nəslə ötürülən əfsanələrə inanırdılar. İnsanların astronomiya, fizika ya da biologiya haqqında çox az şey bildikləri belə bir dövrdə göndərilən Quran, kainatın yaradılışından insanın meydana gəlməsinə, atmosferin quruluşundan, yer üzündəki tarazlıqlara qədər bir çox mövzuda əsas məlumatlar əhatə etməkdə idi.