QURAN ƏXLAQINDA SEVGİ

Din əxlaqını yaşamayan insanların həqiqi mənada sevmələri və sevilmələri qeyri-mümkündür. Gerçək sevginin qarşılıqlı olaraq yaşanması üçün, o insanın hər şeydən əvvəl Allahı dərin bir sevgiylə sevməsi və Allahın sevgisini qazana biləcəyi bir əxlaq göstərməsi lazımdır. Allah, sevdiyi qullarının ürəyinə bir sevgi verər və digər insanların ürəyində də onlara qarşı bir sevgi yaradar. Unudulmamalıdır ki, sevginin əsl qaynağı və əsl sahibi yalnız Allahdır. Sevgi kimi çox böyük və qiymətli bir neməti yaşaya bilmək üçün, insanın əvvəlcə əxlaqı ilə bu nemətə layiq olması və Allahdan özünə bu neməti verməsini istəməsi lazımdır. Pis bir əxlaqa sahib olan, ya da din əxlaqını yaşamayıb cahilik həyatına etina edən bir insan, dünyada da, axirətdə də buna görə bədbəxt ola bilər, tək və dostsuz qala bilər.

Sevginin Allah Qatından verilən bir nemət olduğunu Allah Quranın bir çox ayəsində bildirmişdir:

“Biz həm də ona öz dərgahımızıdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi”. (Məryəm Surəsi, 13)

“Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq”. (Məryəm Surəsi, 96)

“Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda bilənlər üçün nişanələr vardır! (Ər-Rum Surəsi, 21)

Allahın gerçək sevgini layiq gördüyü insanların xüsusiyyətlərindən bəziləri belədir:

Fədakar olmaq

“Bəzi zümrələrimizə verdiyimizə rəğbət gözü ilə baxma, onlardan ötrü kədərlənmə, möminləri qanadın altına al”. (Ər-Hicr Surəsi, 88 )

Allaha və axirətə inanmayan insanlar, dünya həyatını bir mübarizə yeri hesab edərlər, bu insanların fikrinə görə, hər insan həyatda qala bilmək üçün döyüşməli və bu döyüşdə güclü olanlar gücsüz olanları əzərək həyatlarına davam etməlidirlər. Tamamilə azğın bir inancın məhsulu olan bu görüş, insanların gözəl əxlaqdan tamamilə uzaqlaşmalarına və yalnız öz mənfəətlərini qorumağa söykənən pis bir əxlaq anlayışını inkişaf etdirmələrinə səbəb olar. Bu dünyagörüşünün hakim olduğu bir cəmiyyətdə, çətin vəziyyətə düşməyi gözə alan gücsüzə kömək etmək, bir başqası üçün fədakarlıqda olmaq və ya bir başqasının sağlamlığını, xoşbəxtliyini, rahatlığını özündən üstün tutmaq kimi gözəl əxlaq xüsusiyyətləri, lazımsız üstünlüklər olaraq görülər. Bu səbəbdən, hər hansı bir qarşılıq əldə etmədiyi müddətcə heç kim bir-biri üçün fədakarlıqda etməz.

Din əxlaqının yaşanmadığı cəmiyyətlərdə, insanlar arasında bu cür dünyagörüşünə tez-tez rast gəlinə bilər. Belə bir anlayışa sahib olan insanların isə, bir-birlərinə gerçək mənada bir sevgi duymaları o qədər də mümkün olmaz. Çünki insan, öz rahatlığını hər kəsdən daha qabaqda tutan eqoist bir adama qarşı ürəyində həqiqi və səmimi bir sevgi duya bilməz. Qarşısındakı insanda tək bir mövzuda belə eqoizmə rast gəlməsi, ruhunda ona qarşı duyduğu sevgi mənfi yönə istiqamətlənər. Məsələn, bir insanın yalnız öz rahatlığını düşünməsi, gözəl yeməyi, rahat çarpayını özü üçün saxlayıb, ətrafındakıları düşünməməsi belə o adama qarşı duyulan sevgini zədələyər. Cahilik cəmiyyətində insanlar bir-birlərinin bu tərz pis xüsusiyyətlərinə tez-tez şahid olarlar və bu da fikirlərində o adama qarşı mənfi rəy meydana gəlməsinə səbəb olar.

Cahilik əxlaqını yaşayan insanlar, ən yaxın dostlarına belə, fədakarlıqda olmalarını tələb edəcək hər hansı bir iş təklif edə bilməzlər. Məsələn, uşağı xəstələnən biri, iş yoldaşlarından özünün yerinə işləmələrini istəyə bilməz. Anaya və ya ataya kömək etmək belə bəzən uşaqları arasında problem ola bilər, hətta buna görə aralarında küskünlük də yaşanar. Halbuki soruşulduğunda hər kəs ana-atasını çox sevdiyini söyləyər. Amma, fədakarlıq tərəfindən, əgər ciddi bir mənfəətləri yoxdursa, bəzi insanlar bundan belə qaçarlar. Halbuki həqiqətən sevən insan sevdiyi üçün hər cür fədakarlığı edər və bundan ötəri heç bir zaman şikayətlənməz, bezməz.

Möminlərin bir-birlərinə olan sevgi və bağlılıqlarının ən diqqətə çarpan xüsusiyyətlərindən biri, bir-birləri üçün sevə-sevə fədakarlıqda olmaları, bir-birlərinin ehtiyaclarını öz nəfslərindən üstün tutmalarıdır. Allahın Quranda bu mövzuda verdiyi nümunələrdən biri, Məkkədən Mədinəyə hicrət edən möminləri qonaq edən Mədinəli möminlərdir.

Quranda möminlərin bu gözəl əxlaqları belə bildirilmişdir:

“Onlardan əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərində üstün tutarlar. Nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Əl-Həşr Surəsi, 9)

Ayədə həm Məkkəli, həm də Mədinəli möminlərin gözəl əxlaqlarından danışılmaqdadır. Məkkəli möminlər, mallarını, qohumlarını, əşyalarını, evlərini, bağlarını-bağçalarını, işlərini geridə buraxaraq, Allahın dinini yaşaya bilmək üçün yurdlarından çıxmış, Mədinəyə hicrət etmişlər. Allahın razılığını qazana bilmək üçün sahib olduqları hər şeyi geridə buraxmağı gözə almışlar. Bu, çox üstün bir əxlaqın göstəricisidir və onların, özlərinə Allahı vəkil əldə etmiş etibarlı insanlar olduqlarının bir ifadəsidir. Bu gözəl əxlaqları, digər möminlərin onlara dərin bir sevgi, hörmət və mərhəmət duymalarına səbəb olmuşdur.

“Sevdiyiniz şeylərdən sərf etməyincə savaba batmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!” (Ali-İmran Surəsi, 92)

“O müttəqilər ki, bolluqda da, qıtlıqda da, xırcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər”. (Ali-İmran Surəsi, 134)

Necə ki, Mədinəli möminlər bu etibarlı və sadiq mömin qardaşlarını ən gözəl şəkildə qarşılamış və ən gözəl şəkildə qonaq etmişlər. Öz ehtiyaclarını heç hesaba qatmadan mömin qardaşlarına qulluq etmişlər, ən gözəl yeməklərini və geyəcəklərini onlar üçün ayırmışlar, onlara ən rahat olacaqları sığınacaqları təmin etmişlər. Bu fədakarlıqları isə, Allaha və möminlərə olan güclü və səmimi sevgilərindən qaynaqlanmaqdadır. Bu gözəl əxlaqları, onlara qarşı da sevgi duyulmasına səbəb olmaqdadır. Allah onları Quranda sevgi və təriflə anmış, 1400 ildir Quranı oxuyan hər Müsəlmanın ürəyində onlar üçün bir sevgi və hörmət yaratmışdır.

Möminlərin fədakarlıqlarının bir başqa nümunəsini Allah Quranda bu ayələri ilə bildirər:

“Onlar öz iştahaları çəkdiyi halda, yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt, çətin gündən qorxduq””.(İnsan Surəsi, 8-10)

Özü ehtiyac içində olduğu halda, yoxsula yeməyini ikram edən bir kimsəyə qarşı insanların ürəyində təbii olaraq bir sevgi və hörmət hissi meydana gələr. Bu vəziyyəti belə bir örnəklə açıqlayaq, çox yorğun və ac olduğunuzu və yanınızda sizinlə eyni vəziyyətdə olan iki adam daha olduğunu düşünək. Önünüzdə isə yalnız tək bir adama çatacaq qədər yemək və yalnız tək adamın yatacağı bir yataq olsun. Yanınızdakı kəslərdən biri sizə ehtiyacınız olub-olmadığını belə soruşmadan böyük bir ehtirasla yeməyi özü yeməyə başlasın və yatağa özü yatmaq üçün təkid etsin. Digəri isə ac olduğu halda yeməyini sizə verməkistəsin və yataqda sizin yatmanız üçün təkid etsin. Belə bir vəziyyət qarşısında, eqoist davranan adama qarşı içinizdə təbii olaraq bir soyuqluq, fədakar olana qarşı da sevgi meydana gəldiyini fərq edərsiniz. Allah insan ruhunu gözəl əxlaqdan xoşlanacaq, belə insanlara qarşı sevgi və söhbət duyacaq şəkildə yaratmışdır.



Bağışlayan olmaq

Cahilik əxlaqını yaşayan insanlar, bir-birlərinə qarşı asanlıqla hirslilik duya bilər, dərhal kin bəsləyə bilərlər. Özlərinə kiçik bir zərər verən birinə qarşı da dərhal nifrət duymağa başlaya bilərlər. Çox kiçik səbəblərdən ötəri dostluğunu bitirən, 'ən yaxınım' dediyi dostuna bir anda düşmən kəsilən bir çox insan vardır. Bunun səbəbi, Quran əxlaqı yaşanmadığında, insanların bağışlamaq kimi, səbr, sevgi və üstün bir əxlaq tələb edən xüsusiyyətlərdən uzaq bir həyat sürmələridir.

Halbuki möminlər çox səbirli və bağışlayıcıdırlar. Kiçik səhvlərdən, ya da insani qüsurlardan ötəri qarşılarındakı adama hirslilik duyduğu bir anda onlarla olan əlaqələrini bitirməzlər. Ona hər dəfə bir fürsət verər, doğru olanı xatırladar və davranışlarını düzəltməsi üçün köməkçi olarlar. Sevdikləri dostlarının əskiklərini ortaya çıxarıb onlara hirslilik və kin duymaq əvəzinə, onların səhvlərini, əskiklərini örtməyə çalışar, Quran ilə öyüd verərək onlara dəstək olarlar. Gerçək sevgidə, dostlar arasında böyük bir anlayış və dözümlülük hakim olar. Hər problemi sevgi və anlayışla, dinclik içində həll edilər.

Allah Quranda insanlara bağışlayıcı olmaları lazım olduğunu belə nəsihət etməkdədir:

“Aranızda olan fəzilət və sərvət sahibləri qohum-əqrəbaya, miskinlərə və Allah yolunda hicrət edənlərə verməyəcəklərinə and içməsinlər. Əfv edib, vaz keçsinlər! Məgər siz Allahın sizi bağışlamağını istəmirsiniz? Allah bağışlayandır, rəhm edəndir”. (Nur Surəsi, 22)

“Onların az bir qismi müstəsna olmaqla, sən onlardan həmişə xəyanət görəcəksən. Bununla belə, onları bağışla, günahlarından keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevər!” (Əl-Maidə Surəsi, 13)

Allahın möminləri öhdəçilikli etdiyi Quran əxlaqında bağışlayıcılığın sərhədi yoxdur. Necə ki, yuxarıdakı ayədə möminlərə, davamlı xəyanət gördükləri kəsləri də bağışlamaları əmr edilər. Bu inanca sahib olan bir adam, bir insanın səhvi üzündən böyük zərərlərə uğrasa belə, bu insanı asanlıqla bağışlaya bilər. Arxasından mənfi danışan, özünə pislik etməyə çalışan və ya maddi zərərə girməsinə səbəb olan bir insanı bağışlayaraq, əxlaqıyla onun üçün gözəl bir nümunə ola bilər, onu özü üçün yaxın bir dosta çevirə bilər. Necə ki, böyük bir səhv etdikdən sonra bağışlanıldığını görmək, möminin ruhunda özünü bağışlayan adama qarşı böyük bir söhbət və bağlılıq meydana gətirər. Allah bağışlayıcılığın gerçək sevginin meydana gəlməsi üçün lazım olan xüsusiyyətlərdən biri olduğunu Quranda belə bildirməkdədir:

“Yaxşılıqla pislik eyni ola olmaz! Sən yaxşılıqla dəf et! Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!” (Fussilət Surəsi, 34)

Təvazökar olmaq

Həqiqi sevginin meydana gəlməsi üçün əvvəlcə sevginin önündəki eqoizm, mənfəətçilik, səmimiyyətsizlik kimi maneələrin qaldırılması lazımdır. Qürur, sevginin meydana gəlməsinə maneə törədən ən əhəmiyyətli səbəblərdən biridir. Təvazökarlıq isə sevginin ən əhəmiyyətli şərtlərindəndir. Çünki təvazökar olmayan və özünü digər insanlardan üstün tutan birinin, həyatda ən dəyər verdiyi varlıq öz nəfsi olar. Digər insanları özündən daha dəyərsiz, daha aşağı görər. Ən ağıllı, ən vicdanlı, ən hörmətli insanın özü olduğuna inanar, bir mənada nəfsini ilahiləşdirmiş olar. Bu səbəbdən, bu dünyagörüşünə sahib olan bir insanın, özündən daha dəyərsiz gördüyü bir adama bağlanması, onun üçün fədakar olması, onun nəfsini özündən üstün tutması, digər bir deyimlə ürəyində ona qarşı gerçək bir sevgi meydana gəlməsi o qədər də mümkün olmaz. Bu səbəblə sevgi və qürur bir-birinə zidd iki xüsusiyyətdir. Qürurlu bir insan nə başqaları tərəfindən sevilə bilər, nə də özü insanlara qarşı dərin bir sevgi duya bilər.

Qürurlu insanların sevgisiz həyatlarının bir çox səbəbi vardır. Qürurlu insanlar, nəfslərindəki özlərini ucaltma istəyindən ötəri ümumiyyətlə lağlağa bir xarakter sərgiləyərlər. Ətraflarındakı insanların qüsurlarını dilə gətirdiklərində, öz üstünlüklərini daha yaxşı vurğulaya biləcəklərini düşünərlər. Davamlı lağlağa edən və sözlərilə ətrafındakıları hörmətdən salmağa çalışan birinə qarşı isə, heç kim ürəyində səmimi bir sevgi duya bilməz.
Təvazökar insanlar isə, bu kəslərin əksinə çox sevilərlər. Təvazökar insanın qarşısındakı adama dəyər verdiyi hiss edilər, bu səbəblə bu əxlaqı göstərən kəslərin yanında hər kəs rahatlayar. Belə bir insan, özünə verilən tövsiyələri diqqətlə dinləyər, heç bir mövzuda "ən yaxşını mən bilərəm" iddiasında olmaz, qürur etmədən dərhal ən gözəl olan rəftarı göstərər. Doğruya qarşı müqavimət göstərməz, səhvə qarşı hirslə yaxınlaşmaz. İnsanların problemlərinə qarşı həssas davranar və incə düşüncəli olar. Heç bir mövzuda bir üstünlük iddiası olmadığı üçün, "əvvəl o sevgi göstərsin, əvvəl o salam versin, əvvəl o mənimlə danışsın" kimi qürurdan qaynaqlanan hesablar içinə girməz. Qarşısındakı insan bərk və qürurlu olsa belə, təvazökar davranar. Hər kəsin fikrinə əhəmiyyət verər, hər kəsin salamına ən gözəliylə cavab verər, hər kəsə qarşı sevgi və hörmət dolu olar. Qısacası Quran əxlaqının gətirdiyi təvazökarlıq, çox uyğun, hər fikrə açıq, heç bir mövzuda qürur etməyən, hər vaxt qarşısındakı insanları dinləyən, onlara qayğı göstərən və dəyər verən bir insan modeli meydana gətirər. Bu səbəblə təvazökar insanlar çox sevilən insanlardır.

Allah möminlərin bu gözəl xüsusiyyətini Quranda belə bildirər:

“Rəhmanın bəndələri o kəslərdir ki, olar yer üzündə təmkinlə gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər”. (Furqan Surəsi, 63)

Allah bir başqa ayəsində də, təvazökar olan qullarını sonsuz cənnət həyatıyla müjdələyir:

“Sizin tanrınız yalnız bir olan Allahdır. Yalnız Ona təslim olub itaət edin. Sən də itaət edənlərə müjdə ver!” (Əl-Həcc Surəsi, 34)

Allah Ali-İmran Surəsində, insanların, təvazökar və yumşaq xasiyyətli olması səbəbiylə Peyğəmbərimizin (s) ətrafında toplandıqlarını ifadə etməkdədir:

“Allahın mərhəməti səbəbinə sən onlarla yumşaq rəftar etdin. Əgər, qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər. Artıq sən onları əfv et, onlar üçün bağışlamaq dilə, işdə onlarla məsləhətləş , qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər”. (Ali-İmran Surəsi, 159)

Dürüstlük

Allahdan qorxub çəkinməyən bəzi insanlar çox asan yalan söyləyə bilərlər. Bir insanın yalan danışdığının başa düşülməsi isə, əgər o adam bunu dürüstcə etiraf edib rəftarını düzəltməmişsə, ona qarşı sevgi duyulmasına mane olar. Çünki yalan danışan bir insan, hansı sözünün doğru, hansı sözünün səhv olduğunun bilməməsindən ötəri etibarsızdır. İnsan inanmadığı birinə qarşı sevgi də duya bilməz.

“Ey iman gətirənlər! Allahdan qorxun və doöru söz söyləyin! Əməllərinizi islah edər və günahlarınızı bağışlayar. Hər kəs Allaha və Peyğəmbərinə itaət etsə, böyük bir səadətə nail olar” (Əl-Əhzab Surəsi, 70-71)

Möminlər isə, böyük bir itkiyə uğrayacaq, ya da maddi-mənəvi zərərlə qarşılaşacaq olsalar belə heç bir zaman yalana tənəzzül etməzlər. Onlar, hər vaxt hər mövzuda dürüst və etibarlı bir əxlaq göstərən insanlardır. Heç bir zaman doğruları gizlətməz, mənfəətlərini gözləyib doğruları təhrif etməz, tuta bilməyəcəkləri sözlər verməzlər. İslam əxlaqını yaşayan bir insan üçün yalanın böyüyü, kiçiyi də olmaz. Bu səbəblə möminlər, heç bir zaman üçün qarşı tərəfə yaxşı görünmək, etibarını qorumaq, nümayiş etmək, maddi qazanc əldə etmək, ya da hər hansı şəkildə zərər vermək kimi məqsədlər üçün də əsla yalan danışmazlar.

Bu gözəl əxlaq xüsusiyyəti, ruhu sevgiyə yönəldən vəsilələrdən biridir. Çünki insanın ruhunda dürüst və doğru gördüyü insanlara qarşı dərhal bir sevgi meydana gələr.



Səbirli olmaq


Quranın “Nəfslərdə xəsislik həmişə mövcuddur” (Ən-Nisa Surəsi, 128) ayəsində də göstərildiyi kimi hər insanın nəfsində bəzi mənfi xüsusiyyətlər ola biləcəyini xatırlatmaqdadır. İnsan, Allahın özü üçün təqdir etdiyi ömür müddəti içərisində, nəfsini sahib olduğu bu mənfi xüsusiyyətlərdən təmizləməklə və cənnət əxlaqındakı mükəmməlliyə çatmaq üçün səy göstərməklə məsuldur. Ancaq buna baxmayaraq insan, həyatının sonuna qədər, yaşadığı hər an səhv etməyə də açıq bir varlıqdır.

Gerçək sevgi və dostluğun yaşana bilməsi üçün, kəslərin insanın bu vəziyyətini unutmamaları lazımdır. Bir kimsə, sevdiyi insana qarşı çox səbirli və bağışlayıcı olmalı, dostunun qüsurlarına qarşı səbir və anlayış göstərməli, onun əskiklərini örtməyə çalışmalıdır. Çünki sevmək və sevilmək, səbirli olmağı, fədakarlıqda olmağı tələb edən xüsusiyyətlərdir. Səhvlər qarşısında göstəriləcək olan səbir, insanlar arasında sevgi və dözümlülüyün inkişafını təmin edər. Möminlər, bir-birlərinə güvəndikləri, Müsəlman olduqları və bir-birlərinə hörmət etdikləri üçün, bir-birlərinin səhvlərini dözümlülük və bağışlayıcılıqla qarşılayarlar. Müsəlman qardaşlarının, yalnız səhvlərini örtmək, Quran əxlaqını ən gözəl şəkildə yaşaya bilmək üçün göstərdikləri səmimi səy belə, tək başına onlara qarşı sevgi duyulması üçün kifayətdir. Bu səbəblə, qardaşlarının səhv bir sözüylə, ya da rəftarıyla qarşılaşsalar belə, ona qarşı səbir göstərər, ən gözəl davranışla cavab verərlər.

Allahı sevən və daim Allahdan razı olan bir insanın səbri, cahilik cəmiyyətlərindəki kimi insanların səbir anlayışlarından çox fərqlidir. Bu kimi insanlar, əgər qarşılarındakı adamdan bir mənffətə ümid edirlərsə və ya cəmiyyətin reaksiyasından çəkinirlərsə, bəzi vəziyyətlərə "dözüm"lülük göstərə bilərlər. "Dözən" adam özünü üzünü turşutmağa, deyilməyə, çatışmazlıq çıxarmağa haqq sahibi olaraq görər. "Bu qədər çətinliyə dözürəm, bunun qarşılığında istədiyimi etməyə haqqım var" kimi bir düşüncəyə qapılarlar. Məsələn, xəstə bir yoldaşına baxmaq məcburiyyətində qalan bir insan, əgər Quran əxlaqını yaşamırsa, bir müddətdən sonra mütləq bu vəziyyətdən sıxılmağa, hirslənməyə və şikayət etməyə başlayar. Gecələri yuxusuz qaldığını, yorğun düşdüyünü, işinin çox çətin olduğunu, ya da kimsənin özü kimi belə bir çətinliyə dözə bilməyəcəyini söyləyər. Bu vəziyyətdən duyduğu çətinlik və içində yaşadığı hirs açıqca hiss edilər. Xəstə olan yoldaşını minnət altında buraxacaq danışmalar edərək, ona özünə borclu olduğunu xatırladar.

Səbirli bir insan isə, sevdiyi adamın hər cür istəyinə, ehtiyacına şövqlə cavab verər və ona əlindən gəldiyincə köməkçi olar. Etdiklərindən ötəri qarşısındakı adamı əsla minnət altında buraxmaz. Səbir, Allahın Quranda möminlərə tövsiyə etdiyi gözəl bir əxlaq xüsusiyyətidir:

“Ey iman gətirənlər! səbr edin, dözün, hazır olun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!” (Ali-İmran Surəsi, 200)

Sadiq olmaq

Bir insana qarşı sevgi duyulmasına səbəb olan əxlaq xüsusiyyətlərindən biri də "sədaqət"dir. Allah Quranda möminləri sədaqətlərindən ötəri mükafatlandıracağını bildirər. Bu səbəblə Rəbbimizin bəyəndiyi bu əxlaq xüsusiyyətini möminlər heç şərtsiz olaraq tətbiq edərlər. Möminlərin bu xüsusiyyətini Allah bir ayəsində belə açıqlamaqdadır:

“Sonra da iman gətirən və bir-birinə səbr tövsiyə edən, mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır!” (Əl-Bələd Surəsi, 17)

“Allah doğruluqları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də istəsə əzab versin, yaxud onların tövbələrini qəbul buyursun. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir”. (Əl-Əhzab Surəsi, 24)

Möminlər ən çətin şərtlərdə də Allaha və iman edənlərə olan sədaqətlərindən əsla əl çəkməzlər. Allah Quranda Hz. Musaya tabe olan gəncləri nümunə verərək möminlərin bu xüsusiyyətinə diqqət çəkmişdir:

“Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı. Musa dedi: "Ey qövmüm! Əgər Allaha iman gətirmisinizsə və təslim olmusunuzsa, Ona təvəkkül edin!” (Yunus Surəsi, 83-84)

İman edənlər və elçilər, tarix boyunca öldürülmə, zənginlik və etibarın əldən alınması, böhtana uğrama kimi təhdidlər altında yaşamışlar. Həyatları boyunca bir-birlərindən ayrılmayan Müsəlmanlar, Allaha olan sevgiləri, qorxuları və bağlılıqları səbəbiylə, bütün bu təhlükələri gözə alməş və bunlardan qorxmamışlar. Allaha olan bu qeydsiz-şərtsiz sədaqətləri, möminlərin bir-birlərinə qarşı coşğulu bir sevgi duymaları üçün kafi bir səbəbdir. Allah Quranda möminlərin bu xüsusiyyətlərini belə xəbər verməkdədir:

“Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, sonra heç bir şəkk-şübhəə düşməyin, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məöhz belələri sadiq olanlardır! Məhz belələri sadiq olanlardır”. (Əl-Hucurat Surəsi, 15)

Mərhəmət sahibi olmaq

Mərhəmət sevginin bir parçasıdır. Bu səbəblə həqiqi sevginin yaşana bilməsi üçün mərhəmətin də tam olaraq başa düşülməsi lazımdır. Peyğəmbərimizin (s) mərhəməti, bu mövzuda bütün Müsəlmanlar üçün çox gözəl bir nümunə meydana gətirməkdədir. Allah Quranda Hz. Məhəmmədin (s) bu üstün əxlaqından belə bəhs etməkdədir:

“Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir, o, sizdən ötrü təşnədir, möminlərə şəfqətli, mərhəmətlidir!” (Ət-Tovbə Surəsi, 128)

Mərhəmətli bir insan ətrafındakı kəslərin çətinlik içində yaşamasını istəməz, öz həyatı, sağlamlığı, rahatlığə nə qədər əhəmiyyətlidirsə ətrafındakı insanlarınkı da ən az o qədər əhəmiyyətli və hətta öz həyatından daha qabaqda olar. Bu səbəblə mərhəmətli bir insanın ən əhəmiyyətli xüsusiyyətlərindən biri, ətrafındakı kəslərin problemlərinə qarşı laqeyd qalmaması və onların problemlərinin həlli üçün səy göstərməsidir.

İnsan həqiqətən sevdiyi birinin axirətini düşünər

İnsanın əsl həyatı, ölümü ilə birlikdə başlayan axirət həyatıdır. Dünya hər insanın müvəqqəti və yalnız sınanmaq üçün olduğu bir yerdir. Bu gerçəyin şüurunda olan möminlər, bir-birlərinə olan sevgilərini, əsl olaraq bir-birlərini axirətdəki sonsuz həyatlarına hazırlayaraq göstərərlər. Özləri Allahın razılığına, rəhmətinə və cənnətinə nə qədər çox qovuşmaq istəyirlərsə, çox sevdikləri mömin qardaşlarının da eyni nemətlərə və gözəlliklərə qovuşmalarını istəyərlər. İnsanın sonsuza qədər, bir daha qurtuluş imkanı olmadan cəhənnəm əzabıyla qarşılıq görəcəyini bilmələri, iman edənlərin bu mövzuda böyük bir şövq və dayanıqlılıq içərisində hərəkət etmələrini təmin edər. Bir-birlərində gördükləri səhvli, ya da qüsurlu istiqamətləri heç vaxt keçirmədən dərhal həll etməyə və bir-birlərini Allahın ən çox razı olacağı əxlaqa çatdırmağa çalışarlar. Bir-birlərini daim yaxşı və gözəl olana dəvət edər, pisliklərdən çəkindirməyə cəhd göstərərlər. Onların bu mövzudakı şövq və əzmləri, bir-birlərinə olan gerçək sevgilərinin də ən açıq göstəricilərindən biridir. Allah Quranda, iman edənlərin bir-birlərinin axirətlərinə istiqamətli bu güclü sevgi anlayışlarını belə xəbər verməkdədir:

“Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinəitaət edərlər. Allah əlbəttə ki, onlara rəhm edəcəkdir. Allah həqiqətən, yenilməz qüvvət sahibi, hikmət sahibidir!” (Ət-Tovbə Surəsi, 71)

“Allah iman gətirib yaxşı əməllər edən bəndələrinə bununla müjdə verir. De: “Mən sizdən bunun müqabilində qohumlara məhəbbətdən başqa bir şey istəmirəm. Kim bir yaxşı iş görərsə, onun yaxşılığının savabını artırarıq!” Həqiqətən, Allah bağışlayandır, qədirbiləndir!” (Əş-Şura Surəsi, 23 )

Gerçək sevgidə hər vaxt qarşı tərəfin nəfsi üstün tutular

İnsanların bir çoxu üçün həyatlarının ən əhəmiyyətli mövzusu, öz nəfslərinin rahatıdır. Ancaq gerçək sevgidə insan öz nəfsini unudar və sevdiyi insanın nəfsi ön plana keçər. Onu rahatlaşdırmaq üçün əlindən gələn hər cür səyi göstərər. Hər vaxt, sevdiyi adamın istəklərini, öz istəklərindən üstün tutar. Məsələn, birlikdə etdikləri bir iş səbəbiylə özünün təriflənməsindənsə, sevdiyi insanın təriflənməsi onun üçün daha əhəmiyyətli olar. Özü haqlı çıxmaqdansa, sevdiyi adamın haqlılığından daha çox zövq alar. Əgər əmək tələb edən bir işin edilməsi lazımdırsa, sevdiyi adamın yorulması yerinə, özü yorulmağı seçər. Əsla qarşı tərəfi utandıracaq, hörmətdən salacaq, incidəcək bir rəftar içinə girməz. Bunun səbəbi isə Allahın razılığını, sevgisini və cənnətini qazanmaq istəyidir. Bir insan ancaq Allahın razılığını qazanmaq üçün qarşısındakı adamı bu qədər fədakarca və səmimi bir anlayışla sevə bilər.

“Məhz onlar yaxşı işlər görməyə tələsər və bu işlərdə öndə gedərlər”. (Əl-Mu`minin Surəsi, 61)

 “Və öndə olanlar. Onlar öndədirlər.Onlar yaxşılaşdırılmış kimsələrdir”(Əl-Vaqiə Surəsi, 10-11 )

0 yorum:

Yorum Gönder