İnsan, Allah Qatından bir imtahan verərək, həyatı boyunca, maddi-mənəvi müxtəlif ağır və çətin görünən hadisələrlə qarşılaşır. Ancaq bunlar arasında elə bir hiss vardır ki, bu, bəlkə də heç bir fiziki acı ilə müqayisə edilə bilməyəcək qədər şiddətlidir. İnsanın ruhunda böyük bir çətinlik meydana gətirir. Bəhs etdiyimiz bu hiss, "peşmanlıq"dır.
Peşmanlığın iki fərqli şəkli vardır: Allaha iman edən insanların yaşadıqları peşmanlıq ilə, iman etməyən insanların yaşadıqları peşmanlıq... Bu iki hiss, bir-birlərindən son dərəcə fərqlidir.
Möminlər hər hadisənin Allahın məlumatı və icazəsiylə reallaşdığını, başlarına nə gəlirsə-gəlsin Allahın diləməsiylə olduğunu qəti olaraq bilən insanlardır. Buna görə də ən əhəmiyyətli xüsusiyyətlərindən biri təvəkküllü olmaqlarıdır. İnanan bir insan çətinliklə də qarşılaşsa, çox rahat bir mühitdə də olsa, heç etmək istəmədiyi bir səhvi də etsə təvəkküllü davranar.
Allaha iman etməyən insanların yaşadıqları peşmanlıq duyğusu isə ümumiyyətlə son dərəcə çətin və uzun müddətlidir. Təvəkküllü olmadıqları üçün də qarşılaşdıqları çətinliklərdə, etdikləri bir səhvdə böyük bir daxili sıxıntı yaşayarlar. Ancaq bundan daha əhəmiyyətli bir mövzu vardır ki, dünyada olarkən yaşadıqları bu çətin peşmanlıqdan çox daha böyüyü axirətdə qarşılarına çıxacaq. Çünki dünyada dəfələrlə xəbərdar edilmiş, doğru yola dəvət edilmişlər. Ancaq bu anları həmişə gözardı etmiş və dünya həyatının heç vaxt sona çatmayacağı kimi bir hissə qapılaraq axirəti unutmuşlar. Amma axirətdə cəhənnəm ilə qarşılaşanda artıq geri dönüb səhvlərini düzəltmək imkanlarıı olmayacaq. Bir ayədə belə bildirilir:
“Gətirilib od üstündə saxlandıqları zaman sən onların: “Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və möminlərdən olaydıq!” – demələrini görəydin!” (Əl-Ənam Surəsi, 27)
O gün heç kimin peşmanlığı kimsəyə fayda verməyəcək və adamı cəhənnəm əzabından qurtara bilməyəcək. Bu peşmanlığı yaşamamağın tək yolu, hələ vaxt varkən Uca Rəbbimizə təslim olmaq, Onun əmr etdiyi Quran əxlaqını tam mənasıyla yaşamaqdır. |
0 yorum:
Yorum Gönder