ƏGƏR XARİCİ DİL BİLİRSİNİZSƏ, EDƏ BİLƏCƏYİNİZ ÇOX ŞEY VAR

İnanc sahibi insanlar arasında birlik və bərabərliyin vacibliyini, gözəl əxlaqı, Quran möcüzələrini, canlılardakı yaradılış dəlillərini anladan Harun Yəhya əsərləri ölkəsində olduğu qədər dünyada da çox böyük maraq qazanmışdır. Bu əsərlərin böyük bir qismi 40-a qədər xarici dilə tərcümə edilmişdir və digər kitabların tərcümələri hələ də davam edir. Nə qədər çox sayda kitab nə qədər çox dilə və nə qədər qısa zamanda tərcümə edilərsə, dünyanın dörd bir tərəfindəki insanlara yetişmək də o qədər asan olacaqdır.


Əgər siz də xarici dil bilirsinizsə, edə biləcəyiniz çox şey var:

-    Harun Yəhyanın əsərlərinin başqa dillərə tərcümə edilməsinə kömək edə bilərsiniz, bunun üçün saytımızla əlaqə qura bilərsiniz.

-    Kitabları tərcümə etmək üçün mütləq ingilis, fransız, alman dili kimi çox geniş yayılmış dilləri bilməyə ehtiyac yoxdur. Az sayda insan tərəfindən danışılan, çox yayılmamış və latın əlifbası istifadə etməyən dillərə də tərcümə edə bilərsiniz.

-    Əgər bir kitabı tərcümə etmək üçün vaxtınızın olmadığını düşünürsünüzsə, yazıçının məqalələrini, sənədli filmlərini, səsli anlatımlarını, internet saytlarını tərcümə edə bilərsiniz. Və ya kitablardan bölmələri tərcümə edib məqalə halına sala bilərsiniz. Digər bir yol isə 4-5 yoldaşınızla birləşib onlarla birlikdə bir kitabı tərcümə edə bilərsiniz.

-    Əgər özünüz bir dil bilmirsinizsə, yaxınlarınızdan, tanışlarınızdan tərcüməçilər tapa bilər, bu şəxslərin saytımız ilə əlaqə yaratmasını təmin edə bilərsiniz.

-    www.harunyahya.com saytından çox müxtəlif dillərdəki saytlara keçidlər var. Bu saytlarda Harun Yahyanın müxtəlif dillərdəki əsərlərinin və məqalələrinin tərcümələri var. Siz də bildiyiniz dildən istifadə edərək bu saytları oxuyub, araşdırıb xətaları, əksiklikləri tapa bilər, daha sonra da düzəldilə bilməsi üçün saytımıza e-mail ilə çatdıra bilərsiniz.

-     Xarici dillərə tərcümə edilmiş əsərlərin xaricdə çap edilməsini və yayılmasını təşkil edəcək şəxslər və təşkilatların tapılmasına kömək edə bilərsiniz.

-    Əgər xarici ölkələrdə tanışlarınız varsa və ya ölkənizdə yaşayan əcnəbilərlə əlaqəniz varsa, tərcüməsi bitmiş kitablar üçün könüllü redaktorlar tapmağa yardım edə bilərsiniz.

0 yorum:

Yorum Gönder