HƏR PEŞƏNİN SAHİBİ ÖZ İMKANLARI ÇƏRÇİVƏSİNDƏ İSLAM'A XİDMƏT EDƏ BİLƏR

Bu saytın hazırlanmasının məqsədlərindən biri “İslama xidmət” etmə istəyi hiss edən, ancaq bunu nə şəkildə edəcəyini bilməyən insanlara yol göstərməkdir. Əgər insan məhdud da olsa, sahib olduğu imkanlar üzərində bir az düşünərsə, İslam dininə xidmət üçün qarşısında çox yol olduğunu görəcəkdir. Hər insanın ailə daxilində, dostları arasında, işində, məktəbində edə biləcəyi çox şey var. Bu bölümdə müxtəlif məslək sahiblərinin İslam əxlaqını yaymaq üçün edə biləcəkləri bəzi hikmətlər maddə-maddə göstərilmişdir.

Bunlar ilk anda ağla gələn xidmət yollarıdır. Təbii ki, siz bunlardan əlavə daha çox yol tapa bilər, Quran əxlaqını, Peyğəmbərimiz (SAV)-in sünnətini insanlara anlatmaq üçün yeni fikirlər düşünə bilərsiniz. Daha sonra bu fikirlərinizi saytımıza yazaraq digər oxuyucularla paylaşa bilərsiniz.

Əvvəla vurğulanması lazım olan şey hər iman sahibi şəxsin Allah'ın varlığını, İslam əxlaqını insanlara anlatmaqda məsuliyyət daşımasıdır. Bu səbəbdən işlədiyiniz yerdə iş yoldaşlarınıza və ya digər tanışlarınıza İslam əxlaqını anlatmaqla bu vacib vəzifəni yerinə yetirməyə başlaya bilərsiniz. Bunun üçün əvvəlcə özünüzü təkmilləşdirməyiniz lazımdır. Quran ayətlərini, peyğəmbərlərin həyatından bəhs edən qissələri və Peyğəmbərimiz (SAV)-in sünnətini çox yaxşı öyrənməyiniz sizə İslam əxlaqını izah edərkən çox böyük rəhbər olacaqdır. Bundan başqa Allah'ın yaratma sənətinin dəlillərini, Quran möcüzələrini, dünya üzərindəki problemlərin yeganə həllinin Quran əxlaqının yaşanması olduğunu, təkamül nəzəriyyəsinin saxtakarlıqlarını üzə çıxaran Harun Yəhya kitabları sizin üçün bu mövzuda çox dəyərli bir yol göstərən olacaqdır. Çox sadə bir izahla hər insanın anlayacağı bir dildə yazılmış bu kitablardan İslam dini haqqında bilmədiyiniz hər mövzunu öyrənə bilərsiniz. Başqa edə biləcəyiniz işlər bunlar ola bilər:

İş yerinizdə edə biləcəyiniz çox şey var;


-    İş yerinizdə yemək fasilələrindəki söhbətlərdə boş və lazımsız söhbətlər yerinə İslam əxlaqı, Quran möcüzələri, iman həqiqətləri, təkamül nəzəriyyəsinin çöküşü kimi mövzuları danışa bilərsiniz.

-    İşə gedəndə və qayıdanda iş avtobuslarında keçirilən uzun vaxtlarda İslam əxlaqı və yaradılış dəlilləri haqqında səs kasetləri dinlənilməsini təmin edə bilər, Harun Yəhyanın bu mövzudakı kitablarından maraqlı mövzuları anlada bilərsiniz.

-    Şirkət sahibisinizsə, şirkətinizdə Harun Yəhya kitablarından ibarət bir kitabxana yaradıb, işçilərinizin buradan sərbəst istifadəsini təmin edə bilərsiniz.

-    İş yerinizdə bir gözləmə salonu və ya kafe varsa, buraya Harun Yəhya kitablarını, “Araştırma” və ya “Mercek” kimi jurnalları qoya bilərsiniz. Əgər burada televizor varsa, sənədli filmlər göstərə bilərsiniz. Beləliklə, insanların gözləmə vaxtlarını ən faydalı şəkildə dəyərləndirmələrini təmin edə bilərsiniz.

Televizor və ya radio proqramı hazırlayırsınızsa, qəzet və ya jurnalda məqalələr yazırsınızsa;

-    Müxtəlif yarışlar təşkil edib qazananlara HarunYəhya kitablarından hədiyyə edə bilərsiniz. Bu yarışlarda sualları Harun Yəhya külliyyatından hazırlaya bilərsiniz.

-    Kampaniyalarla Harun Yəhya kitablarının oxunmasını təmin edə bilərsiniz.

-    Proqramlarınızda Harun Yəhyanın müxtəlif əsərlərində yer alan qısa iman həqiqətlərindən, yaradılış dəlillərindən anlada bilərsiniz.

-    İslam əxlaqını, Allah'ın yaratma sənətini, dinsizliyin zərərlərini izah edən kitabları, internet saytları tanıda bilərsiniz.

-    Yazıçının kitablarından müxtəlif iman həqiqətləri, gözəl əxlaq nümunələrini yaza bilərsiniz.
Əgər bir internet kafeniz varsa;

-    Kompüterlərin açışış səhifələrini www.harunyahya.org saytına ya da Harun Yəhyaın əsərləri əsasında hazırlanan saytlara yönləndirə bilərsiniz.

-    Harun Yəhyanın əsərlərindən hazırlanmış internet saytlarını tanıdan reklamları müştərilərin asanlıqla görə biləcəyi yerlərdə yerləşdirə bilərsiniz.

-    Kompüterlərdə Harun Yəhyanın əsərlərini tanıdan saytların adlarının yer aldığı arxa fon şəkillərini və  ekran qoruyucuları istifadə edə bilərsiniz.

Əgər DVD, səs kaseti, VCD, VHS kasetləri satılan mağazanız varsa;


-    Öz mağazanızda görünən bir yerdə Harun Yəhya əsərlərindən hazırlanmış DVD, Video kaset, VCD və ya səs kasetlərindən ibarət bir stend qoya bilərsiniz.

-    Əgər mağazanızda televizor varsa, bu televizorda gün ərzində Harun Yəhyanın əsərlərindən hazırlanan sənədli filmləri göstərə bilərsiniz.

-    Kampaniyalar təşkil edərək alver edən şəxslərə HarunYəhya əsərləri hədiyyə edə bilərsiniz.

Əgər ticarətçisinizsə;

-    Müxtəlif kampaniyalar təşkil edib müəyyən məbləğdə alver edən müştərilərinizə Harun Yəhya kitablarından, video kasetlərindən, VCD-lərindən hədiyyə edə bilərsiniz.

-    Ərzaq dükanı, kitab evi sahibisinizsə, və ya kiçik ticarətlə məşğul olursunuzsa, Harun Yəhya kitablarından alıb maddi gəlir güdmədən bunları faizsiz kreditlə (müddətli ödəmə yolu ilə) sata bilərsiniz. Bunu da kampaniyalar vasitəsilə müştərilərinizə xəbər verə bilərsiniz.

-    Mağazanızın qapısına Harun Yəhya saytlarını tanıdan plakat asaraq insanların tanımasını təmin edə bilərsiniz.

-    Əgər bir bərbər köşkünüz varsa, müştərilərinizin Harun Yəhya kitab və ya jurnallarını oxumalarını təmin edə bilərsiniz.

-    Harun Yəhya kitablarının PDF və Word formatlı mətnlərini internetdən yükləyərək çoxaldıb dostlarınıza, iş yoldaşlarınıza, ailə üzvlərinizə paylaya bilərsiniz.

Taksi şoferisinizsə;


-    Avtomobilinizdə gözəl əxlaqdan bəhs edən kitabları,  jurnalları və ya internet saytları tanıdan broşurları qoya bilərsiniz.
-    Müxtəlif səs kasetlərini dinləyərək özünüzü İslam əxlaqı və iman həqiqətləri mövzusunda təkmilləşdirə bilərsiniz. Öyrəndiklərinizi insanlarla bölüşə bilərsiniz.

Həkimsinizsə;
-    Sahənizlə bağlı Harun Yəhya kitablarını diqqətlə oxuyaraq daha sonra xəstələrinizə orqanizmlərindəki qüsursuz sistemlərin yaradılış hikmətlərini danışa bilərsiniz.

-    “İnsan Vücudu”, “İnsanın Yaradılış Möcüzəsi”, “DNT Möcüzəsi”, “Hormon Möcüzəsi”, “Göz Möcüzəsi” kimi kitabları xəstəxanalarda qoyub, gözləmə salonundakı xəstələrinizin kitab və ya jurnallardan faydalanmasını təmin edə bilərsiniz.

-    Gözləmə salonunda televizor və video varsa, xəstələrinizin sənədli film izləməsini təmin edə bilərsiniz. Videonuz yoxdursa, sənədli film yayımlayan TV kanallarını aça bilərsiniz.

Əgər mətbəəniz varsa;


-    Harun Yəhya əsərlərinin, broşurların və təqdimat plakatlarının çoxaldılmasına kömək edə bilər,  bunun üçün saytımızla əlaqə saxlaya bilərsiniz.
-    Nəşriyyat evi rəhbərlərinə kitablarda istifadə etmək üçün fərqli çap metodları, kağız, texnika məsləhət görə bilərsiniz.

0 yorum:

Yorum Gönder