“Şübhəsiz, ən gözəl söz Allah'ın kitabıdır. Ən gözəl yol da Muhammədin yoludur.”
İnsanlara Allah'ın varlığını, kainatı əhatə edən yaradılış dəlillərini, yəni Allah'ın və Rəsulunun yolunu anlatmaq bütün iman sahiblərinin, Allah'dan qorxan bütün müsəlmanların ən böyük vəzifələrindəndir. İslam əxlaqının insanlar arasında yayılması üçün hər insan əlindən gələnin artıqlaması ilə cəhd etməlidir. Əvvəla, öz əxlaqını Allah'ın razı olacağı hala gətirməli, daha sonra da ən yaxın ətrafından başlayaraq insanlara Allah'ın sonsuz güc və qüdrətini anlatmalıdır. Çünki Quranda möminlərin insanları xeyrə çağırmaq, onlara yaxşılığı anlatmaq və pisliklərdən çəkindirməklə məsul olduqları bildirilir:
(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir. (Ali-İmran surəsi,104)
Bu ayədə göstərildiyi kimi müsəlmanlar həm bir-birlərini, həm də digər insanları Allah'ın bəyənəcəyi əxlaqa yönəltməyə çalışarlar. Quranda möminlərə “sözün ən gözəlini” söyləmək əmr edilir. Bu səbəbdən iman edənlər ağıllarını və vicdanlarını ən gözəl şəkildə istifadə edərək danışar, qarşılarındakı insanlara ən faydalı sözü söyləməyə çalışarlar. Bu şəxslərin əksik və ya xətalı xüsusiyyətlərinin Quran əxlaqından uzaq qaldıqlarından, məlumatsızlıq və ya cahilliklərindən qaynaqlandığını bilərək onlara şəfqət və mərhəmət dolu bir üslubla yanaşarlar. Özlərinin də Quran əxlaqını öyrənmədən əvvəl xətalı tərzdə olduqlarını və ancaq Allah'ın rəhməti sayəsində gözəl bir əxlaqa yiyələndiklərini unutmazlar. Bundan başqa din əxlaqını anladarkən heç bir zaman qarşı tərəfə məcburi üslubdan istifadə etməzlər.
Quran'ın “Öyüd-nəsihət ver. Sən ancaq öyüd-nəsihət verənsən! Sən onların üzərində hakim (güc və təzyiq tətbiq edən) deyilsən!” (Ğaşiyə surəsi, 21-22) ayələrində bildirildiyi kimi, müsəlmanlar vəzifələrinin sadəcə gözəl bir sözlə öyüd vermək olduğunu, hidayət verənin isə Allah olduğunu bilərək danışarlar. Bir ayədə “İnsanları hikmətlə (Quran'la, tutarlı dəlillərlə), gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə (şirin dillə, mehribanlıqla, əqli səviyyələrinə müvafiq şəkildə) mübahisə et...” (Nəhl surəsi, 125) hökmüylə bildirildiy şəkildə “ən gözəl üslubda” danışmağa çalışarlar.
Başqa bir ayədə isə “... onlara öyüd ver və onlara özləri haqqında təsirli söz de!” (Nisa surəsi, 63) şəklində bildirildiyi kimi müsəlmanlar xətaya düşən insanların nəfsləri haqqında açıq və təsirli sözlər deyərək düzgün yolla qarşı tərəfin vicdanına müraciət edərlər. Son dərəcə hörmətli və təvazökar bir üslubdan istifadə edər, qarşı tərəfə faydalı və xeyirli nöqteyi-nəzərdən yanaşarlar. Bu şəxsləri ağıllı və səmimi olmağa sövq edəcək söhbətlər edərlər. İçinə düşdükləri xətalı vəziyyətdən çıxmaqları, daha gözəl bir tərzdə yaşamaqları üçün axirəti, hesab gününü, Allah'ın deyilən hər sözü eşitdiyini, hər hərəkəti gördüyünü xatırlayaraq onları Allah'dan qorxub çəkinməyə dəvət edərlər.
Peyğəmbərimiz (SAV)-in bir hədisində isə yaxşılığı əmr edib pisliklərdən çəkinməyin vacibliyi bu cür bildirilir:
“Adəm övladının yaxşılığı əmr etmək və ya pisliklərdən çəkindirmək və ya Allah-Təala Həzrətlərinə zikr xaricində bütün sözləri lehinə deyil, əleyhinədir.” (Kütub-i Sittə, 16-cı cild, səh. 381)
Siz İslam əxlaqını anlatmaq üçün səmimi surətdə cəhd edə bilərsiniz,ancaq bütün cəhdinizə baxmayaraq qarşı tərəf anladılanları anlamaya bilər və ya tamamilə qəbul etməyə bilər. Buna görə ümidsizliyə və ya üzüntüyə qapılmayın. Sizin məsuliyyətiniz Allah'ın bir ibadət olaraq bildirdiyi təbliğ vəzifəsini ən gözəl şəkildə yerinə yetirməkdir; verilən öyüdlərə əməl edib-etməməyin məsuliyyəti isə sadəcə öyüd-nəsihət verilən şəxsə aiddir. Əgər bu şəxs anladılanları qəbul etmirsə, bunda bir xeyir olduğunu bilməlisiniz. Quran'da “Şübhəsiz ki, sən istədiyini doğru yola yönəldə bilməzsən. Amma Allah dilədiyini doğru yola salar. Doğru yolda olacaq kəsləri (öz əzəli elmi ilə) daha yaxşı O bilir!” (Qəsəs surəsi, 56) şəklində bildirildiyi kimi, hidayəti verən Allah'dır.
HARUN YƏHYANIN ƏSƏRLƏRİ İSLAMI TƏBLİĞ EDƏRKƏN İSTİNAD EDƏCƏYİNİZ ƏN DƏYƏRLİ MƏNBƏDİR
Allah'ın seçdiyi üstün qulu Peyğəmbərimiz bu hədisi-şəriflərində insanların gözəl əxlaqlı olmasını buyurmuşdur. İnsanlarla yaxşı davranıb, başqalarına da yaxşılığı əmr edib pislikdən çəkinmək çox vacib ibadətdir, hər kəs öz imkanları daxilində və gücü yetdiyi qədər bu ibadəti yerinə yetirməyə cavabdehdir. İnsan hansı imkanlara sahib olursa olsun, hansı şərtlər daxilində yaşayırsa yaşasın, əlindən gələnin artıqlaması ilə Allah'ın rizası üçün hərəkət etməlidir. Vicdanlı surətdə əsla aza qane olmamalı, daima bütün gücüylə xidmət etməlidir. Belə ki, Allah xəstələrə və ya gücsüzlərə vəzifələrini asanlaşdırmış, ancaq onlara belə “xeyrə çağırmağı” əmr etmişdir. Bu, bir Quran ayəsində belə bildirilir:
Allah'a və Onun Peyğəmbərinə sadiq qalmaq (heç bir pisliyə meyl etməmək) şərtilə, acizlərə (qocalara və anadangəlmə zəiflərə), xəstələrə və (cihad yolunda) sərf etməyə bir şey tapa bilməyənlərə heç bir günah yoxdur. Yaxşı işlər görənləri də (üzrlü səbəbə görə evdə qaldıqda) məzəmmət etməyə heç bir əsas (lüzum) yoxdur. Allah bağışlayandır, rəhm edəndir! (Tövbə surəsi, 91)
Belə olduğu halda imkanı az və ya çox olsun, xeyrə çağırmaq hər insanın üzərində bir məsuliyyətdir. Harun Yəhya əsərləri İslam əxlaqını müqəddəs Peyğəmbərimiz (SAV)-in hədisləri və Quran ayələri əsasında anladan, insanları dinsizliyin kabusuna qarşı xəbərdar edən dəyərli mənbədir. Bu əsərləri mümkün olduğu qədər çox insana çatdırmaq, bu əsərlərə əldən gəldiyi qədər dəstək vermək hər insanın “xeyrə çağırma” ibadətini etməsinə və yuxarıdakı ayənin hökmünü yerinə yetirməsinə Allah'ın iznilə vəsilə ola bilər. Bu səbəbdən hər kəs gücü yetdiyi qədər bu çalışmalara dəstək verməlidir. Allah bir ayəsində belə buyurur:
Onlar Allah'a, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. (Ali-İmran surəsi, 114)
Allah bir Quran ayəsində dininə yardım edənlərlə bağlı belə buyurur:
... Allah Ona (Öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir! (Həcc surəsi, 40)
Peyğəmbərimiz (SAV) də bir hədisi-şərifində xeyirli iş görməklə bağlı belə buyurur:
Dostların xeyirlisi, Allah'ın dinində dostuna xeyirli olanıdır. Qonşunun xeyirlisi isə Allah'ın dinində qonşuya xeyirli olanıdır. (Ramuz-əl Əhadis, səh. 280)
Peyğəmbərimiz (SAV) başqa bir hədisində isə xeyir işləyənin qarşılığını mütləq alacağını belə bildirmişdir:
Kim zərrə qədər xeyir işləyərsə, onun qarşılığını görər. Kim də zərrə qədər şər işləyərsə, onun qarşılığını görər. (Ramuz-əl Əhadis, səh. 237)
Belə olduğu halda bu əsərlərin yayılmasına, oxunmasına, daha çox insana çatdırılmasına vəsilə olmaq, belə bir xeyrə vasitəçi olmaq insana Allah'ın iznilə böyük bir əcr olaraq dönəcəkdir. Bu etdikləri eyni zamanda insanın digər müsəlmanlara olan sevgisini və mərhəmətini göstərir. İnsan bu yolla iman sahiblərinin mənəvi cəhətdən inkişaf etməsinə, Allah'a yaxınlaşmasına vəsilə olur. Onların Allah'ı daha çox zikr etməsini, ölümü, axirəti daha çox düşünməsini, vicdanlarının və şüurlarının açılmasını, dövlətə və millətə bağlı fərdlər olmasını təmin edəcək fəaliyyətlər göstərmiş olur. Müsəlman qardaşının axirətini düşünüb qorxu duyan insan daima bu cür xeyirli işlər görər. Peyğəmbərimiz başqa bir hədisində möminlərin bu xüsusiyyətini belə bildirmişdir.
Möminləri mərhəmət, xoş söhbət və bir-birinə yardım edən tək bir vücud kimi görərsən. Necə ki, bir əza xəstələndiyində digərləri qızdırma və yuxusuzluq halında olarsa, bu da elədir. (Ramuz-əl Əhadis, səh. 250)
Xeyrə vəsilə olmağın vacibliyini İslam alimləri də əsərlərində bildirmişlər. Məsələn, İmam Qəzali xeyir işləməyin vacibliyini bir əsərində belə ifadə etmişdir:
Ömrün davam etdikcə, xeyir işləməyi əlindən qoyma. (İmam Qəzali, Hüccət-ül İslam, səh. 88)
Bu halda insan böyük-kiçik demədən gücü yetdiyi qədər İslama xidmət etməlidir. Bu çox vacib bir məsuliyyət və mühüm bir ibadətdir. Buna görə hikmətləri və xeyirləri ilə diqqət çəkən Harun Yəhya əsərlərini daha çox insana çatdırmaq, bu əsərlərə töhfəsini vermək və bütün dünyaya yayılması üçün ediləcək hər cür xeyirli fəaliyyət çox vacibdir.
Allah bir Quran ayəsində Onun rizası üçün edilən hər xeyirli işin mütləq bir qarşılığı olduğunu belə bildirir:
... İstər kişi, istərsə də qadın olsun, Mən heç birinizin əməlini puça çıxarmaram. Siz (hamınız) bir-birinizdənsiniz (dində kişi, qadın eynidir). Hicrət edənlərin (Məkkədən Mədinəyə öz dinini qorumaq məqsədilə köçənlərin), öz yurdlarından çıxarılanların, Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allah'dan bir mükafat olaraq, əlbəttə, örtəcək və onları (ağacları) altından çaylar axan cənnətlərə daxil edəcəyəm. Ən yaxşı mükafat Allah yanındadır! (Ali-İmran surəsi, 195)
İnsan hər hansı xeyirli iş görərsə, əslində öz axirəti üçün görər. Bunun üçün atdığı hər addım, danışdığı hər kəlmə, sərf etdiyi enerji, xərclədiyi pul, verdiyi əmək savab olaraq yazılacaqdır. Hər insan bu qarşılığa möhtacdır. Buna görə hər kəsin xeyir üçün etdiklərini artırması və xeyirli işlərdə yarışması lazımdır. Xeyir işlərdə yarışmaq Allah'ın Quran'da bildirdiyi əmridir:
Onlar Allah'a, axirət gününə inanır, (insanlara) yaxşı işlər görməyi əmr edir, (onları) pis əməllərdən çəkindirir və xeyirli işlər görməyə tələsirlər. Onlar əməlisaleh şəxslərdəndirlər. Onların yaxşılıq naminə etdikləri işlərdən heç biri inkar edilməz (mükafatsız qalmaz). Şübhəsiz ki, Allah müttəqi olanları tanıyır! (Ali-İmran surəsi, 114-115)
Harun Yəhya əsərləri insanların xeyirli işlər görməsinə vəsilə olacaq çalışmalardır. Bu əsərlərə sahib olanlar vicdanlı davranaraq imkanları daxilində edilən çalışmalara dəstək olmalıdırlar. Bunun çox yolları vardır.
KİTABLARI OXUMAĞIN, SƏS KASETLƏRİNİ DİNLƏMƏYİN, SƏNƏDLİ FİLMLƏRİ İZLƏMƏYİN VACİBLİYİ
Peyğəmbərimiz bir hədisində Allah'ı zikr etməyin vacibliyini belə bildirmişdir:
...Möminin ən xeyirli zamanı Allah'ı zikr etdiyi zamandır. (Ramuz-əl Əhadis, səh. 254)
Harun Yəhya çalışmalarının ən vacib xüsusiyyəti Allah'ı xatırladan, içində çoxlu Quran ayəsi və Peyğəmbərimiz (SAV)-in hədisləri olan, Quran'ın ruhunu və məntiqini ən gözəl şəkildə əks etdirən əsərlər olmasıdır. Bu səbəbdən bu əsərləri mümkün olduğu qədər çox oxumaq, seyr etmək və ya dinləmək insanın həm Allah'a yaxınlığını, həm dinə bağlılığını, həm də məlumatını artırmaq baxımından vacibdir. Bu əsərləri oxumaq, dinləmək və ya seyr etmək insanın Allah'ı çox zikr etməyini təmin edər. Allah'ı zikr etmək isə vacib bir ibadətdir. Allah Quran'da Onun zikr edilməsini belə əmr etmişdir:
Ey iman gətirənlər! Allah'ı çox zikr edin! (Əhzab surəsi, 41)
Allah Quran'da insanları Quran'ı düşünməyə və Quran'dan öyüd almağa çağırır. Bu əsərlər bu məqsədə xidmət etməkdə, Allah'ın iznilə insanların Quran haqqında düşünməsini və Quran'dan öyüd almasını təmin etməkdədir. Mövzuyla bağlı ayələr belədir:
Onlar Quran barəsində (onun Allah kəlamı olması haqqında) düşünməzlərmi? Əgər o, Allah'dan qeyrisi tərəfindən olsaydı, əlbəttə, onda çoxlu ziddiyyət (ixtilaf, uyğunsuzluq) tapardılar. (Nisa surəsi, 82)
And olsun ki, Biz Quran'ı (ondan ibrət almaq) (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! (Qəmər surəsi, 17)
Harun Yəhya əsərlərini bu şəkildə təqib etmək insanın Allah'ı çox yaxşı tanımasına, Allah'ın ucalığını və böyüklüyünü təqdir edə bilməsinə və imanının artmasına vəsilə olur. Çalışmaların bu yönü çox vacibdir. Allah bir Quran ayəsində “Ey iman gətirənlər! Allah'dan qorxun, Ona (Onun rəhmətinə və lütfünə qovuşmaq üçün) vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!” (Maidə surəsi, 35) şəklində buyurur. Harun Yəhya külliyyatı da insanların Allah'a yaxınlaşmalarına bir vəsilə olmağı hədəf seçmişdir.
Rəbbimizin kainatı əhatə edən yaradılış dəlilləri üzərində düşünmək çox vacib bir ibadətdir. Allah möminlərin bu xüsusiyyətini Quran'da belə bildirir:
O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah'ı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından (Özün) qoru!” (Ali-İmran surəsi, 191)
Harun Yəhyanın elmi və imani əsərləri də insanları göy üzündəki və yer üzündəki yaradılış dəlilləri üzərində düşünməyə sövq edir. Bu çalışmalar insanın elmi cəhətdən dərinləşməsini, məlumatını artırmasını, daha çox mövzuda biliyə yiyələnməsini təmin edəcək əsərlərdir. Tamamilə Quran'a və elmi əsaslara dayanan bu əsərlər aid olduqları mövzularda mənbə olduğu üçün oxucunun həmin mövzuda peşəkarlaşmasını təmin edir. Elmdə dərinləşmək isə müsəlmanlar üçün çox vacibdır. Peyğəmbərimiz (SAV) aşağıdakı hədislərində bu mövzuyla bağlı belə buyurur:
Elmə yiyələn. Şübhəsiz ki, elm möminin dostu, helm vəziri, ağıl rəhbəri, əməl mühafizəçisi, rifq atası, mülayimlik qardaşı, səbr də əsgərinin sərkərdəsidir. (Ramuz-əl Əhadis, 2-ci cild, səh. 319/6)
Ey insanlar! Elm ancaq çalışmaqla öyrənilər. Fiqh də eləcə cəhd etməklə əldə edilir. Kimə Allah xeyir nəsib etsə, onu dinində “Fəqih” qılar. Qulları içində Allah'dan ancaq alimlər qorxarlar. (Ramuz-əl Əhadis, 1-ci cild, səh. 183/7)
İnsanların xeyirlisi,onların ən gözəl oxuyanı, Allah'ın dinində isə ən fəqih olanı, Allah'dan ən çox qorxanı, pis əməllərdən çəkinib yaxşılığı əmr edəni və qohumları ziyarət etməkdə ən qabaqda olanıdır. (Ramuz-əl Əhadis, səh. 280)
BOŞ VƏ LAZIMSIZ SÖHBƏTLƏRDƏN ƏL ÇƏKİB ALLAH'IN DİNİNİ VƏ İSLAM ƏXLAQINI İNSANLARA ANLADIN
İnsanların həyatlarının çox hissəsi danışmaqla keçir. Ancaq bu söhbətlərin çox böyük bir hissəsi ümumilikdə boş və lazımsızdır. Zaman isə insan üçün çox dəyərlidir. Hər insanın mütləq düşünməsi və heç ağlından çıxarmaması lazım olan çox vacib mövzular vardır. Bunları düşünüb insanların bir-birlərinə bu mövzuları xatırlatmaq yerinə lazımsız söhbətlərlə vaxt itirmələri çox böyük xətadır. Ancaq hər şeydən vacib olanı Allah'ın insanlara boş söhbətlərdən üz çevirməyi əmr etməsidir. Bu həqiqət bir Quran ayəsində belə bildirilir:
O kəslər ki, yalan yerə şahidlik etməz, faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər (özünü ləyaqətlə aparıb onlara əhəmiyyət verməz); (Furqan surəsi, 72)
O kəslər ki, lağlağıdan (lüzumsuz şeylərdən, qadağan olunmuş əməllərdən) üz döndərərlər; (Müminun surəsi, 3)
Göründüyü kimi Allah müsəlmanları boş və lüzumsuz sözlər danışmaqdan çəkindirir. Bunu edə bilməyin ən yaxşı yolu davamlı olaraq Allah'ı anmaq, Quran ayələrini zikr etmək və xeyirli şeylər danışmaqdır. Beləliklə, öyrəndiklərinizi anlatmaq çox xeyirli bir fəaliyyət olacaqdır. Allah'ı xatırlamağın çox vacib bir ibadət olduğu bir Quran ayəsində belə xəbər verilir:
...Allah'ı zikr etmək (Allah'ın cəlalını və əzəmətini həmişə, hər yerdə yada salmaq), şübhəsiz ki, (savab etibarilə bütün başqa ibadətlərdən) daha böyükdür. Allah nə etdiklərinizi (bütün yaxşı və pis əməllərinizi) bilir! (Ənkəbut surəsi,45)
İslam əxlaqını anladan, din əxlaqından uzaq cəmiyyətlərdə yaşanan sıxıntıları örnək göstərən əsərləri oxuyub ya da izləyib anladan insan anlatdığı gözəl əxlaq qaydalarina riayət etmək istəyəcək, əsərlərdə göstərilən xətalardan, ibrət olaraq verilən nümunələrdən hər vəchlə çəkinəcəkdir. Gözəl əxlaqı anlatmaq, bu mövzudan bəhs etmək insanın vicdanına təsir edir. Beləliklə, oxuyan insan üçün də, anladan və dinləyən insan üçün də çox böyük xeyrə vəsilə olur. İnsan faydalı bir fərd halına gələr, ailənin önəminə, millətin və dövlətin bütövlüyünə dəyər verər. Allah bir Quran ayəsində vicdanlı davranmaq barədə belə buyurur:
Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitabı oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz? (Bəqərə surəsi, 44)
Digər bir Quran ayəsində isə Rəbbimiz bu şəkildə buyurur:
Allah'ın evlərinizdə oxunan ayələrini (Quran'ı) və hikməti (Peyğəmbərin qoyduğu qayda-qanunu) xatırlayın. Allah (möminlərə) lütfkardır, (bəndələrinin bütün əməllərindən) xəbərdardır! (Əhzab surəsi, 34)
0 yorum:
Yorum Gönder