Əgər şagirdsinizsə;
- Məktəbli avtobuslarında vaxtın daha yaxşı keçməsi üçün İslam əxlaqını və ya Quran möcüzələrinin anladıldığı səs kasetlərinin dinlənilməsini təmin edə bilərsiniz. Və ya siz ətrafınızdakı insanların diqqətini çəkəcək iman həqiqətlərini oxuyub ertəsi gün avtobusda danışa bilərsiniz.
- Mövzusunu sizin seçəcəyiniz ev tapşırıqlarında Harun Yəhya əsərlərindən elmi tapşırıqlar hazırlaya və beləliklə faydalı çalışmalar edə bilərsiniz.
- Boş vaxtınızda evinizə dostlarınızı çağırıb Harun Yəhyanın əsərlərindən hazırlanan sənədli filmləri izləyə bilərsiniz.
- Tənəffüs zamanlarında yoldaşlarınızla Harun Yəhya kitablarından öyrəndiyiniz iman həqiqətlərini danışa bilərsiniz. Hətta bunu davamlı olaraq edə bilərsiniz. Hər kəs evində 5 iman həqiqəti öyrənər, ertəsi gün gəlib bir-birinə danışar. Bu şəkildə 5 nəfər bir-birinə anladarsa, hər kəs gündə 25 iman həqiqəti öyrənər. Beləliklə, qısa zaman ərzində özünüzü təkmilləşdirər və İslam əxlaqını anladarkən çox gözəl bir məlumat dağarcığı əmələ gətirə bilərsiniz.
- İslam dininə daha yaxşı xidmət edə bilmək üçün özünüzü hər yöndə davamlı olaraq təkmilləşdirə bilərsiniz. Kitab oxuyub, kompüter istifadə etməyi, internetdə axtarış aparmağı, internet saytı hazırlamağı öyrənə bilərsiniz. Xarici dil biliyinizi inkişaf etdirib mədəniyyətinizi daim artıra bilərsiniz. Beləliklə, İslam dininin yayılması üçün çox dəyərli çalışmalar edə bilərsiniz.
- Dostlarınıza oxuduğunuz bir Harun Yəhya kitabını hədiyyə edə bilər, ancaq oxuduqdan sonra mütləq başqa birinə hədiyyə etməsini tapşıra bilərsiniz.
- Məktəbdə, universitetdə divar qəzeti və ya məlumat lövhəsi hazırlaya bilər, bu lövhədə hər həftə yeni, düşündürücü iman həqiqətləri, Quran möcüzələri, gözəl əxlaq örnəkləri yaza bilərsiniz.
- Bütün yoldaşlarınıza Harun Yəhyanın əsərlərindən hazırlanan internet saytlarını tövsiyə edər, bu saytlara üzv olmalarını sövq edə bilərsiniz.
Evdar qadınsınızsa;
- Qonşularınızı və rəfiqələrinizi söhbət etmək üçün evə çağırdığınız zaman sənədli film izləyə bilər, İslam əxlaqını və ya Allah'ın yaratma sənətini anladan kitablardan öyrəndiklərinizi onlara danışa bilərsiniz.
- Uşaqlarınıza İslam əxlaqını, Allah'ın kainatdakı yaradılış dəlillərini, Harun Yəhyanın uşaqlar üçün hazırlanmış əsərlərindən faydalanaraq anlada bilərsiniz. Onlara Harun Yəhya sənədli filmlərini izlətdirə bilər, uşaq kitabları ilə öyrənərkən eyni zamanda əylənmələrini də təmin edə bilərsiniz.Uşaqların bu əxlaqla tərbiyə edilmələri onların böyüdükçə milli və mənəvi dəyərlərinə bağlı, xeyirli şəxslər olmasına vəsilə ola bilər.
- Əgər uşaqlarınızın yaşları kiçikdirsə, uşaq kitablarından alıb onlara gecələr yatmazdan əvvəl bir neçə səhifə oxuya bilərsiniz. Onlara yuxuya getməzdən əvvəl Allah'ı zikr etmələri və Ona dua etmələrini xatırladıb bunu onlara aşılaya bilərsiniz.
- Uşaqlarınızı mənfi təsirlərdən və zərərli qruplardan qorumaq üçün onları məlumatlandırmalısınız. Harun Yəhyanın “Satanizm Təhlükəsi” kimi zərərli sektaları anladan əsərləri əvvəlcə oxumalarını və bu təhlükənin nə olduğunu anlamalarını təmin edə bilərsiniz.
- Uşaqlarınıza və rəfiqələrinizə iman həqiqətlərini, İslam əxlaqını, peyğəmbərlərin həyatlarını anladan sənədli filmləri izləmək üçün şərait yarada bilərisiniz. Həftə sonları çay saatı təşkil edib, dadlı yeməklər hazırlayıb sənədli filmlər izlətdirə bilərsiniz.
- Evinizdə kompüter varsa və internetə çıxışınız varsa, evinizə gələnlərə İslam əxlaqının, Quran möcüzələrinin və Allah'ın yaradılış dəlillərinin izah edildiyi internet saytlarını, kitabları və s. göstərə bilərsiniz.
- Tanıdığınız yaşlı şəxslərə, onlarla yaşayan nənə və babalara İslam əxlaqını anladan səs kasetlərini dinləyəcəkləri şərait yarada bilərsiniz.
- Evinizdə bir kitabxana yaradıb, Harun Yəhya külliyyatını numayiş etdirə və qonaqlarınıza kitabları göstərib əsərlərlə tanış olmalarını təmin edə bilərsiniz.
- Yaxınlığınızdakı məktəb və ya universitetlərin kitabxanalarına oxuduğunuz kitabları və sənədli filmləri hədiyyə edə bilərsiniz.
- Yaxınlığınızdakı qocalar evinə, uşaq evlərinə gedib kitab oxuya, birlikdə film izləyə bilərsiniz. Bir neçə saatınızı belə bir xidmətə ayıraraq onlarla insanı Allah'ı düşünməyə sövq edə bilərsiniz.
- Evdə israf olmamaq və pulun boş yerə xərclənməsinin qarşısını almaq üçün lazımsız xərclərdən çəkinərək qənaət etdiyiniz pulla İslam əxlaqını anladan kitab və jurnallar ala bilərsiniz.
- Yemək bişirərkən Harun Yəhya kitablarının səs kasetlərini dinləyər, sonra onları rəfiqələrinizə danışar, dinləmələri üçün onlara verə bilərsiniz.
- Xüsusi günlərdə hədiyyə alarkən uşaq və ya yaşlı, hər yaşdan insana uyğun kitablar və ya VCDlər, səs kasetləri seçə bilərsiniz. Bu hədiyyələr sayəsində yaxınlarınızın, dostlarınızın Allah'a imanlarının güclənməsinə vəsilə ola bilərsiniz.
- Tanıdıqlarınıza qonaq gedərkən çiçək, tort və s. yerinə kitab ala bilərsiniz. Bu vərdişin məntiqini bütün dostlarınıza və yaxınlarınıza başa salar, onların da eyni cür davranmasını xahiş edə bilərsiniz.
- Harun Yəhya məqalələrinin çıxdığı qəzetləri əldən-ələ gəzdirərək çox sayda insanın oxumasını təmin edə bilərsiniz.
0 yorum:
Yorum Gönder