Bu günümüzdə bütün dünyadakı insanların və dünyanın dörd bir tərəfində yaşayan müsəlmanların vəziyyətinə baxdığımız zaman möminlərin bu əxlaqı güclərinin yetdiyindən daha artıq yaşamasının vacibliyi bir daha ortaya çıxır. Hər gün qəzetlərdə və televizorda dünyanın dörd bir tərəfində Quran əxlaqının yaşanmamasından qaynaqlanan qarışıqlıqlara, edilən zülmlərə görə dözülməz çətinliklər yaşayan insanların həyatlarına şahid oluruq. Fələstində, İndoneziyada, Şərqi Türküstanda, Çeçenistanda və ya dünyanın hər hansı başqa yerində bir ovuc torpaq üçün yerdə sürünən, uşaqlarının gözü önündə təpiklənən insanlar, əllərində daşlarla özlərini müdafiə etməyə çalışan kiçik uşaqlar hər insana tanış olan mənzərələrdir.
Hələ də dünyanın dörd bir yanında müharibələr, ölkədaxili qarışıqlar davam edir. Bu müharibələrdə Bosniya və Hersoqovinada, Kosovoda, Əlcəzairdə, Tunisdə, Eritreya, Misirdə, Əfqanıstanda, Kaşmirdə, Ruandada, Şərqi Türküstanda, Çeçenistanda, Vyetnamda, Tailandda, Filippində, Birmada və ya Sudanda yüz minlərlə silahsız insan həyatını itirmiş, qadınlar təcavüzə uğramış, işgəncə görmüş, milyonlarla insan evlərindən, yurd-yuvalarından çıxarılmış, şikəst edilmiş,yaxınlarını itirmişlər. Məsum uşaqlar gülləyə hədəf olmuş, körpələr bələklərində qətlə yetirilmiş, qaçmağa çalışan insanlar minalanmış əraziyə düşərək şikəst olmuşlar. İnsanlar tayı-bərabəri görülməmiş bir vəhşiliyə məruz qalmış, zülm görmüş, həyatlarını davam etdirə bilmək üçün insanlıqdankənar əsir düşərgələrində yaşamaq uğrunda mübarizə aparmışlar. Hələ də daha çox yerdə bütün bu zülmlər davam etdirilir. Qadınlara, uşaqlara zülm və əziyyət edilməyə davam edilir. Müsəlman cəmiyyətlər bir-bir azadlıqlarını itirirlər, onlara yardım əli uzadacaq vicdan sahibi insanların yardımını gözləyirlər, ancaq səslərini ictimaiyyətə eşitdirə bilmirlər. Müsəlmanların zülm gördükləri ölkələrdən yalnız bir neçəsinə qısaca nəzər saldıqda bu məsələnin vacibliyi çox daha yaxşı başa düşüləcəkdir.
Doğu Türkistan'da yaşanan zulüm.
Allah bir ayətində bu şəkildə buyurur:
(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu ölkədən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!”- deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)
Zülm görən, işgəncəylə öldürülən insanlar, məsum körpələr, bir çörək alacaq pulu belə olmayanlar, soyuq havada, bez çadırlarda az qala küçədə yatanlar, xəstəliklərdən müalicə olunacaq pul tapa bilməyənlər və ya yaşlı və gücsüz olmalarına baxmayaraq xəstəxana qapılarında saatlarla, hətta günlərlə müalicə üçün növbədə gözləyənlər, sadəcə müəyyən bir qəbiləyə mənsub olduqları üçün qətlə yetirilənlər, dinlərinə görə evlərindən, yurdlarından çıxarılan qadınlar, uşaqlar və yaşlılar, bir tərəfdə ardı-arası kəsilməyən israfçılıq, digər tərəfdə isə aclıqdan və baxımsızlıqdan yox olan, ölümə tərk edilən zavallı insanlar, küçəyə atılan, öz başlarının çarəsinə baxa bilməyəcək qədər kiçik və müdafiəsiz uşaqlar, ailəsini dolandıra bilmək üçün kiçik yaşda məktəbə getməyib, oyun oynamayıb işləyən və ya dilənən uşaqlar, hər an düşmənləri tərəfindən öldürülmə qorxusu ilə yaşayan insanlar...
Burada sayılan insanların varlığından hər kəs xəbərdardır. Hər gün qəzetlərdə, televizorda bu çarəsiz, zavallı, kimsəsiz və möhtac insanların mənzərələrinə rastlamaq mümkündür. Çox insan bu insanların içinə düşdüyü vəziyyəti görür, onlara yazığı gəlir. Ancaq bir müddət sonra ya danışdığı mövzunu, ya izlədiyi kanalı dəyişdirdikdən, ya da qəzetin səhifəsini çevirdikdən sonra bu insanların varlığını unudur. Çoxları bu insanları düşdükləri vəziyyətdən qurtarmaq üçün cəhd etmək lazım olduğunu heç fikirləşməz və “dünyada o qədər zəngin və güç sahibi insan var ikən o insanları qurtarmaq mənə qalıb?” deyərək məsuliyyəti başqalarının üzərinə atır.
Ancaq bu insanları qurtarmaq, bütün dünyanın ədalət, hüzur, güvən və zənginlik içində yaşanan, rifah dolu bir yer olmasını təmin etmək üçün zənginlik və güc tək başına kifayət etmir. Məsələn, dünyada çoxlu sayda zəngin və inkişaf etmiş ölkə olmasına baxmayaraq Efiopiyada hələ də insanlar aclıqdan ölürlər. O qədər inkişaf etmiş texnologiyaya və dünyanın zəngin mənbələrinə baxmayaraq insanların bir boşqab yeməyə möhtac olmaları, zənginliyin və gücün tək başına kifayət etmədiyinin ən açıq göstəricilərindəndir.
Zənginliyin və gücün bu zavallı və möhtac insanların xeyrinə istifadə edilməsi üçün əvvəlcə insanların vicdan sahibi olması lazımdır. Vicdan sahibi olmağın yeganə yolu isə imandır. Ancaq imanlı insanlar davamlı olaraq vicdanlarını istifadə edərək hərəkət edirlər.
Nəticə olaraq dünyadakı ədalətsizliyin, qarışıqlığın, terrorun, qətliamların, aclığın, səfalətin və zülmün tək bir həlli vardır: Quran Əxlaqı.
Dünyadakı problemlərə ümumi şəkildə nəzər saldıqda bütün bu hadisələrin sevgisizlik, nifrət, kin, düşmənlik, mənfəət güdmək, eqoistlik, etinasızlıq, mərhəmətsizlik kimi duyğuların və ağılsızlığın səbəb olduğu görüləcəkdir. Bu problemlərin həllinin və tamamilə ortadan qaldırmağın yolları isə sevgi, şəfqət, mərhəmət, rəhm, qarşılıq gözləmədən xidmət etmə şövqü, düşüncəli olmaq, fədakarlıq, dostluq, anlayış, sağlam fikir və ağıldır. Bu xüsusiyyətlər isə ancaq Quran əxlaqını əksiksiz olaraq yaşayan insanlara aiddir. Allah ayələrində Quran'ın insanları qaranlıqdan aydınlığa çıxarma xüsusiyyətini belə bildirir:
...Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunla əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz iznilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər. (Maidə surəsi, 15-16)
Başqa bir ayədə isə Allah Quran'a əməl edilmədikdə yer üzündəki hər şeyin pozulacağını xəbər verir:
Əgər haqq (Quran) onların nəfslərinin istəklərinə tabe olsaydı (və ya Allah onların istədikləri kimi hərəkət etsəydi), göylər, yer və onlarda olanlar (bütün məxluqat) korlanıb gedərdi (aləm bir-birinə qarışıb nizamı pozulardı). Xeyr, Biz (müşriklərə) onlar üçün öyüd-nəsihət və şərəf (Quran) gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən üz çevirirlər. (Müminun surəsi,71)
Bu anda siz bu yazını oxuyarkən də,milyonlarca zavallı insan ya əziyyət görür, ya aclıqdan, ya da soyuqdan ölməmək üçün dözməyə çalışır. Və ya evindən, ailəsindən və uşaqlarından ayrılır, yurdundan sürgün edilir. Bu səbəbdən vicdan sahibi insanlar bütün bunları düşünməli, bütün bu əziyyətlər, fəlakətlər, sıxıntı və çətinliklər özlərinin başına gəlmiş kimi düşüncəli davranmalıdırlar və yardım istəyən insanlara maddi-mənəvi hər cür kömək etmək üçün yollar axtarmalıdırlar. Allah iman edən, vicdan və sağlam fikir sahibi insanların bu məsuliyyəti üzərinə götürmələrini bir ayəsində belə əmr edir:
(Ey müsəlmanlar!) Sizə nə olub ki, Allah yolunda: “Ey Rəbbimiz, bizi əhalisi zalım olan bu ölkədən kənara çıxart, bizə öz tərəfindən mühafizəçi göndər, yardımçı yolla!”- deyə dua edən aciz kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz? (Nisa surəsi, 75)
Bu günümüzdə bu xidmətin necə ediləcəyi isə Quran ayələri nəzərdən keçirildiyində açıqca ortaya çıxır. Ən vacib şey Quran əxlaqının dinsizliyə üstün gəlməsi üçün müsəlmanların fikrən mübarizə etmələridir. Bu saytı hazırlamaqda məqsəd sözügedən fikri mübarizə üçün bütün müsəlmanlara yol göstərməkdir. Zəif halda çarəsiz, kimsəsiz qalan və qorunmağa möhtac olan insanların tək qurtuluşu Quran əxlaqının bütün dünya insanları arasında yayılıb yaşanmasıdır. Beləliklə, bütün insanlara Quran əxlaqını anlatmaq, dini təbliğ etmək hər müsəlman üçün çox vacib və təxirəsalınmaz bir ibadətdir.
Vicdanlarını istifadə etməyənlər yetimlərə, yoxsullara, zavallı məsumlara qarşı düşüncəsiz və etinasız davrananlar, dünya həyatında onlara verilən malları boş yerə sərf edənlər,zülm görən qadınları, uşaqları, yaşlıları etinasızlıqla seyr edənlər, hər cür əxlaqsızlığın və çirkinliyin yer üzündə yayılmasından xoşlananlar və bu baxışı təşviq edən insanlar axirətdə bunun hesabını mütləq verəcəklər:
Dini (haqq-hesab gününü) yalan hesab edəni gördünmü? O elə adamdır ki, yetimi itələyib qovar. Və xalqı (yoxsulu) yedirtməyə rəğbətləndirməz. Vay halına o namaz qılanların ki, onlar öz namazlarında qafildirlər(göstəriş üçün namaz qılarlar) və (xalqa) zəkat verməyi qadağan edərlər. (Maun surəsi, 1-7)
0 yorum:
Yorum Gönder