Stalin 1879-cu ildə Gürcüstandakı kiçik qəsəbədə, kasıb ailənin uşağı olaraq doğulmuşdu. Adı İosif Vissarionoviç Cuqaşvili idi. Rus dilində "Dəmir Adam" mənasını verən "Stalin" adını 1913-cü ildən sonra istifadə etməyə başlayacaqdı.
Stalinin anası dindar qadın idi. Çox böyük çətinliklə yetişdirdiyi oğulunun dindar olmasını istəyirdi. Bu səbəblə onu Qoridəki Kilsə məktəbinə yazdırdı. Burada 5 il təhsil alan Stalin məktəbi bitirdiyində, Tiflisdəki dini instituta girdi və Qreqoryen Ortodoks Kilsəsində rahib olmaq üçün işə başladı. Elə bu zamanlarda oxuduğu bəzi kitablar Stalinin dünya görüşünü bütünlüklə dəyişdi. O zamana qədər dindar ananın dindar oğlu olan Stalin Allaha və dinə olan bütün inancını itirdi və ateist oldu.
Stalinə inancını unutduran kitab Darvinin Növlərin Mənşəyi adlı kitabı idi.
Oxford Universitetində tarixçi Alex de Jonge Stalin and The Shaping of the Soviet Union (Stalin və Sovet İttifaqınin Formalaşması) adlı kitabında Stalinin gənclik illərində Darvinin önəmli yer tutduğunu vurğulayır. Jonge`a görə, Stalinin dini təhsil aldığına baxmayaraq, Allaha inancını itirməsi və əvəzində ateizmi mənimsəməsi Darvini oxumasıyla olmuşdur. Stalinin Marksizmi mənimsəməsi isə daha sonra baş vermişdir. Jonge bunun Stalin tərəfindən də xüsusi söhbətlərində tez-tez vurğulanan gerçək olduğunu bildirmişdir. (Alex de Jonge, Stalin and The Shaping of the Soviet Uninon s.22)
İngilis tarixçi Alan Bullock da Stalin və Hitlerin həyatlarını müqayisəli şəkildə təsvir edən Hitler and Stalin: Parallel Lives adlı kitabında Stalinin gənclik illərində Darvin, Oqyust Kont (Auguste Comte) və Karl Marksın rusca tərcümələrini oxuduğunu və bunlardan təsirləndiyini qeyd edir.
Əslində bu azğınlıq təkcə Stalinin deyil, Rusiyadakı gənc və oxuyan nəsilin çoxunun başına gəlmişdi. Darvinin, Hakslinin (Huxley) və ya Lamarkın o zamanlar elmi sanılan xurafatları bir çox rus gəncinin ateist olmasına səbəb olurdu. Tarixçi Orlando Fayces (Orlando Figes), A People's Tragedy, A History Of The Russian Revolution (Bir Xalqın Faciəsi: Rus İnqilabının Tarixi) adlı kitabında "Leninin gənclik çağlarında rus ziyalıları arasında Darvin və Haksli sanki dini müqəddəsliyə sahib idi" deyərkən bunu nəzərdə tuturdu.
Fayces eyni əsərində sonradan Bolşeviklərə qatılan Semen Kanatçikov adlı gənc işçinin təkamülçü təbliğat nəticəsində necə dinsizləşdiyini belə izah edir:
Gənc işçi bir qutunu torpaqla doldurub isti yerdə saxlayanda soxulcan və böcəklərin meydana gəldiyini göstərərək Tanrının insanları yaratmadığını söyləmişdi. Həmin dövrün sol qanadının yazarlarındakı bu cür kobud izahlar, Kanatçikov kimi gənc işçilərə böyük təsir edirdi. "İndi köhnə fikirlərimdən xilas olmağım məni artan templə ucaltdı" deyə daha sonra yazırdı. "... Kilsəyə bir daha getmədim və haram yeməkləri yeməyə başladım". (Orlando Figes, A People's Tragedy, A History of The Russian Revolution, s. 65)
Halbuki "canlıları Allah yaratmadı, təsadüfən meydana gəldilər" iddiasının dayağı kimi göstərilən yuxarıdakı nümunələr xurafat idi. Torpaqdakı soxulcanlar və böcəklər o zamanlar zənn edildiyi kimi təsadüfən və yoxdan meydana gəlmirdi. Əvvəlcədən torpaqda mövcud olan yumurtalardan çıxırdılar. Ancaq elm dünyası "cansız maddədən əsla canlılar yarana bilməz" gerçəyini fərq edə bilmədiyi üçün bu kimi xurafatlar yarı cahil rus gənclərini ateizmə sürükləyirdi.
19-cu əsrin sonunda Rusiyada yetişən bu ateist nəsil 20-ci əsrin əvvəllərində atəşli kommunist olaraq səhnəyə çıxdı.
Belə qızdırmalı kommunistlərdən biri Stalin idi. Stalin 1898-ci ildə gizli bir kommunist təşkilata qatılmışdı. 1901-ci ildə Brdzola (Mübarizə) adlı kommunist jurnalda yazılar yazmağa başladı. Bu tarixdən sonra 1917-ci ilə qədər Leninin öndərliyindəki kommunist hərəkatin aktiv döyüşçüsü oldu. 1917-dəki Oktyabr İnqilabından sonra Kommunist Partiyanın ən yüksək qurumu olan 5 nəfərlik Politbüronun üzvü seçildi. Lenin 1923-cü ildə xəstəliyə düçar olandan sonra Stalin partiya daxilindəki gücünü daha da artırdı və Leninin ölümündən sonra ən böyük güc halına gəldi. 1924-cü ildən 1929-cu ilədək olan beş il içində partiya daxilindəki bütün müxaliflərini sui-qəsd, edam və ya sürgün kimi üsullarla "təmizlədi". Oktyabr İnqilabının memarlarından olan Trotski belə Stalinin təzyiqinə məruz qaldı və Sovet İttifaqından sürgün edildi.
Stalin iqtidarını bu şəkildə gücləndirdikdən sonra kütlənin işinə baxacaqdı. Lenin Rusiyadakı bütün əkinçilik sahələrini dövlətləşdirməyə başlamış, ancaq 1920 və 1921-ci ildəki böyük qıtlıq və təxribat səbəbindən bu işi təxirə salmaq məcburiyyətində qalmışdı. Ancaq Stalin bu işi reallaşdırmaqda qətiyyətli idi. Stalin "kollektivləşmə" adlandırılan siyasət tətbiq etdi. Məqsəd isə kəndlilərin bütün mallarını dövlətləşdirmək, məhsullarını müsadirə etmək, bu məhsulları ixrac edərək Sovet sənayesini və ordusunu gücləndirmək üçün istifadə etmək idi.
Stalin kollektivləşməni ölüm, işgəncə, aclıqla həyata keçirəcək və milyonlarla insan qıtlıqdan qıvrılaraq öldüyü halda, yüz minlərlə ton taxıl xaricə ixrac edəcəkdi. Stalin iqtidarı insanları heyvan növü kimi görən materialist-darvinist düşüncənin vəhşiliyini bir daha rəsmiləşdirirdi... |
0 yorum:
Yorum Gönder