Qafqazdan Tanzaniyaya, Fasdan Ficiyə qədər uzanan geniş bir coğrafiyaya yayılan Türk-İslam dünyası, tarixin böyük mədəniyyətlərinin doğulub inkişaf etdiyi bir hövzədədir. Bölgənin sahib olduğu geo-siyasi, mədəni və iqtisadi xüsusiyyətlər, bu coğrafiyanı bu gün də beynəlxalq əlaqələrin və dünya siyasətinin əhəmiyyətli bir yerinə yerləşdirib.Dünya ticarət yollarının əhəmiyyətli kəsişmə və keçid bölgələrinin bu coğrafi ərazidə olması da əhəmiyyətli ünsürlərdəndir. Qara dənizi Aralıq dənizinə bağlayan, Aralıq dənizini , Basra Körfəzini Hind Okeanına bağlayan boğaz və kanalların, Hind Okeanındakı əsas keçid nöqtələrinin Müsəlmanların idarəsində olduğu düşünüldüyündə, İslam dünyasının qlobal tarazlıqlar baxımından daşıdığı əhəmiyyət daha yaxşı aydın olacaq. Buna həm də neft, təbii qaz kimi strateji yeraltı qaynaqlar baxımından dünyanın ən zəngin torpaqlarının İslam coğrafiyasında olduğu gerçəyi əlavə olunduğunda, cədvəl daha da dəqiqləşir. Bu xüsusiyyətlərin hamısı Türk-İslam dünyası üçün bir strateji imkandı və bu imkanların yaxşı qiymətləndirilməsi Müsəlmanların dünya siyasətindəki fəaliyyətlərinin artması mənasını verir.
Türk-İslam dünyası hərbi, siyasi və iqtisadi olaraq tək blok olmaq məcburiyyətindədir. Öz içində birliyi təmin etmiş İslam dünyası, dünya barışının da zəmanəti olacaq, bəzi radikal ünsürlər və "mədəniyyətlərarası qarşıdurma" tərəfdarlarının nəzəriyyələrilə irəli sürdükləri mühiti tapa bilməyəcəklər. |
0 yorum:
Yorum Gönder