VİRUSLAR TƏKAMÜL KEÇMƏZ, SAXTA TƏKAMÜLÜN DƏLİLİ DEYİLLƏR

14 Avqust 2009 tarixində nəşr olunan Senzurasız proqramında, virusların mutasiya keçirməsinin, canlıların təkamüllə meydana gələ bilməsinə dəlil olduğunun yanlış olduğu gündəmə gəlib. İştirakçılardan Nadir Halvacıoğlu, donuz qripi və quş qripi kimi xəstəliklərin viruslarının, öz-özünə meydana gəldiyi iddiasına toxunub.
 
Viruslar, bilinən canlı hüceyrələrindən fərqli orqanizmlərdir və həyatda qala bilmək üçün mütləq bir canlı hüceyrəsinə ehtiyac duyurlar. Viruslar, orqanları olmayan zülal örtüklərindən ibarətdir. Viruslarda da DNT və RNA strukturları mövcuddur və bu strukturlarda zaman-zaman mutasiyalar meydana gəlir. Viruslarda meydana gələn mutasiyaların, digər canlı hüceyrələrində meydana gələn mutasiyalardan fərqi budur ki, viruslarda meydana gələn mutasiyaların çoxunun viruslara bir zərər verməməsidir. Çünki viruslar, tək başına funksional bir xüsusiyyətə sahib deyillər, funksiya göstərə bilmələri üçün mütləq bir başqa hüceyrəyə yerləşib onun imkanlarından faydalanmaları lazımdır. Lakin digər orqanizmlər üçün vəziyyət fərqlidir. Məsələn, eyni mutasiyaların meydana gəldiyi bir bakteriya hüceyrəsi dərhal xəstələnəcək və öləcək.
 
Darvinistlər, viruslarda meydana gələn mutasiyaları, öz nəzəriyyələrinə dəlil göstərməyə çalışmaqdadırlar. Bunun üçün tək dayaq nöqtələri bu mutasiyaların virusa zərər verməməsidir. Halbuki mutasiyalar nə qədər çox reallaşırsa reallaşsın, viruslar heç bir şəkildə bir başqa canlıya çevrilmirlər. Meydana gələn mutasiyalar nəticəsində milyonlarla ildir heç bir virusda yavaş-yavaş orqan meydana gəlmir, virus bir hüceyrə nüvəsinə çevrilmir. Viruslar tarix boyunca içində DNT saxlayan zülal örtükləri olaraq qalıblar. Çünki mutasiyalar DNT quruluşuna yeni bir şey əlavə edə bilməz və canlıya yeni xüsusiyyətlər qazandıra bilməz. Bundan başqa, viruslarda meydana gələn mutasiyalar, yalnız müəyyən bir genetik mərkəzin ətrafında gəzən irsi dalğalanmalardan ibarətdir.
 
Viruslarla əlaqədar, proqramda bəhs edilən digər mövzu isə, donuz qripi kimi virus qaynaqlı xəstəliklərin özbaşına meydana gəldiyinin yalnış olmasıdır. Donuz qripinə gətirib çıxaran və insanlara da keçən A/H1N1 virusu, quş qripi, insan qripi və donuz qripi viruslarının birləşməsiylə meydana gəlmiş bir virusdur. Bu virusun meydana gələ bilməsi üçün çox əhəmiyyətli bir şərt vardır. A/H1N1 virusu, ancaq donuzların tənəffüs yollarındakı qəbuledicilərdə meydana gələ bilər. Yəni donuzların tənəffüs yollarındakı xüsusi qəbuledicilər olmadan, təbiətdə bu virus öz-özünə meydana gələ bilməz. Bu səbəbdən Nadir Halvacıoğlunun bu mövzuda vermiş olduğu məlumat səhvdir. Bundan əlavə, A/H1N1 virusunun bu qəbuledicilərdə meydana gəlməsi üçün, yuxarıda da saydığımız 3 virusun yəni quş qripi, donuz qripi və insan qripi viruslarının mükəmməl şəkildə var olmaları lazımdır. Bu səbəbdən burada heç yoxdan öz-özünə meydana gələn bir quruluş yoxdur.
 
Uca Allah hər canlını mükəmməl olaraq yaratmışdır və canlılar, heç bir dəyişməyə uğramadan tarix boyunca ən mükəmməl hallarıyla var olmuşlar. Darvinizmin ən böyük açması, bu gerçəyin açıq-aşkar ortada qalmasıdır.

0 yorum:

Yorum Gönder