-
Canlılar Aləmində Görülməmiş Bir Üsulla Balalarını Qoruyan Splaş Tetra Balıqlarının yumurtalarını qoymaq üçün suyun içindəki bir yarpağı seçməyinə səbəb nədir?
-
Erkək splaş tetra balığı niyə üç gün ərzində yarpaq üstündəki yumurtalara 15 dəqiqədə bir quyruğuyla su sıçradır?
-
Bu balıq növü, Darvinistlərin "instinkt" iddiasını necə etibarsız etməkdədir?
Elmin hələ irəliləmədiyi, canlılar üzərində detallı araşdırmaların edilə bilmədiyi zamanlarda, heyvanların insanları heyrətə salacaq xüsusiyyətləri bilinmirdi. Elm və texnologiyanın inkişafı ilə bu xüsusiyyətlər kəşf edilməyə başladı. İndiki zamanda elmdə təəccübləndirici kəşflər tapılmağa davam etməkdədir. Hətta bu kəşflər elə fövqəladədir ki, bir heyvanın milyonlarla ildir var olan bu xüsusiyyətlərini gördükcə, elm adamları bunların bir "möcüzə" olduğunu dilə gətirmək vəziyyətində qalırlar. Ancaq canlılıq, hələ kəşflərin edilməyə başlandığı ilk günkü qədər çaşdırıcıdır. BBS televiziyasında nəşr olunan “Qəribə Təbiət” sənədli film seriyası, (BBC Weird Nature, Bizzare Breeding) canlıların fövqəladə xüsusiyyətlərini göz önünə çıxarır. Sənədli filmi hazırlayan Con Douner qarşılaşdığı canlılar haqqında, “elmin, əfsanələrdən belə daha maraqlı olduğunu söyləmişdir. Con Douneri heyrətə salan canlılardan biri də, “splaş tetra”' balıqlarıdır.
Splaş Tetra Balıqları Növlərini Necə Davam Etdirir? 4 sm uzunluğundakı splaş tetra balığı, Cənubi Amerikada yavaş axıntılı çay kənarlarında yaşayır. Erkək splaş tetra suyun üstünə doğru əyilmiş uyğun bir yarpaq tapıb bir dişinin gəlməsini gözləməyə başlayar. Erkək və dişi balığın məqsədi, növlərinin davamını təmin etmək üçün suyun xaricində olan yarpağa yumurtalarını yerləşdirməkdir. Dişi gəldiyində yan-yana mükəmməl bir uyğunluqla yüksəyə, suyun xaricinə doğru birlikdə tullanarlar. Bu tullanma zamanı bədənlərini bir-birlərinə yapışdırar və yarpağın üzərinə düşənə qədər bir-birlərindən heç ayrılmazlar. Həm də bu çətin hərəkəti, atletlərin belə edə bilməyəcəyi bir ustalıqla reallaşdırarlar. Sanki bir akrobatika nümayişi olan sıçrayışın ardından iki balıq yarpağa yapışar. Bu vaxt dişi balıq, yarpaq üzərinə 6 və ya 8 yumurta buraxar və beləcə artım əməliyyatı başlamış olar. Daha sonra iki balıq suya geri atlıyar. Bu əməliyyat, yumurta miqdarı 200-ə çatana qədər dəfələrlə təkrar edilər.
Splaş Tetralar Yumurtalarını Niyə Suyun İçərisinə Buraxmırlar? Bu problemin cavabı nəslin davam etməsi üçün balıqların, yumurtalarını təhlükəli bir mühitdən uzaq, ən qoruyucu məkanda mühafizə etmək istəyidir. Əgər bu çətin hərəkətləri reallaşdıran canlı insan olsaydı, bu cavab bəzi elm adamlarına son dərəcə normal görünəcəkdi. Ancaq bu əməliyyatı 4 sm-lik bir balığın reallaşdırması elm dünyasında heyrətlə qarşılanıb.
Elmi Olaraq Cavablandırılmayan Suallar 1. Splaş tetra olduğu mühitin tamamilə xaricində, içində əsla yaşamadığı başqa bir mühitin, balaları üçün etibarlı olduğunu necə bilir? 2. Etibarlı yer seçmək və tapmaq demək, bir mühakimənin, qərar vermə bacarığının və ağılın məhsulu olan davranışlardır. Bir balıq növü necə ağıllı davranışlar edə bilər? 3. Splaş tetralar suyun xaricində müəyyən bir müddət vaxt keçirmək zəruriliyini necə olur ki, göz önünə ala bilir? 4. Balıqlar eyni anda, saniyəbəsaniyə bir-birləriylə uyğunlaşaraq və son dərəcə güclü sıçrayışlarını necə reallaşdırırlar? 5. Splaş tetraların sıçrayışını iki insanın bənzər bir sıçrama hərəkəti ilə müqayisə etsək, suyun içindən eyni anda çıxa bilmələri üçün mütləq bir işarə almaqları lazımdır. Bu işarə ya xaricdən bir xəbərdarlıq səsi və ya birlikdə təyin olunmuş bir müddətin sayılması (məsələn, üçə qədər saymaq kimi) ola bilər. Bu qarşılıqlı müqavilənin ardından, ikili bərabər miqdarda güc tətbiq edərək məqsədinə çata bilər. O halda qarşılıqlı əlaqə, ünsiyyət, qərar vermə, birlikdə bacarmaq əzmi tələb edən belə bir davranışı iki balıq necə reallaşdırmaqda, beləcə suyun içərisindən eyni anda çıxmağı necə bacarmaqdadırlar? Bu sualların cavablarına keçmədən əvvəl splaş tetraların təəccübləndirici xüsusiyyətini izah etməkdə fayda vardır. Erkək Splaş Tetra Balalarını Böyük Bir Fədakarlıqla Qoruyar Yumurtaların döllənməsi tamamlandıqdan sonra dişi balıq mühitdən ayrılır. Ancaq erkək splaş tetra yumurtaların olduğu yarpağın altında düz üç gün qalır və hər 10-15 dəqiqədə bir yumurtaların üstünəquyruğu ilə su sıçradır. Bu üç günün sonunda bala balıqlar yumurtadan çıxaraq dərhal suya düşürlər. Erkək splaş tetra üç gün boyunca 15 dəqiqədə bir quyruğu ilə yumurtaları islatmasa nə olardı? Əlbəttə ki, yumurtaların hamısı günəşdə quruyar və balalar ölərdi. Ancaq belə bir şey olmaz və splaş tetra balıqları, erkək balıqların bu fədakarlığı ilə növlərini davam etdirərlər. Kiçik bir balığa fədakarlıq, səbir, çalışqanlıq, əzm kimi xüsusiyyətləri ilham edən Uca Allahdır. Bu balıq növündə olduğu kimi digər bütün canlılarda da görülən və təkamülçü elm adamlarının şərh verə bilmədikləri bu cür xüsusiyyətlər, Allahın sənətinin, gücünün, elminin, rəhmətinin və mərhəmətinin bənzərsizliyini açıqca göz önünə çıxarır. Rəbbimiz olan Allah canlı-cansız bütün varlıqlar üzərində müxtəlif sifətləri ilə təcəlli etməkdədir. Splaş Tetra Balıqları Darvinistlərin İnstinkt İddialarını Etibarsız Edər Təkamülçülər, canlılardakı bu cür həyat tərzini, ya da fədakar davranışların, canlıların içlərindən gələn bir impulsla meydana gəldiyini iddia edərlər. Ancaq bu impulsun necə bir şey olduğunu özləri də açıqlaya bilməzlər. Darvinistlər əslində canlıların davranışlarına böyük bir "gücün" təsir etdiyi gerçəyini qəbul edərlər, canlılar arasındakı fədakarlığın, əmək bölgüsünün və mükəmməl təşkilatın qaynağını bir gücün istiqamətləndirməsinə bağlayarlar. Ancaq bu gücə yalnız "instinkt" adını verib mövzunu bağlayarlar. İnstinkt dedikləri gücün gerçək sahibini də, "ana təbiət " adını verdikləri, heç bir həqiqi mənası olmayan bir deyimlə açıqlayarlar (Allahı tənzih edirik). Halbuki " ana təbiət " dedikləri, daşdan, torpaqdan, yağışdan ibarət olan maddələr bütünündən başqa bir şey deyil. Darvinistlər instinkt iddiaları ilə öz oyunlarına özləri düşməkdədirlər. İnstinktlərin, təkamül nəzəriyyəsinin bütünlüklə yıxacaq bir gerçəyi ortaya qoyduğunu ilk olaraq ifadə edən ad isə çaşdırıcıdır. Çünki bu adam, nəzəriyyənin qurucusu Çarlz Darvindir. Darvin kitabında bu mövzuda bunları yazmışdır:
"İnstinktlər Təbii Seçməklə qazanıla bilər və dəyişikliyə uğraya bilərmi? Arını böyük riyaziyyatçıların kəşflərini çox əvvəldən tətbiq etdiyi pətək gözlərini etməyə yönəldən instinkt üçün nə deyəcəyik?" (Çarlz Darvin, Növlərin Mənşəyi, Qürur Nəşrləri , Beşinci Nəşr, Ankara 1996, s. 186) "İnstinktlərin bir çoxu elə çaşdırıcıdır ki, onların inkişafı oxucuya bəlkə nəzəriyyəmi tamamilə yıxmağa yetər gücdə görünəcək" (Növlərin Mənşəyi , s. 273) Təkamül nəzəriyyəsinin açıqlamasından biri olan instinkt problemi, Darvindən bu yana davam etməkdədir. Canlılardakı heyranlıq yaradan davranışları "instinkt" olaraq xarakterizə edib buraxmaqla heç bir şey açıqlana bilməməkdədir. Darvinistlərin etmələri lazım olan şey, instinktin qaynağını anlamağa çalışmaqdır. Bu edildiyində görüləcək ki, əgər bir canlıda instinkt varsa, ona nələr etməsi lazım olduğunu göstərən, ilham edən bir güc var deməkdir və açıqdır ki, bu güc, kainatın tək sahibi və hakimi olan Allahdır. Təkamülçü elm adamlarının instinkt olaraq xarakterizə etməyə çalışdıqları davranışlar, Allahın canlılara ilhamıdır. Unudulmamalıdır ki, bir insan gözünü çevirib baxdığı hər yerdə böyük güc sahibi Rəbbimiz olan Allahın varlığının dəlillərini görə bilər. Allah sonsuz ağlını, mərhəmətini bütün canlıların üzərində təcəlli etdirməkdədir. Allah, heyvanlarda insanlar üçün ibrətlər olduğunu Quranda belə bildirməkdədir;
"Sizin üçün heyvanlarda da əlbəttə ibrətlər vardır…" (Nəhl Surəsi, 66) Həqiqətən heyvanlarda da sizin üçün bir dərs (ibrət) vardır... (Mu'minun Surəsi, 21) Fizika Qanunlarını Bilən və Buna Görə Hərəkət edən Bir Balıq İşıq, bir mühitdən fərqli bir mühitə keçərkən qırılar. Bu da su altındakı fikirdə bəzi dəyişikliklərə səbəb olar. Suyun içindəki cisimlərdən əks olunan şüalar, gözə çatdıqları zaman qırılar. Bu səbəbdən cisimlər, quruda olduğundan fərqli yerdə qəbul edilərlər. Bundan başqa, fərqli qəbul etməyə səbəb olan faktorlardan biri də su içərisindəki hərəkət, yəni kompleks axıntılardır. Normalda splaş tetra balığının suyun xaricindəki bir yarpağa atılmaq istədiyində, hər dəfə işığın qırılmasından ötəri yarpağın yerini səhv təyin etməsi və hədəfinə çata bilməməsi lazım idi. Ancaq vəziyyət əsla bu şəkildə reallaşmaz. Splaş tetra heç vaxt hədəfini səhv salmaz. Su xaricindəki bir cismin yerini doğru təyin edə bilmək üçün edilməsi lazım olan, işığın suda tam olaraq neçə dərəcəlik bucaq ilə qırıldığını bilməkdir. Splaş tetra balığının suyun altında ikən çöldəki cismin yerini mükəmməl bir bucaq hesablaması edərək doğru təxmin etməsi təbii ki, fövqəladə bir vəziyyətdir. Bu balıq, işığın qırılma bucağının hesablamasını bilmir. Nələr edəcəyini bu canlıya ilham edən hər şeyi yoxdan var edən Uca Allahdır. Splaş tetra balığında olduğu kimi, Allah bir çox canlıya fədakarlıq, əzm, səbir kimi duyğuların nəticəsində reallaşa biləcək davranışlar ilham etməkdədir. Balalarını çətinlik mühitlərində əsla tərk etməyən, onların qorunmaları üçün özlərini fəda edə bilən bir çox canlı var. Çətinliyə, zəhmətə, bəzən həddindən artıq soyuğa, bəzən aclığa baxmayaraq, əsla balalarını tərk etməyən bu canlılarda insanlar üçün əhəmiyyətli bir nümunə vardır. |
0 yorum:
Yorum Gönder