Hz.Mehdi, axır zamanda göndəriləcəyi Peyğəmbər Əfəndimiz (s) tərəfindən müjdələnmiş, müsəlmanları zülm və çətinlik mühitindən qurtaracaq, yer üzündəki fitnələri ortadan qaldıracaq, bütün dünyaya barış, ədalət, bolluq, dinclik, xoşbəxtlik və rifah gətirəcək müqəddəs bir şəxsdir.
Peyğəmbərimizdən (s) köçürülən səhih rəvayətlərə görə Hz.Mehdi, müxtəlif xurafatlarla, batil inanc və tətbiqlərlə əslindən uzaqlaşdırılmış olan dini özünə çevirəcək, Hz.İsa ilə görüşəcək, Allahın icazəsiylə yeganə haqq din olan İslam əxlaqının yer üzünə hakim olmasına vəsilə olacaq.
Bu xəbər iman edənlərin şövq və həyəcanını artıran çox böyük bir müjdədir. Peyğəmbər Əfəndimizin (s) hədisləriylə birlikdə, İslam alimləri də, yaşadıqları dövrlərdən günümüzə qədər çatmış əl yazmalarıyla, o zamandan bu günə, bu böyük müjdənin şövq və həyəcanını daşımışlar, inananlar üçün bu mövzunun canlı tutulmasına və təqibinə vəsilə olmuşlar. İçində olduğumuz bu dövrdə ortaya çıxan əlamətlər bizə, Hz. Mehdinin çıxışının yaxın olduğunu göstərməkdədir.
0 yorum:
Yorum Gönder