DARVİNİSTLƏR BEYNİMIZDƏ YARANAN DÜNYANIN VARLIĞINI NARAHATLIQLA QARŞILAYIRLAR

Darvinistləri dəhşətə gətirən "beynimizdəki dünya" anlayışı budur:
 
Gözə dəyən foton, gözdən beynə gedən isə elektrik siqnalıdır. Elektrik siqnalı gözdən yola çıxaraq beynin görmə mərkəzi deyilən mərcimək böyüklüyündəki bir sahəyə çatır. Və mərcimək böyüklüyündəki bu sahədə bir görünüş meydana gəlir. Burada yaranan görünüşü də izləyən bir göz vardır. Əsas mükəmməl olan “o” gözdür. O göz, özünə gələn elektriki görür. Həm də mükəmməl bir dərinliklə, canlı, hərəkətli üç ölçülü, rəngarəng və qüsursuz olur. Halbuki ora qapqaranlıqdır. Elektrik siqnalının irəlilədiyi yer də, beynin görmə mərkəzi də, beynin içi də zülmət qaranlıqdır. Amma oradakı göz, ən yüksək texnologiyayla çıxarılmış, heç bir televiziyanın görə bilmədiyi bir dəqiqlik və mükəmməlliklə, büllur kimi canlı bir görünüş görür. Və bu gördüyü görünüşləri şərh edərək hiss edir, kədərlənir, sevinir, sevir, bəyənir, analiz edir, xatırlayır və nəticə çıxarır.
 
Burada bir möcüzə var
 
Görməyi bilməyən atomlar, təsadüflərin təsiriylə şüursuzca birləşərək dünyanın ən mükəmməl kamerasından daha keyfiyyətli görünüş təmin edən, ən inkişaf etmiş üç ölçülü kino və televiziyadan daha dəqiq və tam rəngli görünüşü beyində meydana gətirən görmə sistemi edə bilməz.
 
Eşitməyi bilməyən şüursuz atomlar, ən inkişaf etmiş musiqi sistemindən daha mükəmməl olan, daha dəqiq və çox ölçülü, gerçəyindən ayırd edilə bilməyən səsləri beynin içində meydana gətirən eşitmə sistemini, təsadüflər nəticəsində meydana gətirə bilməz.
 
İyləməyi bilməyən atomlar, ətirin, gülün qoxusunu hiss edən qoxu hiss etmə sistemini təsadüflərin təsiri ilə meydana gətirə bilməz. İstini, soyuğu, sərtlik duyğusunu bilməyən şüursuz atomlar təsadüflər nəticəsində hiss etmə gücünə sahib ola bilməz.
 
Çöldəki hərəkətli, rəngli və üç ölçülü dünyanı beynimizdə izləyən, bütün bunları görən göz ruhumuzdur. Ruh, tamamilə metafizikadır, heç bir maddi anlayışla açıqlana bilməz. Məhz bu səbəblərdir ki ruh, hər şeyin varlığını maddə ilə şərhə çalışan materialistlər, ateistlər və Darvinistlər üçün bir çaxnaşma səbəbidir. Uca Allahın insana bəxş etdiyi ruh, Darvinizmi və Darvinistlərin müdafiə etdiyi hər cür fikir sistemini təməlindən çökdürüb yox edər. Bax bu səbəblərdir ki, bütün Darvinistlər proqramda da görüldüyü kimi, bu mövzuları qarşılıqlı danışmaqdan qaçır, mövzunu tez bir zamanda bağlamağa çalışarlar. Həlli qaçmaqda tapmaları gözlənilən bir şeydir. Çünki beynimizin içində görən gözün mükəmməlliyi və Allahın yaratdığı insan ruhu qarşısında daim məğlub olacaqlar.

0 yorum:

Yorum Gönder