İSLAM ƏXLAQININ XOŞGÖRÜŞÜ (TOLERANTLIĞI), ƏDALƏTİ VƏ MƏRHƏMƏTİ

Hz. Məhəmmədin (səv) vəfatından sonra İslamın yayılması sürətlənmişdi. İslam, bir neçə on il içində bütün Mezopotamiyaya, Şimali Afrikaya yayılmış, qərbdə İspaniyaya, şərqdə isə Hindistana qədər irəliləmişdi.

Bir neçə on il əvvəl Ərəbistan çöllərində heyvandarlıqla məşğul olan ərəblər, İslamın onlara qazandırdığı ağıl, mədəniyyət və şüurla böyük imperiyanın idarəçilərinə çevrilmişdilər. Bu, tarixdə misli görülməmiş yüksəliş idi. 100 il ərzində İslam İmperiyası çox böyük əraziyə yayılmış və çox güclü administrasiyaya sahib olmuşdu.
Bu geniş ərazilərdə xristian və yəhudilər əsas olmaqla, bir çox fərqli dini icma yaşayırdı. Müsəlmanlar fəth etdikləri torpaqlardakı bütün fərqli inanc sistemlərinə böyük hörmətlə yanaşdılar. Rəbbimizin, "Dində məcburiyyət yoxdur..." (Bəqərə Surəsi, 256) hökmünə əsasən heç kim dininin dəyişdirilməsi üçün məcbur edilmədi, hər kəsin vicdan azadlığına hörmət edildi. Kilsələr və sinaqoqlar həssaslıqla qorunurdu. Zorla din dəyişdirmənin geniş yayıldığı dövrdə müsəlmanların bu tolerantlığının bənzəri yox idi.

İslami xoşgörüşün (tolerantlığın) ən bariz nümunələrindən biri, Qüdsün fəthində baş vermişdi. Şəhərdəki Müqəddəs Məzar Kilsəsinin patriarxı müsəlmanların kilsəni dağıdacağından qorxurdu. Hz. Ömər, kilsəni ziyarət edən zaman heç bir narahatlığa ehtiyac olmadığını söylədi. Namaz vaxtı gələndə isə patriarxdan icazə istəyərək kilsədən çıxıb bir az kənarda namazını qıldı. Əl-Aksa Məscidi, Hz. Ömərin Qüdsdəki ilk namazını qıldığı bu məkanda tikilmişdir. Bundan əlavə müsəlmanlar Qüdsə dünyanın ən görkəmli arxitektura əsərlərindən birini bəxş etdilər. Qubbət-üs Səhra, Hz. Məhəmmədin (səv) meraca yüksəldiyi məkan olaraq hesab edilən böyük daşın üzərinə inşaa edilmişdir.

Bənzərsiz motivləri və qızıl qübbəsiylə Qubbət-üs Səhra İslamın sənət və mədəniyyət anlayışının da ifadəsidir.

Bu xoşgörüş mühitində müsəlman olmayanlara müşahidə etdiləri səhvləri ifadə etmək üçün demokratik tənqid haqqı da verilirdi. Əməvi Xəlifələri dövründə bir çox xristian Şamda dövlət idarəsində mühüm mövqelərdə vəzifəyə sahib olmuş, inanclarını istədikləri kimi yerinə yetirmiş və bəziləri səhvləri tənqid edən əsərlər qələmə almışdılar.

Bu dövlərdə Avropaya isə qatı fanatizm və barbarlıq sistemi hakim idi. Katolik Kilsəsi yəhudilərə və hətta fərqli məzhəblərdəki xristianlara böyük təzyiqlər göstərirdi. Məcburi şəkildə din dəyişdirmə, din adı altında işgəncə və qırğınlar törətmək Qərb dünyasının ənənəvi üsulları idi. Müsəlmanlar isə Allahın Quranda əmr etdiyi kimi Kitab Əhlinə qarşı həmişə mülayim və mərhəmətli davranırdılar. Suriyanın Şam şəhərindəki Müqəddəs Con Kilsəsi bu xoşgörüşün bir nümunəsi idi. Ərazini fəth edən müsəlmanlar cümə namazlarını bu kilsədə qılmağa başlasalar da, kilsə hələ də xristianlara aid sayılırdı. Onlar da bazar günləri öz dini ibadətlərini azad şəkildə yerinə yetirirdilər. Hər iki dinin mənsubları eyni məbədi barış içində istifadə edirdilər.

Müsəlmanların şəhərdəki sayı artdıqca İslam rəhbərliyi şəhərdəki xristianlardan onların razılığı ilə kilsəni aldılar. Kilsənin yanında məscid inşaa edildi və həyətdəki dekorasiyalar İslami motivlərlə zənginləşdirildi. Bizansdan miras qalan sütunların üzərinə İslam sənətinin ilk cəlbedici nümunələri yerləşdirildi.

Müsəlmanların yəhudi və xristianlara olan xoş münasibəti İslam tarixi boyunca davam etdi. İspaniyadakı İnkvizisiyanın vəhşiliyindən qaçan yəhudilər təhlükəsizlik və xoşgörüşü Osmanlı torpaqlarında tapdılar. Müsəlmanların yəhudi və xristianlara qarşı göstərdiyi xoşgörüşün mənbəyi isə Quran əxlaqı idi. Allah Quranda müsəlmanlara Kitab Əhlinə, yəni yəhudi və xristianlara qarşı yaxşılıq etmələrini əmr etmişdi:


Kitab əhlinin zülm edənləri istisna olmaqla, onlarla ən gözəl tərzdə mücadilə edin! Və belə deyin: "Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!" (Ənkəbut Surəsi, 46)


Müsəlmanlar və Elm

İslam əxlaqının insanlığa yönəltdiyi işıqlardan biri də elmi düşüncə oldu.

İslamdan əvvəl ərəblər və digər Yaxın Şərq cəmiyyətləri kainatın və təbiətin necə var olması və hərəkəti barədə heç maraqlanmırdılar. Bu suallar üzərində düşünməyi, bunların cavablarını araşdırmağı ilk dəfə Qurandan öyrəndilər. Allah Quranda inananlara, göylərin və yerin necə var olduğunu araşdırmalarını əmr etmişdir:


O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): "Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru! (Ali- İmran Surəsi, 191)

Bu şüur İslam mədəniyyətində böyük elmi yüksəliş başlatdı. Dünya tarixində əvvəllər rast gəlinməyən elmi inkişaf idi. İslamın elmi yüksəlişinin mərkəzi İslam imperiyasının paytaxtı olan Bağdad oldu. İslam dünyasının dörd bir tərəfindən gələn elm adamları, mütəfəkkirlər, tədqiqatçılar, Bağdadın məşhur Hikmət Evində görüşür və Allahın yaratdığı kainatın sirlərini açmaq üçün tədqiqatlar aparırdılar.

Müsəlman elm adamlarının Quran əxlaqına riayət edərək əldə etdikləri bu şüur dünyanın o dövrə qədər mövcud olmuş ən böyük elmi nəaliyyətlərini meydana gətirdi. Həmçinin Quranda müsəlmanlara təlqin edilən açıq fikirli olmaq müsəlmanların digər mədəniyyətlərin elmi təcrübələrini önmühakiməsiz (önyarqısız) şəkildə araşdırmalarına və inkişaf etdirmələrinə səbəb oldu. Müsəlmanların elmi əsərləri, elmi mövzularda aparılmış çoxsaylı araşdırma, müşahidə, təcrübə və hesabla dolu idi.

Bu gün dünyada istifadə edilən onluq say sistemini və rəqəmləri quranlar müsəlman riyaziyyatçıları idi. Cəbr və triqonometriya müsəlman riyaziyyatçılarının kəşfi idi. Müsəlman elm adamları astronomik müşahidələrə böyük əhəmiyyət verirdilər. Müasir astronomiya onların metodlarına söykənərək qurulmuşdur. Müsəlman alimlər Ayın Dünya ətrafındakı hərəkətini də hesablamış və riyazi düsturlarla göstərmişdilər. İslam dünyasının müxtəlif bölgələrindəki görkəmli arxitektura əsərləri bu elmi infrastruktur sayəsində qurulmuşdu.

Müsəlmanların ən mühüm kəşflərindən bəziləri isə tibb sahəsində idi. O dövrdə avropalılar xəstəlikləri pis ruhların lənəti olaraq görürdülər. Müalicə anlayışı Avropanın zehinində yox idi. Müsəlman elm adamları isə araşdırmaların nəticəsində xəstəliklərin gözlə görülməyən kiçik canlılardan yoluxduğunu təsbit etdilər. Bunun nəticəsində də xəstələrin sağlam insanlardan təcrid edilərək müalicə edilməsinin vacibliyini başa düşmüşdülər. Beləliklə, dünyanın ilk müasir xəstəxanaları qurulmuşdu. Müsəlman xəstəxanalarında fərqli tipdəki xəstələr üçün ayrılmış xüsusi hissələr və elmi müalicə üsulları var idi. Hətta ruhi xəstəliklər musiqinin köməyi ilə müalicə edilirdi. Həmin dövrlərdə Avropada isə ruhi xəstələr şeytanın xidmətçisi kimi qəbul edilib diri-diri oda atılırdı. Müsəlman həkimlərin insan anatomiyası üzərindəki işləri o qədər dəqiq idi ki, düz 6 əsr ərzində Avropanın tibb fakültələrində əsas mənbə olaraq istifadə edilmişdi.

Məşhur İngilis tədqiqatçısı Terry Johns tərəfindən BBC televiziyası üçün hazırlanan və İslam dünyasını tədqiq edən sənədli filmdə İslamın bu yüksək elmi səviyyəsindən belə danışılır:


“Harran şəhərindən olan İslami mütəfəkkirlərdən biri Dünya ilə Ay arasındakı məsafəni dəqiq ölçmüşdü. Bir başqa Müsəlman alim isə əgər atom parçalanarsa, Bağdad böyüklüyündə bir şəhəri yox edə biləcək qədər güc ortaya çıxacağını yazmışdı. Harvey’dən əsrlər əvvəl, 1154-cü ildə Şamda tikilən tibb fakültəsində həkimlər tərəfindən tələbələrə anatomiya, qoruyucu dərmanlar, gigiyenik əməliyyatlar və qan dövriyyəsi sistemi öyrədilirdi.

Avropalılardan əsrlər əvvəl qan dövranını bilən müsəlman həkimlər xəstələrin nəbzlərini sayaraq müayinə edirdilər. Doğuşlar dövrün ən gigiyenik üsullarıyla reallaşdırılırdı. Müsəlman cərrahların istifadə etdiyi və o dövrün tibb kitablarında göstərilən əməliyyat vasitələri kifayət qədər inkişaf etmiş tibb bilgisinin dəlilləri idi.

İslam dünyasının elmi məktəblərində kişilər kimi qadınlar da təhsil alır, elmin inkişafında onlar da iştirak edirdilər.

Müsəlman elm adamları işığın quruluşu və optika mövzusunda da çox böyük nəaliyyətlərə imza atmışdılar. Gözün quruluşunu təfərrüatlı şəkildə izah edən ilk  müsəlman optikçi İbn əl-Heytem idi. İbn əl-Heytəmin linzalar barəsində apardığı uğurlu araşdırmalar kameranın meydana gəlməsinə səbəb olmuşdu. Görmə qüsurlarının səbəbini kəşf edən müsəlman həkimlər avropalılardan düz 1000 il əvvəl müvəffəqiyyətli katarakta əməliyyatları aparırdılar.

İslamın böyük elmi mirası Avropanın 15-ci əsrdə başlayacaq olan elmi yüksəlişinin də ən əhəmiyyətli qaynağı oldu. Xristian elm adamları, müsəlmanlardan öyrəndikləri məlumatlar və üsullarla Avropa elmini qurdular.

İslamın işığı onları da aydınlatdı.

0 yorum:

Yorum Gönder