Ay ərzində 10 milyondan çox müstəqil oxuyucusu olan və Washington Post şirkətinin internet jurnalı kimi yayımlanan “Slate Magazine” 21 Oktyabr 2009-cu il tarixli sayında Hörmətli Adnan Oktar ilə apardığı müsahibəsini dərc etmişdir. Steve Paulsonın İstanbulda aldığı müsahibədən təəssüratlarından bəhs edən xəbər “HARUN YƏHYA İLƏ TANIŞ OLUN: MÜSƏLMAN DÜNYASINDAKI LİDER YARADILIŞÇIDIR” başlığı ilə dərc edildi. Xəbərdə Hörmətli Adnan Oktardan “İSLAMIN QABAQCIL YARADILIŞÇISI” kimi bəhs edilmiş, yazıçının baş əsəri “görünüşcə insanı təəccübləndirən 6.5 kq ağırlığında, 800 səhifəlik Yaradılış Atlası” ifadəsilə təqdim olunmuşdur. Xəbərdə diqqəti çəkən sətirlərdən bir neçəsi belədir: 
... Müsəlman dünyasında kitablar, məqalələr, videolar və internet saytları vasitəsilə əsərlərini yayır... Oktarın gündəliyində olan məsələlər sadəcə təkamüllə məhdudlaşmır. İnsanları “TÜRK İSLAM BİRLİYİ”nə çağırır. və bu super Türk dövləti Qazaxıstandan İndoneziyaya və Qərbi Afrikaya qədər uzanaraq dövrümüzün Müsəlmanları üçün Osmanlı İmperatorluğunu əvəz edəcək... Neçə təkamülçü bioloqun səhv düşündüyünü soruşduqda belə cavab verdi: “Masonların rolu haqqında danışmalıyıq, çünki MASONLAR ELMİ DİKTATORLUQ YOLU İLƏ DÜNYANI YÖNƏLDİRLƏR”. Elm adamlarının bunu eşitdikdə təəccüblənəcəklərini söylədikdə açıqladı ki, bunun səbəbi Masonların “əsas xüsusiyyəti olan gizli hərəkət etmələri və buna görə də gözə çarpmamalarıdır”.
... Özünə çox sayda sui-qəsd palanları hazırlandığından söz açdı. Nə üçün bu cür şeylərin hədəfi idi? “Çünki mən Darvinizm, kommunizm və digər terrorist təşkilatlara qarşı mübarizə aparıram.” Deməli, Darvinistlər terroristdirlər? “Onların fəaliyyətləri bütün dünyada terrorizmə xidmət edən “Şeytani bir plandır” və “bataqlıq və ya su çuxurlarına yığılan milçəklər kimidirlər.” Çox sayda faşist və kommunist lider açıq şəkildə Darvinizm təlimlərindən və ideallarından təsirləndiklərini bildirmişlər.” (Bu doğrudur, Oktarın həm güclü düşmənləri, həm də güclü dostları var.)
... Yaradılış Atlasının dərc edilməsilə birlikdə Oktar “Darvinizmin tarixdə ilk dəfə çıxılmaz vəziyyətə düşdüyünü” irəli sürdü. Daha sonra əsas Avropa qəzet və jurnallarından məqalələrin yerləşdiyi bir sənədi çıxardı və bunlardan bir qismini oxumağa başladı: “Liberation” “MÜDHİŞ TƏŞVİŞ ƏMƏLƏ GƏTİRƏN KİTAB”dan bəhs etmişdi, “Stern” kitabı “GÖY GURULTUSU”na bənzətmişdi, “La Stampa” isə “ƏLVİDA, DARVİN” başlığı qoymuşdu. Oktarın fikrincə verilən dərs açıq idi; AVROPALILARIN ÇOXU DARVİNİZMƏ OLAN İNAMLARINI İTİRMİŞDİLƏR... Yəhya hal-hazırda bütün diqqəti öz üzərinə çəkmişdir və sadəcə Türkiyədə deyil, bütün dünyadakı Müsəlman cəmiyyətlərin hamısında... |
0 yorum:
Yorum Gönder