ALLAHI SEVƏN PEYĞƏMBƏRLƏRİ VƏ MÖMİNLƏRİ DƏ SEVƏR

İman edənlər, Allaha olan güclü sevgiləri və səmimi bağlılıqları səbəbiylə, Allahın yaratdığı varlıqları da çox sevər, bunların hər birində Allahın sifətlərinin təcəllilərini görərlər. Quranın "Sizin haminiz ancaq Allah, Onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, namaz qılır və rukuda olduqları halda zəkat verirlər" (Maidə Surəsi, 55) ayəsiylə bildirildiyi kimi, iman edənlər, Allahın insanlara doğru yolu göstərmələri üçün göndərdiyi peyğəmbərlərə və saleh möminlərə qarşı da dərin bir sevgi bəsləyərlər. Peyğəmbərlər, Allahın bütün insanlar üçün nümunə etdiyi, dərin bir imana sahib olan, üstün əxlaqlı kəslərdir. Allahın "Həqiqətən, Allahın Rəsulu Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir!" (Əl-Əhzab Surəsi, 21) ayəsiylə xəbər verdiyi kimi, Peyğəmbərimiz Hz. Məhəmmədin həyatında və əxlaqında iman edənlər üçün gözəl nümunələr və hikmətlər vardır. Peyğəmbərimizin (s) Allaha olan dərin bağlılığı, təqvası, səbri, müşfiqliyi, ağılı, cəsarəti, təmizliyi, mərhəməti, sədaqəti, şövqü və daha bir çox gözəl xüsusiyyəti, bütün Müsəlmanlara nümunə olmuşdur. Allahın bütün elçiləri və peyğəmbərləri, Allah Qatında seçilmiş, Rəbbimizin razılığını qazanmış üstün əxlaqlı insanlardır. Allah, Quranda peyğəmbərlərin gözəl əxlaqlarına dair nümunələr vermiş və onlardan təriflə danışmışdır. Peyğəmbərimiz Hz. Məhəmməd, Hz. Musa, Hz. İsa, Hz. İbrahim, Hz. Harun, Hz. Yəhya, Hz. Yusif, Hz. Yunus, Hz. Yaqub, Hz. İsmayıl, Hz. Süleyman, Hz. Davud və digər bütün peyğəmbərlər və elçilər, Allaha olan səmimi imanları, hörmət dolu qorxuları, təqvaları və gözəl əxlaqlarıyla insanlara nümunə olmuşlar. Quranı rəhbər edərək elçiləri bu üstün xüsusiyyətləriylə tanıyan bütün möminlər, onların əxlaqına çata bilmək, onlar kimi Allahın dostluğunu qazana bilmək və cənnətdə onlarla birlikdə ola bilmək üçün xeyr işlərdə yarışar və ciddi bir səy göstərərlər. Möminlərin peyğəmbərlərə qarşı duyduqları bu dərin sevgi, onların sevgi anlayışlarını da ortaya qoymaqdadır. İman edənlərin bir başqasına duyduğu sevgi, tamamilə o adamın imanından, gözəl əxlaqından və təqvasından qaynaqlanmaqdadır. Bir insanın bu xüsusiyyətlərini bilmək, o adamla heç görüşülməsə də, ona qarşı dərin və coşğulu bir sevgi duyulmasına səbəb olar.

İman edənlər heç görməmiş, tanış olmamış və yanlarında olmamış olsalar da, Allahın elçilərinə qarşı belə dərin bir sevgi, hörmət və bağlılıq hissi duyarlar. Allahın, onları bütün inananlara bir rəhmət olaraq göndərmiş və bir çox Quran ayəsində onlardan sevgi və təriflə bəhs etmiş olması, iman edənlərin elçilərə olan sevgilərinin coşğusunu daha da artırar. İman edənlər, peyğəmbərlərdən və elçilərdən hər vaxt hörmət, sevgi və təriflə bəhs edər, onları daim özlərindən qabaqda və üstün görərlər. Hər fürsətdə, onların Allaha olan təslim olmaqlarını, yaxınlıqlarını, sevgilərini, gözəl əxlaq xüsusiyyətlərini bütün insanlara izah edər və onları da elçilərin yoluna uyğun gəlməyə çağırarlar.

“Allah möminlərə lütf etdi. Çünki onların öz içərisindən özlərinə ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı və hikməti öyrədən bir peyğəmbər göndərdi”. (Ali-İmran Surəsi, 164)

Allah Quranda iman edənlərin elçilərə olan bu sevgilərinə diqqət çəkmiş və peyğəmbərlərin, möminlər üçün, öz nəfslərindən daha qabaqda olduğunu bildirmişdir:

“Peyğəmbər möminlərə onların özlərindən daha yaxındır”. (Əl-Əhzab Surəsi, 6)

Allah Quranın bir çox ayəsində peyğəmbərlərin gözəl əxlaqına və üstün xüsusiyyətlərinə yer vermişdir. Peyğəmbərlərin sevgi və tərif ilə salamlanıldığı bu ayələrdən bəziləri belədir:

“Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. “İbrahimə salam olsun!” Həqiqətən, Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq” Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdən idi! Ona salehlərdən olan İshaqın peyğəmbər olacağı ilə müjdə verdik. Biz ona və İshaqa bərəkət verdik. Onların hər ikisinin nəslindən yaxşı işlər görən də var, açıq-aşkar özünə zülm edən də!” (Əs-Saffat Surəsi, 108-113)

“Sonradan gələnlər içərisində onların hər ikisi üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. “Musaya və Haruna salam olsun!”. Həqiqətən, Biz, yaxşı əməl sahiblərini belə mükafatlandırırıq! Şübhəsiz ki, onların hər ikisi Bizim mömin bəndələrimizdən idi”. (Əs-Saffat Surəsi, 119-122)

“Həqiqətən, İlyas da peyğəmbərlərdəndi. Sonradan gələnlər arasında onun üçün (yaxşı ad, gözəl xatirə) qoyduq. “İlyasinə salam olsun!” Həqiqətən, Biz, yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Şübhəsiz ki, o, Bizim mömin bəndələrimizdən idi”. (Əs-Saffat Surəsi, 123, 129-132)
“Biz İshaqı və Yəqubu Ona əta etdik. Onların hər birini hidayətə çatdırdıq. Bundan əvvəl Nuhu və onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da hidayətə qovuşdurmuşduq. Biz, yaxşı iş görənləri belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı, İlyası da (hidayətə çatdırdıq). Onların hamısı əməlisalehlərdən idi. Biz, həmçinin İsmayılı, Əlyəsə`i, Yunisi və Lutu da və onların aləmlərdən üstün tutduq. Biz onların atalarından, nəsillərindən və qardaşlarından da onları seçdik və düz yola yönəltdik”. (Əl-Ən'am Surəsi, 84-87)

“Allah onlardan, onlar da Allahdan razıdırlar. Onlar Allahın firqəsidirlər”. (Əl-Mücadələ Surəsi, 22)

Allah Quranda peyğəmbərlərimizi belə salamlamaqdadır:

“Peyğəmbərlərə salam olsun! Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” (Əs-Saffat Surəsi, 181-182)

Peyğəmbərlər, Allahın ən sevimli, Özünə ən yaxın dost etdiyi, ən saleh möminlərdəndir. Allahın ən sevdikləri, möminlərin də ən sevdikləridir. Bu səbəbdən möminlər də peyğəmbərlərimizə olan sevgilərini, onları Allahın Quranda salamladığı kimi, sevgiylə tərifləyərək və xatırlayaraq göstərməli, onların yoluna və əxlaqlarına tam uyğun gəlmək üçün çalışmalıdırlar.
“Ey insanlar! Peyğəmbər Rəbbinizdən sizə haqqı gətirdi. (Ona) iman gətirin! Bu, sizin üçün xeyirli olar”. (Ən-Nisa Surəsi, 170)

“İman gətirib yaxşı işlər görənləri zülmətdən nura çıxartmaq üçün Allahın açıq-aşkar ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir”. (Ət-Talaq Surəsi, 11)
Allahı sevən, Allahın dostu olan möminləri də sevər

Allahın sevdikləri, möminlərin də sevdiyidir, Allaha dost olan, möminlərə də dostdur, Allah kimdən razıdırsa, möminlər də ondan razıdır, Allahı sevən, Allahın sevdiyi qullarını da sevər. Allah yolunda olan saleh möminlər, Allahın ən sevdiyi qullarındandırlar. Bu səbəblə möminlər bir-birlərini çox sevərlər və bir-birlərinə çox düşkündürlər. Quranın bir çox ayəsində möminlərin bir-birlərinə olan sevgilərindən, bağlılıqlarından, mərhəmətlərindən və düşkünlüklərindən bəhs edilməkdədir. Bu ayələrdən bəziləri belədir:

“Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bər-bəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!” (Ər-Kəhf Surəsi, 28)

“Şübhəsiz ki, Allah Öz yolunda möhkəm divar kimi səf çəkib döyüşənləri sevər!” (Əs-Saff Surəsi, 4)

“Hamılıqla Allahın ipinə möhkəm sarılın və ayrılmayın. Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən, O, sizin qəlblərinizi birləşdirdi və Onun nerməti sayəsində bir-birinizə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən, O, sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırırı ki, haqq yola yönəlmiş olasınız!” (Ali-İmran Surəsi, 103)

“Mömin kişilərlə mömin qadınlar bir-birləriə dostdurlar. Onlar yaxşı işlər görməyi əmr edər, pis işləri yasaq edər, namaz qılıb zəkat verər, Allaha və Peyğəmbərinə itatət edərlər”. (Ət-Tovbə Surəsi, 71)

“İman gətirib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və sığınacaq verib kömək istəyənlər – məhz onlar bir-birinə dostdurlar”. (Əl-Ənfal Surəsi, 72)

0 yorum:

Yorum Gönder