Yukka bitkisinin üzərində böyük yarpaqlardan ibarət xonça forması, onun da mərkəzində krem rəngli çiçəkləri olan bir sap yerləşir. Avizə ağacının xüsusiyyəti tozcuqlarının maili olmasıdır. Buna görə bitkinin erkəkciklərindəki çiçək tozunu ancaq maili ağız quruluşuna malik güvə növü toplaya bilir.
Yukka ağacının güvəsi topladığı çiçək tozlarını bir-birinə sıxıb top formasına salır və bunu başqa yukka ağacının çiçəyinə daşıyır. Əvvəlcə çiçəyin dibinə enir və öz yumurtalarını qoyur. Sonra dişiciyə çıxır və çiçək tozu topunu buraya vuraraq tozcuqları tökdürür. Çünki bir müddət sonra yumurtalardan güvə tırtılları çıxacaq və bu tozcuqları qidalanacaqlar. Ancaq bununla bərabər güvə əvvəlki bitkidən topladığı çiçək tozu topunu yeni bitkinin dişiciyinə vuraraq bitkinin də mayalanmasına kömək edir. Əgər güvələr olmasa, avize ağacları öz-özlərini mayalandıra bilməzlər.
Göründüyü kimi güvənin qidalanması və ağacın mayalanması bir-birlərinə son dərəcə uyğun şəkildə həyata keçir. Bu uyğunluğu yaradan ağacın özü və ya güvə deyil. Bir bitkinin və ya bir həşəratın başqa bir canlının ehtiyaclarından xəbərdar olması və buna görə taktika işlədərək öz ehtiyacını təmin etməsi mümkün deyil. Çünki bu canlılar düşünə bilməz, üsullar tapıb digər canlıya bu üsulları öyrədə bilməz. Canlılar arasında bir çox nümunəsinə rast gəldiyimiz bu qüsursuz ahəngi yaradan Allah'dır. Hər iki canlı onları çox yaxşı tanıyan, birlən, aləmləri Rəbbi olan, hərşeydən xəbərdar olan Allah'ın əsərdir və Allah'ın böyüklüyünü, uca qüdrətini, qüsursuz sənətini insanlara tanıdıb başa salmaq üçün yaradılmışlar.
Yeddi göy, yer və onlarda olanlar Allah'ın təqdis edir. Elə bir şey yoxdur ki, Allah'a tərif deyib Ona şükür etməsin, lakin siz onların təqdisini anlamazsınız. Allah, həqiqətən, həlimdir, bağışlayandır. (İsra surəsi, 44)
0 yorum:
Yorum Gönder