HƏR ÇƏTİNLİKLƏ BƏRABƏR BİR ASANLIQ VARDIR

Allah dünyanı insanları imtahan etmək üçün yaratmışdır. Və imtahanın qaydası olaraq insana bəzən bolluq və gözəllik verərək, bəzən də şiddətli çətinliklərə məruz qoyaraq yoxlayar. Hadisələri Quranda göstərilən həqiqətlərə görə dəyərləndirməyən insanlar, qarşılaşdıqları çətinliklər qarşısında nə edəcəklərini bilməz, bədbinliyə qapılar, ümidsizliyə düşərlər. Halbuki Quranda Allahın bu məsələ ilə bağlı olaraq bildirdiyi və ancaq səmimi bir imana və təslimiyyətə sahib olan bəndələrin görə bildiyi önəmli bir sirr vardır. Bu sirri Allah belə bildirmişdir:


“Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!” (“İnşirah” surəsi, ayə 5 – 6)

Allahın ayələrdə bildirdiyi kimi, yaşanan vəziyyət nə qədər çətin və çıxılmaz kimi görünsə də, Allah möminlər üçün o vəziyyətdən çıxmağı mütləq asanlaşdıracaq, sözügedən çətinliyi yüngülləşdirəcək bir səbəb yaratmışdır. Mömin gözəl bir səbrlə səbr etdiyi və səbrində dözüm göstərdiyi zaman, bütün çətinliklərlə bərabər Allahın həm də rahatlıq verdiyini görəcəkdir.

Necə ki, Allah başqa ayələrində də Ondan qorxub çəkinən bəndələrinə, qullarına yol göstərəcəyini, onları nemətləndirəcəyini belə müjdələmişdir:


“... Kim Allahdan qorxsa, Allah ona bir çıxış yolu əta edər. Və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər...” (“Təlaq” surəsi, ayə 2 – 3)


ALLAH HEÇ KİMƏ GÜCÜ ÇATMAYACAĞINDAN ARTIQ İŞ TAPŞIRMAZ

Allah sonsuz mərhəməti, şəfqəti və ədaləti ilə, yaratdığı hər hadisə də həm bir asanlıq verər, həm də hər insanı gücünə görə sınaqlardan keçirər. Allahın insanlara əmr etdiyi ibadətlər, onları yoxlamaq üçün yaratdığı çətinliklər, insanlara verdiyi məsuliyyətlərin hamısı insanların gücü nisbətindədir. Bu iman edənlər üçün bir müjdə və rahatlıq, Allahın rəhmətinin bir nümunəsidir. Allah bu sirri Quranda belə bildirir:


“Yetimin malına, xeyirxah məqsəd istisna olmaqla, həddi – buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdi yerinə yetirin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd – nəsihət qəbul edəsiniz!” (“Ənam” surəsi, ayə 152)

“İman gətirib yaxşı işlər görənlər isə - Biz heç kəsi qüvvəsi yetdiyindən artıq yükləmərik – Cənnətlikdirlər, onlar orada əbədi qalacaqlar!” (“Əraf” surəsi, ayə 42)

“Biz heç kəsi gücü çatmayan işi görməyə vadar etmərik. Biz də haqqı söyləyən bir kitab vardır. Onlara zülm olunmaz.” (“Mumin” surəsi, ayə 62)

ALLAHIN DİNİNƏ TABE OLMAQ ASAN OLANIDIR

İnsanların böyük bir hissəsi dinin həyatlarını çətinlişdirəcəyini, onlara bir çox ağır məsuliyyətlər yükləyəcəyini zənn edirlər. Bu, şeytanın dindən azdırmaq üçün insanlara verdiyi bir şübhə və böyük bir yanlışlıqdır. Əvvəlki mövzularda da toxunulduğu kimi, din rahatlıqdır. Allah iman gətirən insanlara çətinliklərin ardınca rahatlıq verdiyini bildirir. Bundan başqa, təvəkkül və qədərə iman kimi dinin əsas mövzuları, insanın üstündəki bütün ağırlıqları, çətinlikləri, sıxıntı və kədər verən bütün hadisələri götürər. Allah bir çox ayəsində Ona tabe olanları və dininə yardım edənləri yardımıyla dəstəkləyəcəyini və onları ham dünyada, həm də axirətdə gözəl bir həyatla yaşadacağını vəd edir. Və dindən əsla dönməyən Rəbbimizin bu mövzu haqqındakı sözləri belədir:


“Allahdan qorxub pis əməllərdən çəkinənlərdən: “Rəbbiniz nə nazil etmişdir?” – deyə soruşduqda isə onlar: “Xeyir” – deyə cavab verərlər. Bu dünyada yaxşılıq edənləri gözəl həyat gözləyir. Axirət yurdu isə, sözsüz ki, daha yaxşıdır. Müttəqilərin yurdu necə də gözəldir!” (“Nəhl” surəsi, ayə 30)

Allah, bununla yanaşı, dininə gələnlərə bu rahat olan yolda uğur qazandıracağı sirrini də möminlərə belə müjdələyir:


“Kim (malını Allah yolunda) versə, qorxsa vəən gözəl sözü təsdiq etsə, Biz ona Cənnəti müyəssər edəcəyik!” (“Leyl” surəsi, ayə 5 – 7)

Quranda bildirilən bu sirlərdən anlaşıldığı kimi, Allahın dininə səmimi olaraq üz tutan insan əvvəldən müvəffəq olacağı, dünyada da, axirətdə də qazanc əldə edəcəyi bir yolu seçmişdir. İnkar edənlər üçünsə, tamamilə tərsi olacaq. Onlar da əvvəldən məğlub edilmiş, qəm – qüssə, bədbəxtlik və itki dolu bir dünya və axirət həyatına sahib olarlar. Onlar inkara qərar verdikləri anda həm dünyalarını, həm də axirətlərini itirirlər. Allah, bunu ayələrində belə bildirir:


“Amma kim (malını Allah yolunda xərcləməyə) xəsislik etsə, (mal – dövlətinə güvənib Allaha) möhtac olmadığını sansa vəən gözəl sözü yalan saysa, Biz ona Cəhənnəmi müyəssər edəcəyik.” (“Leyl” surəsi, ayə 8 – 10)

Əlbəttə ki, Allahın dostluğunu, yardımını, dəstəyini qazanmaq bir insan üçün bütün güclərin və yardımların üstündədir. Kim Allahla dostluq edər və Ona təslim olarsa, o insanın dünyada və axirətdə çox böyük bir qazanc və gözəllik içində yaşayacağı, heç bir hadisədən və heç bir insandan zərər görməyəcəyi qəti bir həqiqətdir. Belə isə ağıl və vicdan sahibi hər kəsin, Allahın Quranda bildirdiyi bu sirləri qavrayıb, ağıla uyğun və doğru olanı seçməsi lazımdır. İnkarçıların bu açıq həqiqətləri anlaya bilməmələri isə başqa bir sirdir. Onlar nə qədər zəkalı və ya mədəni olurlarsa – olsunlar, Allah onların ağıllarını almışdır və bu həqiqətləri görmələri əngəllənmişdir.

0 yorum:

Yorum Gönder