Bu dəccali sistem masonluqdur. Masonluq ilə bağlı bütün faktlar və bu an masonların dünya miqyasındakı təsiri hədislərdə və İncildə bildirilən Dəccal təsvirinə tam olaraq uyğun gəlir. Dəccalın hədislərdə bildirilən ən aydın xüsusiyyətlərindən biri tamamilə bir inkarçı olması və Allah'a qarşı mübarizə aparmasına baxmayaraq, Allah'ın adı ilə ortaya çıxması və bəzi insanları bu yolla aldatmasıdır. Belə ki, masonlar da özlərini tanıdarkən “insan sevgisi, anlayış, beynəlmiləl qardaşlıq, ağıl və elm yolu” kimi çox insanın qulağına xoş gələn məfhumlardan istifadə edirlər. Hətta daha da irəli gedərək masonik qəbul rituallarında Müqəddəs Kitablara əl basaraq and içir, özlərini dindar kimi göstərməyə çalışırlar. Əslində isə masonluğun ən əsas xüsusiyyəti dinsiz bir təməl üzərində din əxlaqına tamamilə qarşı olmasıdır.
“Humanizm” olaraq təqdim edilən və masonluğun əsasını təşkil edən fəlsəfə insanların Allah'ı deyil, özlərinə və bir-birlərinə əhəmiyyət vermələrini və sevmələrini nəzərdə tutur. Əlbəttə hər insan Allah'ın bir təcəllisi olaraq dəyərlidir və bu nöqteyi-nəzərdən bütün insanları sevər və dəyər verir, ancaq batil humanist fəlsəfənin insanlıq və sevgi olaraq təlqin etdiyi məfhumun həqiqi sevgi və insaniyyətlə heç bir əlaqəsi yoxdur. Çünki humanizmin təməlində Allah'ın açıq-aydın varlığını inkar vardır, insanları da inkara yönəldir və insanın özünü sözdə “yaradıcı və ilah” olaraq göstərir (Allah'ı tənzik edərik). Türk mason lojalarının 1923-cü ildə nəşr etdiyi “Məşriq-i Əzəm İctimai Protokolu”nda bu sapqın fəlsəfə belə ifadə edilməkdədir:
Biz artıq Allah'ı həyat qayəsi olaraq tanımayacağıq. Biz bir qayə yaratdıq. O qayə Allah deyil, bəşəriyyətdir (Allah'ı tənzih edərik).
Türk Mason jurnalı “Memar Sinan”da isə masonluğun Allah inancına olan sapqın baxışı bu şəkildə tərif edilmişdir:
O halda məbədimizi tədqiq etsək, özümüzü tədqiq etsək, “Kainatın Ulu Memarına” gedib çıxarıq. Və görərik ki, kainatın Ulu Memarı özümüzün içindədir. (“Memar Sinan” jurnalı İl; 25 Sayı: 27-28 səh. 40 )
Masonluğun Allah'ı inkar edən bir sistem kimi ortaya çıxmasına baxmayaraq, özünü dindar kimi göstərməsinin ən böyük səbəbi insanları yanıltmaq, ülvi məqsədləri varmış kimi görünmək, cəmiyyətdə sevgi və anlayış yayacağı yalanına insanları inandıra bilməkdir. Bu üsul tam olaraq hədislərdə və İncildə tərif edilən Dəccalın xüsusiyyətləridir.
İncildə Dəccalın bu xüsusiyyəti bu cür bildirilmişdir:
Heç kimsə heç bir şəkildə sizi aldatmasın. Çünki imandan dönüş başlamadıqca, məhv olacaq olan o qanun tanımaz adam ortaya çıxmadıqca o gün gəlməyəcəkdir.
Bu adam ilah deyə anılan və ya sitayiş edilən hər şeyə qarşı gələrək özünü hamısından uca göstərəcək, hətta özünü ilah elan edərək Tanrının Məbədində oturacaqdır. (2. Səlaniklilər 2:3-4) (Allah'ı tənzih edərik)
Dəccalın , yəni indiki masonik sistemin bu xüsusiyyəti hədislərdə də eyni şəkildə xəbər verilmiş, Dəccalın özünü ilahlaşdırıb (Allah'ı tənzik edərik) saxta ilah olaraq ortaya çıxacağı bildirilmişdir:
“(Dəccal) O, Mən aləmlərin Rəbbiyəm” dediyi zaman... (Allah'ı tənzih edərik) (Qiyamət əlamətləri, Mədinəli Əllamə Muhamməd B. Rəsul Əl-Hüseyn Əl Bərzənci, Pamuk Yayıncılık, səh. 218)
“ (Dəccal) O da “Gedin insanlara onların Rəbbi olduğumu söyləyin; cənnət və cəhənnəmin tapıldığını anladın” deyəcək...
O sizin Rəbbinizdir, aranızda hökm vermək üçün gəlmiş, cənnəti və cəhənnəmi də vardır...” (Allah'ı tənzih edərik) (Qiyamət əlamətləri, Mədinəli Əllamə Muhamməd B. Rəsul Əl-Hüseyn Əl Bərzəngi, Pamuk Yayıncılık, səh. 218)
Dəccal üç dinə ibadət edənləri də aldatmağa çalışaraq rahat fəaliyyət sahəsi tapmağı, insanları zülmə və əxlaqsızlığa daha rahat sürükləyə bilməyi hədəf seçmişdir. Belə ki, təsiri altına aldığı bir qrup adam vasitəsilə illərdir bu vəzifəsini həyata keçirməkdədir. Masonluq eynilə anidən yaxalanan oğrunun polisə oğruluq edən kəsin ev sahibinin özü olduğunu söyləməsi kimi aldadıcı bir taktika istifadə edir. Polis səhvən başqasının izinə düşərkən oğru qaçıb uzaqlaşır və oğruluğa davam edir. Elə günümüzdə masonluq da eyni çirkin oyunu oynayır. Özünün Dəccal olmadığını iddia edərək məhvedici, dağıdıcı və qan tökən əməllərinə davam edir. Üstəlik bütün dünyaya yayılan bu oyundan böyük bir kütlənin heç xəbəri də yoxdur.
Elə buna görə bu oyunun tezliklə pozulması böyük əhəmiyyət daşıyır. Hz. İbrahimin övladları olaraq bütün inananlar çağımızın ən böyük Dəccalı olan masonluğa qarşı əzmlə elmi mübarizə aparmalıdır. Hansı dindən olarsa olsun, tək Allah'a inanan bütün səmimi dindarlar birlik olmalı, Dəccalın bu iyrənc oyununu pozmalı və onun bu fikri sistemini süquta uğratmalıdır. Hz. İsa (ə.s.)-ın nüzulunu və Hz. Mehdi (ə.s.)-ın zühurunu gözlədiyimiz bu mübarək dövrdə ediləcək ən doğru şey şeytanın aldadıcı tələlərinə qarşı ayıq olmaq, masonluğun dünya üzərində bütün insanlığa qarşı qurduğu zülm sisteminə son verməkdir. Allah'ın iznilə və Allah'ın bir vədi olaraq səmimi iman edənlər mütləq qurtulacaq, Dəccala qarşı mütləq qalib gələcəkdir. Bir Quran ayəsində Rəbbimiz belə buyurur:
Hər kəs Allah'ı, onun Peyğəmbərini və iman gətirənləri özünə dost tutsa, şübhəsiz ki, qələbə çalanlar məhz Allah'ın firqəsidir (Allah'ı özünə hami və dost seçən şəxslərdir). (Maidə surəsi, 56)
0 yorum:
Yorum Gönder