Lenin nümunəsində gördüyümüz və daha çox faciəvi nümunələrini araşdıracağımız kommunist vəhşiliklərinin səbəbini yaxşı anlamaq lazımdır. Lenini və sonradan araşdıracağımız Stalin, Mao, Pol Pot kimi kommunist liderlərin hər birini gözü dönmüş qatil halına gətirən səbəb nədir?
Bu səbəb, inandıqları materialist fəlsəfə və bu fəlsəfənin insana baxışıdır. Kommunizm əslində materialist fəlsəfənin tarixə uyğunlaşdırılmasından ibarətdir və materialist fəlsəfənin təbiətə uyğunlaşdırılmasıyla, yəni Darvinin təkamül nəzəriyyəsiylə tam uzlaşma içindədir. Bu azğın düşüncələrin bəzi təməl elementlərini isə belə ümumiləşdirə bilərik:
1. İnsan yalnız maddədən ibarət ruhu olmayan varlıqdır.
2. İnsan inkişaf etmiş heyvan növüdür. Digər heyvanlardan yeganə fərqi yaşadığı şərtlərin onu bir az "əhliləşdirməsidir". İnsanla heyvan arasında başqa fərq yoxdur.
3. İstər təbiətdə, istərsə də insan cəmiyyətlərində dəyişməyən yeganə qanun "qarşıdurma"dır. Qarşıdurma, bir-biriylə üst-üstə düşməyən mənfəətlər səbəbiylə olur. Qarşıdurma nəticəsində bir tərəfin məğlub olması, iztirab çəkməsi, ölməsi son dərəcə təbii və hətta vacibdir.
4. Dolayısı ilə inkişafın reallaşması, məsələn, kommunistlərə görə "kommunist inqilab"ın yaşanması üçün, çox sayda insanın ölməsi, iztirab çəkməsi, işgəncə görməsi qaçılmazdır və hətta lazımlıdır.
Kommunizmin və materializmi mənimsəmiş bütün ideologiyaların yuxarıda saydığımız müddəaları qəbuledilən, elmi göstərmək üçün cəhd etdikləri metod cəmiyyətlərdəki Allah inancını ortadan qaldırmaqdır. Əslində materializmin məqsədi də Allah inancını, dini və əxlaqi dəyərləri cəmiyyətdən uzaqlaşdırmaq, beləliklə özünü "ruhsuz heyvan toplumu" hesab edən kütlələr meydana gətirməkdir. Bu yolla həmin kütlələri asanlıqla yönləndirəcəklərini, öz iqtidarlarını qoruyacaqlarını, istədikləri hər cür əxlaqsızlığa və zülmə qanuni zəmin hazırlayacaqlarını zənn edirlər.
İnsana bu şəkildə dəyər verən kommunist ideologiyanın əsas işi insanları bacardığı qədər "heyvanlaşdırmaq", vəhşi heyvanlar kimi zəncirləmək, iztirab və qorxu yoluyla "tərbiyə etmək" və lazım olduğunda məhv etməkdir.
Leninin yazılarına baxdığımızda, insanları heyvan növü kimi qəbul edən materialist-darvinist fəlsəfəni çox açıq şəkildə görərik. Belə ki, Lenin heyvanlar üzərində apardığı şərtli refleks təcrübələriylə tanınmış, rus alimi Pavlovla xüsusi olaraq görüşmüş və Pavlovun üsullarını rus cəmiyyəti üzərində tətbiq etmək qərarına gəlmişdir. Tarixçi Orlando Fayces (Orlando Figes), A People's Tragedy, A History Of The Russian Revolution (Bir Xalqın Faciəsi, Rus İnqilabının Tarixi) adlı kitabında Leninin rus xalqına hevyan tərbiyəçisi kimi təlim keçməyini və bunun darvinist mənşəyini belə izah edir:
1919-cu ilin oktyabrında deyilənlərə görə Lenin məşhur fizioloq I.P. Pavlovun laboratoriyasına gələrək insan beyninin şərtli refleks təcrübələri vasitəsiylə Bolşeviklərə insan davranışlarının idarə edilməsində kömək edib-etməyəcəyini araşdırmaq istəyirdi. "Rus kütlələrinin kommunizm sərhədlərini düşünmələrini və buna görə davranmalarını istəyirəm" deyə açıqladı Lenin... Pavlov heyrətlər içində qalmışdı. Lenin ondan itlər üçün etdiyi şeyi insanlar üçün etməsini istəyirdi. "Rus kütlələrini standart hala gətirmək istəyirsiniz? Hamısının eyni şəkildə davranmasını təmin etmək istəyirsiniz?" deyə soruşdu... "Tamamilə" deyə cavab verdi Lenin. "İnsanlar doğru olmalıdır. İnsanlar biz necə istəyiriksə, o formaya gətirilməlidir"...
Kommunist sistemin son məqsədi insan təbiətinin dəyişməsiydi. Bu, digər totalitar rejimlərin də razılaşdığı ortaq məsələdir... Nasist Almaniyasında 1920-ci ildə Yevgenik hərəkatin qabaqcıllarından birinin söylədiyi kimi "Az qala İNSAN anlayışında dəyişkənliyə şahid olduq.... Döyüşün qorxunc yevgenikası sayəsində daha əvvəlkinə görə fərqli fərd olmağa məcbur edildik"... (Yevgenika- tarix baxımından Əflatuna qədər getsə də müasir dövr üçün Ser Frensis Qalton (Sir Francis Galton) tərəfindən ortaya atılmışdır. Eugenics- latınca "yaxşı növ" mənasını verən qədim yunan sözüdür. Burada məqsəd Allahın yaratdığı bioloji qanunları əslindən qopararaq, müəyyən məqsədlər naminə, məsələn insanın guya genetik təkamülünə gətirib çıxaracaq "elmi" cəhdlərdir. Misal olaraq, Darvinin dostu olan alman Ernst Hekkel (Earnst Haeckel) idealarına söykənərək Adolf Hitler öz yevgenik fikirləriylə ruhi xəstələri, anadan qüsurlu doğulanları, şikəst və s. xəstələri xüsusi Sterilizasiya Mərkəzlərinə yığaraq kütləvi şəkildə məhv edirdi. Bununla insanın təkamülünə inanırdı. Mussolini də məhz yevgenik düşüncəsiylə Efiopiyada birdəfəyə 20 minə yaxın zəncini qətl etmişdi...)
Maariflənmiş kütlələr vasitəsiylə yeni insan növü yaratma fikri 19-cu əsr rus ziyalılarının- hansı ki, Bolşevikler onlardan çıxmışdır- hər vaxt qurtarıcı missiyası olmuşdur. Marksist fəlsəfə də eyni şəkildə insan təbiətinin tarixi inkişafın nəticəsi olduğunu və bu səbəblə də yenilənə biləcəyini öyrədir. Leninin gənclik çağlarında rus ziyalıları arasında az qala dini müqəddəsliyə sahib olan Darvin və Tomas Haksli (Thomas Huxley) in elmi materializmi, insanın içində yaşadığı dünyaya görə təyin olunduğuna inanırdı. Bu səbəbdə Bolşevikler öz inqilablarının yeni bir insan növü yaradacağına inanırdılar...
Baxmayaraq ki, Pavlov həmişə inqilabı tənqid edir və sürgünlə təhdid edilirdi, bununla belə Bolşevikler həmişə ona hörmət ediblər. İki il sonra Pavlova Moskvada geniş mənzil verildi. Lenin Pavlovun işləri haqqında "inqilab üçün çox böyük əhəmiyyətə sahibdir" deyirdi. Buxarin bunu materializmin dəmir silah anbarı olaraq adlandırırdı. (Orlando Figes, A People's Tragedy, A History Of The Russian Revolution, s. 733 )
Leninin ən böyük köməkçisi və kommunist ideologiyanın əhəmiyyətli nəzəriyyəçisi Trotski də Leninin darvinist mənşəli "insan təbiətini dəyişdirmə" düşüncələriylə razılaşırdı. Trotski eynilə belə yazmışdı:
İnsan nədir? Hələ yetişmiş canlı deyil. Hələ bacarıqsız varlıqdır. Bir heyvan olaraq insan planlı şəkildə deyil, plansız şəkildə təkamül keçmişdir, onda bir çox ziddiyyətlər vardır. Necə öyrətmək və idarə etmək, insanın fiziki və ruhi quruluşunun necə inkişaf etdiyi və tamamlandığı sualları yalnız sosializm əsasında aydınlıq gətiriləcək böyük problemdir. Çölə qatar yolu inşa edə bilərik, Eyfel Qülləsini tikib birbaşa New York ilə danışa bilərik, bəs insanı inkişaf etdirə bilmərik? Xeyr, edə bilərik! İnsanın yeni və dəyişmiş versiyasını çıxarmaq - bu, kommunizmin sonrakı vəzifəsidir... İnsan özünü xammal ya da yarımfabrikat olaraq görməli və belə deməlidir: "Sevimli homosapiens, sənin üçün çalışacağam.(Orlando Figes, A People's Tragedy, A History Of The Russian Revolution, s. 734 )
Lenin, Trotski və digər Bolşevikler insanı heyvan növü olaraq gördükləri və maddə yığını saydıqları üçün insan həyatına hər hansı dəyər vermirdilər. Onlara görə inqilabın müvəffəqiyyəti üçün milyonlarla insanı rahat şəkildə fəda etmək olar. The Unknown Lenin kitabının müəllifi, tarixçi Riçard Paypsa görə "Lenin, insanlığa alçaltmadan başqa bir hiss bəsləmirdi: Qorkinin insanların Lenin üçün az qala heç bir mənasının olmadığı və onun fəhlə sinfinə dəmirçinin müəyyən detala davrandığı kimi davrandığı iddiasınını məktublar təsdiqləyir." (Richard Pipes, The Unknown Lenin: From the Secret Archive, s. 10 ) |
0 yorum:
Yorum Gönder