QURANDA QADINA VERİLƏN ƏHƏMİYYƏT

Bəzi insanlar İslamda qadına nə qədər böyük bir əhəmiyyət və dəyər verildiyindən xəbərsizdirlər. Quranda yazılanlar haqqında məlumatı olmayan bu insanlar, hətta belə qadınların özləri də bu gerçəyi bilmədikləri üçün, haqqlarını yenə cahilik əxlaqına söykənən səhv üsul və tətbiqlərlə qorumağa çalışırlar. Necə ki bu gün dünyadakı cəmiyyətlərə baxıldıqda bu gerçək çox açıq bir şəkildə ortaya çıxmaqdadır. Dünyanın bir çox ölkəsində şiddətə və pis rəftara məruz qalan, işsiz, qayğıya möhtac, yaşlılar evində tərk edilmiş olan nə qədər qadın var və bu vəziyyətlərinə dəqiq bir həll tapa bilmirlər. Halbuki bunların səbəbi həlli səhv yerdə axtarmaqlarındadır. Cahillik sistemi içərisində, cahillik məntiqlərinə, cahillik qaydalarına əsasən olan heç bir həll, izləniləcək heç bir yol insanları həqiqi mənada nəticəyə çatdırmaz.Allah Quranın "Əgər haqq, onların nəfslərinin istəklərinə tabe olsaydı, göylər, yer və bunların içində onlarda olanlar korlanıb gedərdi. Xeyr, Biz onlar üçün öyüd və nəsihət gətirdik, onlar isə özlərinə edilən öyüd-nəsihətdən üz döndərirlər" (Əl-Mu'minun Surəsi, 71) ayəsi ilə bu əhəmiyyətli gerçəyə diqqət çəkmişdir. İnsanlar həyatlarını özlərinin təyin etdiklərini doğrulayır və səhvlər üzərinə qurduqları zaman, nəticə mütləq pis olacaq. Yer üzündəki hər şey və bütün insanlar pozulmağa uğrayacaq.

Cahillik cəmiyyətlərində insanların çətinlik içərisində yaşadıqlarını anladıqları halda, bu vəziyyətə qəti bir həll gətirə bilməmələri də məhz cahillik inanclarına görə yaşamaqdakı təkidlərindən, özlərini rifaha çıxaracaq yoldan bilə-bilə üz çevirmələrindən qaynaqlanır.


Tək həll hər mövzuda olduğu kimi yalnız Qurandadır. Allah Quran ilə insanlara ən rahat, ən dinc və ən gözəl şəkildə yaşaya biləcəkləri sistemi təqdim etmişdir. İnsanlara xeyr və qazanc təmin edəcək, onları doğru yola çatdıracaq olan yeganə yol, Allahın yoludur. Allah, Quran ilə insanlara 'şan və şərəflərinin gətirildiyini' bildirməkdədir. İslam əxlaqına uyğun gələn, Allahın Quranda bildirdiyi yolu izləyən insanlar hər mövzuda rifaha çatarlar.

Qadınların məruz qaldıqları bütün çətinliklərin tək həlli də yenə Qurandadır. Allahın insanlar üçün bir hidayət rəhbəri olaraq endirdiyi İslam dini qadına böyük dəyər verir. Allah Quranın bir çox ayəsi ilə qadını və qadın haqqlarını qorumuş, cahillik cəmiyyətlərində qadınlara istiqamətli olaraq hakim olan səhv dünyagörüşünü ortadan qaldırmış, qadına cəmiyyət içərisində hörmətli bir yer qazandırmışdır. Rəbbimiz Quran ayələriylə insanlara Allah Qatında üstünlük ölçüsünün cinsiyyət deyil, Allah qorxusu, iman, gözəl əxlaq, ixlas və təqva olduğunu bildirmişdir.

Allah qadınların cəmiyyət içərisində qorunub gözlənilmələri, layiq olduqları hörmət və sevgini görmələri üçün ictimai sahədə alınması lazım olan tədbirləri Quran ayələri ilə bizlərə bildirmişdir. Alınan bütün bu tədbirlər, qadınların lehinədir və onların zərərə uğramalarının, əzilmələrinin qarşısını almaq üçün olan işlərdir. Allah insanlara Quran ilə ən doğru yolu göstərmiş və cahillik inanclarını daşıyan insanların səhv tətbiqlərini ortadan qaldırmışdır.

Allahın Quranda bildirdiyi bu gerçək, İslam dininin bütün insanlara olduğu kimi, qadına da həm dünya həyatında, həm də axirətdə gerçək mənada qürur, şərəf və möhtərəmlik qazandıracaq tək yol olduğunu, qadına necə dəyər verib ucaltdığını ortaya qoyur. http://qurandaqadin.com/

0 yorum:

Yorum Gönder