İnsanın heç tanımadığı, əxlaqını və həyata baxışını bilmədiyi bir şəxsi din əxlaqına dəvət etməsi məlumat, təcrübə və zaman tələb edir. Bu səbəbdən İslam əxlaqını anlatmağa əvvəlcə tanıdığınız,asanlıqla ünsiyyət qura biləcəyiniz şəxslərdən başlaya bilərsiniz. Bu sizə vaxt qazandıracaq, təcrübə əldə etməyinizə və çatışmayan cəhətlərinizi görməyə kömək edəcəkdir.
Harun Yəhya kitablarından öyrəndiklərinizi əvvəlcə ailənizlə, yaxın dostlarınızla, özünüzə yaxın hiss etdiyiniz yoldaşlarınızla paylaşa bilərsiniz. Onlara birlik və bərabərliyin əhəmiyyətini, dövlətə bağlılığın vacibliyini, Allah’ın yaradılış dəlillərini, sonsuz güc və qüdrətini, İslam əxlaqını və Peyğəmbərimiz (SAV)-in həyatını danışa bilərsiniz. Bu gözəl ibadəti yerinə yetirərkən Peyğəmbərimiz (SAV)-in bu qiymətli sözünü heç unutmayın:
“Allah’ın evlərindən birində toplaşıb Allah’ın kitabını oxuyan və onu aralarında öyrənib öyrədən bir qrupa mütləq bir hüzur enər. Onları rəhmət bürüyər, mələklər əhatə edər və Allah (C.C.) onları Öz yanındakılar arasında zikr edər.”
Yuxarıdakı hədisdə də bildirildiyi kimi Quran ayələrini öyrənmək və insanlara öyrətmək Allah Qatında çox qiymətlidir. Bunun üçün vaxtınız olmadığını düşünməyin. Əgər gün ərzində vaxtınızı düzgün bölsəniz, hər insanın İslam əxlaqını anlatmaq üçün edə biləcəyi çox şey olduğunu görəcəksiniz. Aşağıda, sizin də tətbiq edə biləcəyiniz bir çox fikir yer alır. Hər gün bu fikirlərdən bir və ya bir neçəsini etmək üçün çalışa bilərsiniz. Bir neçə ay sonra vaxtınızı xeyirli bir məqsədə sərf etdiyinizi daha yaxşı anlayacaqsınız.
- Bir qonağınız gəldiyi zaman boş və mənasız söhbətlər etməkdənsə, Peyğəmbərimiz (SAV)-in hədislərində bildirdiyi gözəl əxlaq, qardaşlıq kimi mövzular haqqında danışa bilərsiniz. Birlikdə Quran ayələrini, peyğəmbərlərin həyatlarından bəhs edilən qissələri oxuya bilərsiniz. Harun Yahyanın imani, elmi və ya siyasi kitablarından da birlikdə oxuya bilər, kitablardan öyrəndiklərinizi qısaca da olsa, bir-birinizə danışa bilərsiniz.
- Səfər zamanı və ya yolda gedərkən etdiyiniz söhbətlərdə Harun Yəhyanın kitablarından mövzular seçə bilərsiniz. Bunun üçün xüsusi vaxt ayırmaq lazım deyil, onsuz da söhbət edərək keçirəcəyiniz vaxtı hikmətli şəkildə dəyərləndirmiş olacaqsınız.
- Davamlı olaraq alver etdiyiniz, yaxud yolunuzun üstündəki DVD, VHS, VCD və ya səs kasetləri satan mağazalara Harun Yəhya çalışmalarının satış üçün qoyulmasını təklif edə bilərsiniz. Əgər bu yerlərdə gün ərzində televizor və ya musiqi setindən verilişlər və s. yayımlanırsa, bu televizorda Harun Yəhyanın əsərlərindən hazırlanan sənədli filmlərin göstərilməsini və ya səs kasetlərinin dinlədilməsini təklif edə bilərsiniz. Təklifinizə müsbət yanaşan mağazalara saytımızı bildirə bilərsiniz.
- Yaşadığınız ərazidəki kitab evlərində Harun Yəhya əsərlərinin olması üçün kitab evinin cavabdeh şəxslərinə təkliflər edə bilərsiniz.
- “Mercek”, “Araştırma” və “Düşünen Çocuk” kimi gözəl əxlaqı, birlik və bərabərliyi anladan, zəkaları aydınladan jurnalları izləyə və ətrafınızdakıları da bu jurnalları almağa və abunə olmağa sövq edə bilərsiniz.
- “Mercek” və “Düşünen Çocuk” jurnalları ilə birlikdə hədiyyə verilən sənədli filmləri dostlarınızla, ailənizlə izləyə və ətrafınızdakılara anlada bilərsiniz.
- Yaşadığınız bölgədəki qocalar evlərinin, uşaq evlərinin ünvanlarını öyrənib oraya kitab,sənədli film, səs kaseti hədiyyə edə bilərsiniz.
- Uşaq kitabları alıb uşaq bağçalarına və məktəbəqədər hazırlıq mərkəzlərinə hədiyyə edə bilərsiniz. Yenə müəyyən vaxtınızı ayırıb oradakı uşaqlara könüllü olaraq kitabları oxuyub İslam əxlaqını öyrənmələrinə kömək edə bilərsiniz.
- Beynəlxalq və yerli mətbuatda Harun Yəhyanın məqalələrinin yayımlanmasını təmin edə bilərsiniz. Bunun üçün saytımızla əlaqə yaradıb yazı və məqalələr əldə edə bilərsiniz.
- Xaricdə yaşayan bir qohumunuz varsa, ondan yaşadığı şəhərdəki kitabxana, mətbuat evi kimi yerlərin adlarını öyrənməyini xahiş edə bilərsiniz. Sonra isə bu yerləri saytımıza bildirə bilərsiniz.
- Yaşadığınız ərazidə Quran Möcüzələri, Kainatın Yaradılışı və ya Yaradılış Gerçəyi mövzularında konfransların aparılmasını təmin edə bilərsiniz. Bunun üçün ya sizin, ya da tanıdığınız bir qurumun təşkilati işləri görməsi və mətbuat evi ilə əlaqə saxlamağı kifayətdir. Bu yolla da insanların Allah’ın yaradılış dəlillərini öyrənmələrinə vəsilə ola bilərsiniz.
- Harun Yəhyanın dövlətə və millətə olan bağlılığını nümunə götürüb Türk-İslam birliyi üçün siz də eyni əxlaqı göstərərək, əlinizdən gələni edə bilərsiniz.
0 yorum:
Yorum Gönder