Sincablar daha çox Avropa qitəsindəki meşələrdən yaşayırlar. Boyları 25 sm, yəni sizin əllərinizlə 2 qarışdır. Bədənlərinin arxasında, demək olar ki, öz boyları qədər uzun, yuxarıya doğru dikəlmiş, geniş və topa tüklərdən ibarət quyruqları var. Sincap bu uzun quyruğu vasitəsilə müvazinəti pozulmadan ağacdan ağaca tullanır.
Balaca sivri dırnaqları ilə ağaclara dırmaşa bilən sincab bir budağın üstündə qaça bilir, başı aşağı vəziyyətdə yellənir və o şəkildə hərəkət edə bilir. Xüsusilə, boz sincablar bir ağacın ən təpədəki budağından 4 metr uzaqlıqdakı başqa bir ağacın budağına belə rahatlıqla tullana bilirlər. Havada uçarkən qollarını və ayaqlarını açaraq sanki bir planer kimi hərəkət edirlər. Bu zaman yastılaşan quyruqları isə həm müvazinətlərini təmin edir, həm də istiqamətlərini nizamlayan bir sükan vəzifəsini həyata keçirir. Hətta özlərini 9 metr yüksəklikdən boşluğa buraxıb dörd ayaq üzərində yerə yüngülcə enirlər.
Elə isə, bəs sincab bu çətin hərəkətləri necə bacarır?
Bütün bunlar sincabın arxa ayaqlarını, məsafələri çox yaxşı ölçüb-biçən kəskin gözlərini, güclü pəncələrini və tarazlıq əmələ gətirməsinə kömək edən quyruğunu istifadə etməsilə mümkün olur. Bəs heç düşünmüsünüz ki, sincaba bu xüsusiyyətləri verən kimdir? Sincab bu cür yaşamalı olduğunu hardan bilir? Sincabların ailəvi şəkildə əllərinə xətkeş alıb meşədəki hər ağacın boyunu və ya ağacın budaqlarını ölçmələri mümkün olmadığına görə sincablar ağacdan-ağaca tullanarkən məsafələri necə ölçüb-biçirlər? Bundan başqa, sincablar necə olur ki, heç yerlərini şikəst etmədən və ya yaralanmadan bu qədər sürətli hərəkətlərlə tullanırlar?
Əlbəttə, bunları edən sincabların özləri deyil. Heç şübhə yoxdur ki, bu sevimli heyvanları malik olduqları bütün xüsusiyyətlərlə birlikdə yaradan və onlara bunları istifadə etməyi öyrədən yaradıcımız olan Allah'dır. (http://www.hayvanlaralemi.net/)
Qırıldıqda yeniləri ilə əvəz edilən dişlər
Sincabların bir insanın əsla malik olmayacağı qədər iti və sağlam dişləri var. Ağızlarının ön tərəfində sərt maddələrin gəmirilib qırılmasına kömək edən kəsici dişlər, arxadakı uzun boşluqda isə azı dişləri vardır. Biz bir qozu qırmaq üçün olduqca möhkəm bir daş və ya bu iş üçün xüsusi şəkildə dəmirdən düzəldilmiş bir alətdən istifadə edirik. Bu balaca heyvanlar isə ağızlarındakı iti dişlərlə bu işi asanlıqla görə bilirlər. (Harun Yəhya, Heyvanlar Aləmi)
Sincabların dişlərinin ömrü boyu necə sağlam qaldığını və ya dişləri zədələnən sincabların sonra necə qidalandıqlarını – fındıq, qoz yediklərini heç bilmək istəmisiniz? Budur, hər şeyi mükəmməl ahənglə yaradan Allah onların dişlərinə çox vacib bir xüsusiyyət vermişdir. Baxın, indi çox təəccüblənəcəksiniz; çünki sincabların dişləri qırılıb aşınsa da, yerinə dərhal başqası çıxır. Aşınan dişlər isə davamlı surətdə uzanaraq alt tərəfdən yenilənir. Bununla belə, Allah bu xüsusiyyəti təkcə sincaba deyil, bütün gəmirici heyvanlara vermişdir.
0 yorum:
Yorum Gönder