TƏK İLAHIN ALLAH OLDUĞUNU HEÇ VAXT UNUTMAYIN

Onlar Allahı unutdular, Allah da onları unutdu. (Tövbə Surəsi, 67)



İnsan sahildə qumdan düzəlmiş bir qala görsə mütləq bunu edən birinin olduğunu düşünər. Bu qalanın, dalğaların və küləklərin təsiri ilə təsadüflər nəticəsində meydana gəldiyini isə ancaq cahil olan biri müdafiə edə bilər. Kainatda var olan hər şeydə aydıngörünən bir dizayn vardır. Üstəlik bu dizayn sahildəki qumdan yaradılmış qala ilə qarşılaşdırılmayacaq qədər mükəmməl, üstün və genişdir. O halda qarşımıza çıxan həqiqətaçıq-aşkardır: Kainatın üstün bir Yaradıcısı vardır. Bu yaradıcı, aləmlərin Rəbbi olan Allahdır.

İNSANIN YARADILIŞINA ƏN UYĞUN OLAN DİN: İSLAM DİNİ

İnsan yarandıqdan bəri mərhəmətdən, sevgidən, şəfqətdən və gözəl əxlaqın hər şəklindən xoşlanar. Özünə həmişə bu şəkildə davranılmasını istəyər. Zülmdən, əxlaqsızlıqdan və pisliyin hər cüründən nifrət edər və onlardan uzaq olmağa çalışar. Belə hiss etməsi, Allahın diləməsi ilədir. Allah, insanın fitrətini, vicdanını bu şəkildə yaratdığı üçün insan, gözəllikdən xoşlanıb pis şeylərdən uzaq olar.

Allahın Quranda əmr etdiyi əxlaq xüsusiyyətləri bunlardır; mərhəmətli, şəfqətli, ədalətli, etibarlı, dürüst, təvazökar bir insan olmaq və zülmdən, haqsızlıqdan, pislikdən çəkinməkdir. Digər bir deyişlə, Allahın seçib bəyəndiyi İslam diniylə insandan istədikləri ilə, insanların təbii olaraq yaşamaq istədikləri, açar və onun açdığı kilid kimi, bir-birinə tam bir uyğunlaşma halındadır. Allah bu həqiqəti Quranda belə xəbər verir:

AXİRƏTDƏKİ PEŞMANLIQ

Dünyada ikən dindən uzaq yaşayan insanlar, axirətdə dünyada keçirdikləri hər dəqiqənin hər an peşmanlığını çəkəcəklər. Çünki dünyada bir çox dəfə xəbərdarlıq və doğru yola dəvət edilmişlər. Özlərinə verilən müddət içərisində düşünə biləcəkləri və doğrunu tapa biləcəkləri üçün çox zamanları olmuşdur. Ancaq bu anlara həmişə elə-belə yanaşmış, xəbərdar edildiklərində dinləməmiş və dünya həyatının heç vaxt sona çatmayacağı kimi bir hissə qapılaraq axirəti unutmuşlar. Cəhənnəmlə qarşılaşdıqlarında isə artıq geri dönüb düzəliş etmək imkanı tapa bilməyəcəklər.

 

ƏRƏBCƏ BİLƏN MÜKƏMMƏL MÜSƏLMANDIR, BİLMƏYƏN QÜSURLUDUR MƏNASINI VERMƏZ

Saleh bir Müsəlman olmağınən əhəmiyyətli şərtlərindən biri səmimiyyətdir. Təqva sahibi bir mömin olmaq üçün əhəmiyyətli olan ərəbcə bilmək və ya bilməmək deyil, Allahı çox sevmək, Allahdan çox qorxmaq, Allahın razılığının ən çoxunu axtarmağı məqsəd qoymaqdır. Hər ərəbcə bilənin yaxşı müsəlman olacağı və ya ərəbcə bilməyənin də müsəlman ola bilməyəcəyi kimi bir şeydən söhbət gedə bilməz. Dünyada təxminən 280 milyon insan ərəbcə danışır. Bu insanlar, ərəbcənin qrammatikasını, söz quruluşunu, düz oxumasını çox yaxşı bilirlər. Amma bu insanların böyük bir qismi ateist olmaqda, materializmi müdafiə etməkdə ya da kommunizm, faşizm kimi din əxlaqına uyğun olmayan ideologiyaları mənimsəməkdədir. İraqda, Misirdə, Liviyada, Suriyada, Əlcəzairdə, Fasda, Tunisdə keçmişdə müsəlmanlara təzyiq tətbiq edən, çox sayda müsəlmanın həbsxanalarda ağır şərtlərdə tutulmasına səbəb olanlar da çox yaxşı ərəbcə bilirlər.

ŞEYTANIN ƏMRİ: “DÜŞÜNMƏYİN”!

Düşünmə qabiliyyəti insana qısa dünya həyatında verilən ən böyük nemətlərdən biridir. Çünki insan ancaq dərin düşünərək Allahın sonsuz gücünün, kainatdakı qüsursuz sənətinin fərqində olur. Düşünən bir insan dünya üzərindəki hər bir şeyin bir çox hikmətlə yaradıldığını, ölümün yaxın olduğunu və dünya həyatında yerinə yetirməsi lazım olan bəzi məsuliyyətləri olduğunu qavrayar. Quranda bir çox ayədə ancaq düşünən insanların öyüd ala biləcəyi, Allahın varlığının dəlillərini ancaq onların görə biləcəyi bildirilmişdir. Necə ki, Quranın nazil edilmə məqsədi “(Ya Peyğəmbər! Bu Quran) sənə nazil etdiyimiz mübarək (xeyir-bərəkətli) bir Kitabdır ki, (insanlar) onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri də (ondan) ibrət alsınlar! (Sad surəsi, 29)” ayəsində xəbər verildiyi kimi, insanların yaxşı düşünmələridir.

DİNSİZLİYİN İQTİSADİYYATI

İndiki vaxtda ən çox danışılan mövzuların başında iqtisadi problemlər dayanır. Dünya üzərindəki insanların böyük bir hissəsi aclıq sərhədində yaşayır, bir çox ölkə köməkolmadan varlığını davam etdirə bilmir. Ölkələrin yalnız kömək almaları da kafi deyil, çünki bu köməklərin faizlərini ödəyə bilmədikləri üçün çox daha böyük problemlərlə qarşı-qarşıya qalmaqdadırlar.

Sağlamlıqdan təhsilə qədər hər mövzu çox böyük bir maddi güc tələb edir. Amma bu gün ən zənginindən ən kasıbına qədər bütün ölkələrdə çox böyük bir iqtisadi böhranınyaşandığını, işsizliyin artdığını görürük. Bir tərəfdə çox böyük bir zənginlik, pozğunluq, israf və bunun nəticəsində də degenerasiyanın hər cürü yaşanarkən, digər tərəfdə də insanlar tək bir çörək üçün bir-birləri ilə döyüşürlər. Həmişə bu mövzularda yazılar yazılır, simpoziumlar təşkil edilir, yığıncaqlar keçirilir, amma köklü bir həll tapılmır; hətta aclıq və səfalət gün keçdikcə daha da artır.

İSLAM TƏZYİQ VƏ MƏCBURİYYƏTDƏN UZAQ, SÜLH VƏ TOLERANTLIQ DİNİDİR

Son dövrlərdə bəzi yerlərdə İslam əxlaqı haqqında səhv bir fikrin hakim olduğu görülür. Şübhəsiz ki bu vəziyyət, din əxlaqındakı məlumat əksikliyindən ya da səhv məlumatlandırılmalardan qaynaqlanır. Bu fikrə sahib olanlar, özlərinə “din əxlaqına görə yaşayan bir cəmiyyətin təzyiq altında yaşayacağı” yanılması təlqin edildiyi üçün bu üstün əxlaqın bir cəmiyyətə gətirəcəyi gözəlliklərin lazımı qədər önəm vermirlər. Halbuki bu səhv düşüncənin əksinə, Uca Rəbbimiz Quranda bildirdiyi əxlaq təzyiqdən və məcbur etmədən uzaq, sevgiyə, hörmətə, ədalətə dayanan üstün bir əxlaqdır. Bunun nəticəsi olaraq da islam tarixi, dəyərli Peyğəmbərimiz Hz. Muhamməd (s.ə.v.)-in və digər İslam böyüklərimizin hər fikirdən və inancdan insana qarşı tolerant nümunələri ilə doludur.

YAXŞI İNSANLAR MÜNAQİŞƏLƏRDƏN QAÇARAQ BİRLİK OLMALIDIRLAR

Birlik, həmrəylik, dostluq, fədakarlıq, köməkləşmə və buna bənzər xüsusiyyətlər Quran əxlaqının təməlini meydana gətirən gözəlliklərdən bəziləridir. İslam dinində insanlar həmişə xoşxasiyyətli, sevgi və barış dolu, insanların bir-birlərinə qarşı anlayış göstərdikləri, dinc bir mühitdə yaşayarlar. Bu xüsusiyyətlərə sahib olanlar isə hər zaman surətlə inkişaf edər və güc qazana bilərlər. Çünki, birlik və bərabərlik təmin edildiyində, cəmiyyətin fərdləri güc və enerjilərini müzakirələrə, qarşıdurmalara, döyüşlərə deyil, həmişə xeyir və gözəllik dolu işlərə istiqamətləndirəcəklər. Ayrıca hər kəsin əməyini, gücünü, həvəsini, bir-birinə maddi və mənəvi olaraq dəstək verdiyi işlərdə böyük bir bərəkət və gözəllik meydana gələcək. Ancaq hər şeydən əhəmiyyətlisi birlik və bərabərlik içində xeyir üçün çalışan insanlara Allah qatında kömək, dəstək və güc veriləcəyi müjdələnmişdir. Bu səbəblə Allah bəzi ayələrində möminlərə bir-birləri ilə mübahisə etməməklərini, yoxsa güclərinin gedəcəyini və zəif düşəcəklərini xatırlatmışdır. Bu ayələrdən biri belədir:

DİNSİZLİYİN SƏBƏB OLDUĞU CİNAYƏTLƏR

İslam əxlaqından uzaq olmağın gətirdiyi zərərlərdən biri də, insanlar arasında mərhəmətsizliyin, kinin, hersin və zülmün hakim olmasıdır. Bu cür insanlar, öz mənfəətləri vacib olduğundan bir kimsəyə qarşı duyduğu kin və ya heç bir səbəb yox ikən rahatlıqla cinayət işləyə bilərlər.

Haqsız yerə bir insanın canına qıyan, soyuqqanlılıqla ardıcıl cinayətlər işləyən, ani bir hirs ya da qısqanclıq böhranı nəticəsi ilə ən yaxınını və ya heç tanımadığı birini öldürən, hətta bu işi pulla edən insanların sayı, günümüzdəolduqca çoxdur. Qəzetlərdən və televiziyalardan bir gün belə əksik olmayan cinayət xəbərləri cəmiyyətdəki, dinsizlikdən qaynaqlanan degenerasiyanın çox açıq bir göstəricisidir.

DİN İLƏ İNSAN ARASINDAKI AÇAR-QIFIL UYĞUNLAŞMASI

İnsan mərhəmətdən, sevgidən, şəfqətdən və gözəl əxlaqın hər şəklindən xoşlanar. Özünə həmişə bu şəkildə davranılmasını gözləyər. Zülmdən, əxlaqsızlıqdan və pisliyin hər cüründən nifrət edər və uzaqlaşar. Belə hiss etməsi, Allahın diləməsi ilədir. Allah, insanın fitrətini, vicdanını bu şəkildə yaratdığı üçün insan, gözəllikdən xoşlanıb pislikdən uzaqlaşar.

Allahın Quranda  mərhəmətli, şəfqətli, ədalətli, etibarlı, dürüst, təvazökar bir insan olmağı və zülmdən, haqsızlıqdan, pislikdən çəkinməyi əmr etmişdir. Bu Quran əxlaqının xüsusiyyətləridir. Digər bir deyişlə, Allahın İslam dininin hökmləri ilə bildirdiyi əmrləri ilə insanların təbii olaraq yaşamaq istədikləri, açar və onun açdığı kilid kimi, bir-birinə tam bir uyğunlaşmış vəziyyətdədir. Allah bu həqiqətiQuranda belə xəbər vermişdir:

CAHİLLİYİN EHTİRASI: DÜNYADA SONSUZA QƏDƏR YAŞAMAQ İSTƏYİ

Ömürlərini sonsuz yaşamaq ehtirası ilə və dünya həyatının arxasından qaçaraq sərf edəncahil insanların itirdikləri, heç dada bilmədikləri bir zövq vardır. Bu, Allahın razılığına uyğun hərəkət etmənin, Onun sevgisini, dostluğunu və yaxınlığını ümid etmənin verdiyi həyəcandır.

Quranda bildirilir ki, cahil cəmiyyət Allahı layiqincə qiymətləndirmədilər (Ənam Surəsi, 91) ya da Onu unudub saymırsınız? (Hud Surəsi, 92)düşüncəsinin hakim olduğu insanlardan ibarət yaranan bir cəmiyyətdir. Bu cəmiyyətin üzvləri bəzən özlərini "mədəni" olaraq göstərsə də, Allahı lazımıncatəqdir edə bilmədikləri, axirətə inanmadıqları və tanımadıqları, öz yaradılışlarının məqsədi haqqında düşünmədikləri və bunu anlamaqdan da uzaq olduqları üçün əslində "cahil"dirlər. Bu “cahil” cəmiyyət mənsublarının sahib olduğu bir çox səhv məntiq hörgüsünün yanında ən diqqət çəkən xüsusiyyətlərindən biri, “heç ölməyəcəkmiş” şəkildə yaşamağı planlamalarıdır.

QURANDA XRİSTİANLIQ VƏ YƏHUDİLİK TƏBLİĞATI YOXDUR!

“Allah Quranda bütün peyğəmbərləri üstün əxlaqları ilə tərifləmiş, bu mübarək qulların Öz Qatında seçilmişvə şərəfli olduqlarını xəbər vermişdir.”

“Biz Allaha, bizə nazil olana (Qurana), İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun övladına (əl-əsbat) göndərilənlərə, Musaya və İsaya verilənlərə, Rəbbi tərəfindən (bütün) peyğəmbərlərə verilən şeylərə inanmışıq. Onlardan heç birini digərindən ayırmırıq. Biz ancaq Allaha boyun əyən müsəlmanlarıq!”(Bəqərə Surəsi, 136)

DOĞRU YOLU TAPMANIN SİRLƏRİ

Kimlərin doğru yolda olduqları Allahın Quranda bildirdiyi sirlərdəndir. İslamda nəzərdə tutulan gözəl əxlaqa uyanlar, Allahın doğru yoluna gələrək, cənnətində saxladığıqullardır.
 
Yer üzündəki hər insanın özünə görə doğruları və səhvləri olur. Hər birinin doğrularını təsbit etmədəki qaynağı isə fərqlidir. Kimi oxuduğu bir kitabı, kimi ətrafında gördüyü bir insanı, kimi bir siyasətçini, kimi isə bir fəlsəfəçini özünə rəhbər edər. Halbuki, Allahın insanlar üçün təyin etdiyi ən doğru və insanı qurtuluşa qovuşduracaq yeganə yol İslamın gətirdiyi gözəl əxlaqdır.

İKİ YOL, İKİ MƏQSƏD, NECƏ BİR DOST?


Biz ona “iki yolu (xeyir və şər, küfr və iman yollarını) göstərmədikmi?! (Bələd Surəsi, 10)
 

QURAN ƏXLAQINA UYĞUN OLMAYAN BİR DAVRANIŞ: LAQEYDLİK

Böyük təhlükələr, fəlakətlər, epidemiya xəstəlikləri, ölüm bir çox insana təsir edən, düşünməyə sövq edən bu kimi son dərəcə ibrət verici hadisələr bəzi kəslərin vicdanlarında ciddi bir təsir oyandırmaz. İçərilərindən bəziləri üçün bunlar, yalnız seyr edilib keçilən bir mövzu xüsusiyyəti daşıyar. Belə bir laqeydlik içində yaşayan adam, çox əhəmiyyətli hadisələr qarşısında da qəflət içində olar; bunlardan heç təsirlənməyərək, üzərində düşünmədən keçə bilər və gündəlik həyatına davam edə bilər. Əlbəttə hadisələrdən təsirlənmək, nəzərdə tutulan çaxnaşmaya düşmək, kədərlənmək, romantikləşmək və ya düşünmədən rəftar etmək deyil. Nəzərdə tutulan, bəzi kəslərin əhəmiyyətli hadisələr qarşısında belə heç nəyə məhəl qoymadan həmişəki rəftarlarını davam etdirmələri, bunlardan ibrət götürməməkləri və öz adlarına bir dərs çıxarmamaqlarıdır.

HƏRƏKƏT ETMƏNİN, YUYUNMANIN VƏ SU İÇMƏYİN SAĞLAMLIĞA FAYDALARI

Quranda diqqət edilən davranışlardan biri, Hz. Əyyuba  gələn bir vəhyi izah edən ayələrdə bildirilər:
 
(Ya Peyğəmbər!) bəndəmiz Əyyubu da yad et! Bir zaman o öz Rəbbinəmüraciətləbelədemişdi “Şeytan mənəbəla vəəzab toxundurmuşdur! ” (Ona belə buyurduq:) “Ayağını yerəvur! Bu, (yerdən çıxan bulaq) yuyunacaq vəiçiləcək sərin sudur!“ (Əyyub o su ilə  qüsl edib ondan içən kimi bütün xəstəlikləri getdi). (Sad Surəsi, 41-42)

QURAN ƏXLAQINI YAŞAMAĞIN NƏTİCƏSİ: ƏMİN-AMANLIQ VƏ XOŞBƏXTLİK

İnsan, yaradıldığı  andan  xoşbəxt və dinc yaşamaq istər. Allahın Quranda bildirdiyi əxlaq quruluşu, insanın fitrətinə ən uyğun həyatı təqdim edər. Quran əxlaqı xaricindəki yolların hamısı insanın narahat həyat sürməsinə səbəb olar.

Yaşları, peşələri, ictimai mövqeləri hər nə olursa olsun, Quran əxlaqından uzaq cəmiyyətlərdə yaşayan insanların heç biri tam mənası ilə xoşbəxt və dinc bir həyat davam etdirə bilməzlər.

YAŞADIĞIMIZ DÖVR KEÇMİŞ QÖVMLƏRİN AZĞINLIQLARININ BÜTÜNLÜKLƏ BAŞ VERDİYİ AXIRZAMANDIR

Tarix boyu yaşamış bütün xalqlara Uca Allahın vədinə uyğun olaraq xəbərdarlıq edilmişdir. Bu xalqların hamısına, Allahın iznilə, onlara Uca Rəbbimizin varlığından və qüdrətindən bəhs edən elçi göndərilmiş, onlara Yaradılışın dəlilləri göstərilmişdir. Allahın adətullahına müvafiq olaraq elçi göndərilən hər xalqın içindən mütləq Peyğəmbərlərə və elçilərə qarşı çıxan, Allahın Uca varlığını var gücü ilə inkar edən inkarçılar çıxmışdır. Uca Allah bu xalqların bəzilərini bizə Quranda xəbər vermişdir. Quranda bildirilən və təbliğ edilən xalqların inkarçıları hər qövmdə fərqli xüsusiyyətlərinə görə ön planda olmuşdurlar. Hz. Səmudun (ə.s.) qövmünün inkarçıları tərəzini və çəkini əskildən mənfəətçi və saxtakar insanlardan ibarət idi. Hz. Lutun (ə.s.) qövmünün inkarçıları həyasızca cinsi pozğunluq və homoseksuallıqla məşğul olurdular. Hz. Musanın (ə.s.) təbliğini dinləyərkən Firon hərbi və sosial cəhətdən çox güclü olduğuna inanmış, təkəbbür və lovğalıq hissi onu və tərəfdarlarını inkara sürükləmişdir. Hz. İbrahim (ə.s.) onu dinləməyən inkarçı və bütpərəst qövmü tərəfindən oda atılmışdır. Uca Allah bütün peyğəmbərləri bu çətin şəraitlə imtahan etmiş, bir çox peyğəmbərə iftira atılmış, haqsız yerə yurdlarından sürgün edilmiş, həbs olunmuş, hətta bəziləri şəhid edilmişdir. Ancaq Allah Qatında üstün olanlar həmişə peyğəmbərlər və onlara tabe olan saleh möminlər olmuşdur. Peyğəmbərlərin əleyhinə ağılsızlıqla tələ quranlar isə həm dünyada, həm də axirətdə acı əzabla qarşılaşmışlar.

ÜMİTVAR OLMAQ BİR MÖMİN XÜSUSİYYƏTİDİR

"Əlinizdən gəldikcə dünya işləriylə çox məşqul olmayın. İbadət üçün özünüzə vaxt ayırın. Çünki kimin məqsədi sırf dünya olsa, Allah işlərini dağıdar. Kasıblığı davamlı ağlına gətirər. Kimin də məqsədi axirət isə, Allah işlərini düzəldər, dincliyini artırar. Zənginliyi ürəyinə yerləşdirər. Haqqında xeyirli olan hər şeyi sürətlə ona yaxınlaşdırar." (Hz. Məhəmməd (s.ə.v))

İman edən bir kimsə, hər şeyini itirmiş olsa da, yenə də ən kiçik bir ümidsizliyə qapılmadan, səbirlə, şövqlə hər şeyə ən başdan başlaya bilər. Sahib olduğu bu şövq, imanından, Allaha qarşı duyduğu sevgi və etibardan, Quran əxlaqını mənimsəmiş olmasından və dünya həyatının keçiciliyini qəti olaraq qavramış olmasından qaynaqlanar. Gələcəkdən yana həmişə ümitvar olan rəftarı, hadisələrin həmişə gözəl istiqamətlərini görən tutumu həyatı boyunca qarşılaşdığı bütün hadisələrdə özünü göstərər.

MÜSƏLMANLAR, MÜVƏFFƏQİYYƏTƏ ÇATMAQ ÜÇÜN ALLAHIN MÜƏYYƏN ETDİYİ VAXTA QƏDƏR GÖZLƏMƏLİDİRLƏR

Quranda Uca Rəbbimizin ayələrində işarə etdiyi sirlərdən biri də budur ki,  bir işin nəticələnməsi üçün möminlər səbrlə gözləməlidirlər. Müqəddəs Kitabımız Qurana baxdıqda, Peyğəmbərlərin də, saleh Müsəlmanların da vəd edilən müvəffəqiyyətə çatmaq üçün müəyyən müddət gözləmələri nəsihət edilmişdir. Belə ki, Peyğəmbərlərin həyatlarına nəzər saldıqda da bu mühüm  həqiqət aydın olur. Sevimli Peyğəmbərimizə (s.ə.v.) ilk vəhy qırx yaşında ikən gəlmişdir. Hz. Musa üçün Allah qırx günlük gözləmə müddəti təyin etmişdir. Ayədə Allah bunu belə xəbər verir:
 
Musa ilə otuz gecə barədə vədələşdik, sonra ona daha bir on gün də əlavə etdik. Beləliklə, Rəbbinin təyin etdiyi müddət tam qırx gecə oldu. Musa qardaşı Haruna dedi: “Sən tayfam içində mənim xəlifəm ol, islah etməyə çalış və fitnə-fəsad törədənlərin yolu ilə getmə!” (Əraf surəsi, 142)

MÜASİR ELMİN İSLAMDA MƏNŞƏLƏRİ

14 əsr bundan əvvəl Allah bütün insanlığa bir yol göstəricisi olan Quranı endirdiyində Ərəblər, batil inanclara sahib, cahil bir insan qövmü idi. Quranın işığı sayəsində bu batil inancdan qurtuldular və ağlın yolunu izləməyə başladılar. İslamla birlikdə mədəniyyət öyrəndilər. Təkcə Ərəblər deyil, İslamı qəbul edən bütün topluluqlar cahillik dövrünün qaranlığından sıyrılıb aydınlandılar. Bunun nəticəsində İslamın ilk dövrlərində dünya tarixində görülmüş ən təsir edici inkişaflardan biri yaşandı. Daha əvvəldən tək bir şəhəri belə uyğunluq içində yönləndirməyi bacara bilməyən Ərəblər Afrikadan Orta Asiyaya qədər uzanan bir dünya imperatorluğunu idarə etməyə başladılar. Bu imperatorluğun ən əhəmiyyətli yalanlarından biri tarixdə o günə qədər bənzəri görülməmiş bir elmi mərhələ qeyd etmiş olması idi. Avropa Orta əsrlər qaranlığını yaşadığı bir dövrdə İslam dünyası möhtəşəm bir elmi miras meydana gətirdi. Tibb, cəbr, həndəsə və hətta sosioloji dünyada ilk dəfə sistematik şəkildə İslam mədəniyyəti içində inkişaf etdi.

HÖRMƏTLİ ADNAN OKTARIN DİLİNDƏN ''İMANI ZƏİF, DÜNYA HƏYATI İLƏ XOŞ VAXT KEÇİRƏN MÜSƏLMAN MODELİ”NİN SƏHVİ

Bəzi yerlərdə Qurani-kərimdə bildiriləndən tamamilə fərqli, monoton və son dərəcə şövqsüz bir müsəlman modelinin mənimsənildiyi görülür. İmanı zəif olan, özünü bəyənən, din əxlaqının təbliğ edilməsi mövzusunda maraqsız davranan bu insanların ən böyük səhvlərindən biri dünya həyatının evlənmək, uşaq sahibi olmaq, uşaqlarını böyütmək və pul qazanmaqdan ibarət olduğunu zənn etmələridir. Şübhəsiz, bunlar islam əxlaqına uyğun davranışlardır. Ancaq burada səhv olan bir möminin uca Allaha olan məsuliyyətlərini unudaraq, yalnız evlənməyi və uşaq sahibi olmağı düşünüb Allahın verdiyi malı Allah yolunda istifadə etməkdən boyun qaçırması və din əxlaqını təbliğ etməyin yerinə bütün vaxtını digər müsəlmanlar haqqında dedi-qodu etmək kimi fəaliyyətlərlə keçirməsidir.

GÜNDƏLİK HƏYATDA ROMANTİKLİK NƏDİR?

Romantikliyi, adamın, ağlın və məntiqin tələb etdiyi doğrular istiqamətində deyil, duyğularının istiqamətləndirməsiylə hərəkət etməsidir. Romantiklik, ümumiyyətlə hər insanda dəyişik sıxlıqda hakim olmasına baxmayaraq, dindən uzaq cəmiyyətlərin bütün fərdlərində var olan ruhi bir xəstəlikdir. Qurandan uzaq, dini yaşamayan bir kimsənin özünü romantizmdən tam mənada qurtarması mümkün deyil. Çünki romantiklik ancaq, insanın ağlıyla, yəni Quran əxlaqıyla hərəkət etməsi nəticəsində ortadan qalxa bilər.

HZ. HUD

Allah Hz. Hudu Ad qövmünə elçi olaraq göndərmişdi. O da qövmünə Allahın göndərdiyi etibarlı bir elçi olduğunu, etdiyi təbliğ qarşılığında heç bir qarşılıq gözləmədiyini ifadə etdikdən sonra, insanları Allahdan qorxub çəkinməyə çağırmışdır.

Hz. Hud  qövmünü təbliğ edərkən daha əvvəlki elçilərdə olduğu kimi ona da  müxtəlif böhtanlar atılmışdır. Məsələn qövmü Hz. Huda “ağılsız” olduğunu iddia etmişdir. Hz. Hud özünə bu çirkin böhtanı atan qövmünə qarşı əxlaqi üstünlüyünün bir gösrəricisi olan son dərəcə yetkin və şəfqətli bir üslubla cavab vermişdir

Hud dedi: ”Ey camaatım! Mən heç də səfeh deyiləm, lakin mən aləmlərin Rəbbi tərəfindən göndərilmiş bir peyğəmbərəm! Mən sizə Rəbbimin əmrlərini təbliğ edirəm. Mən sizə doğru məsləhət verənəm.” (Əraf Surəsi, 67-68)

DƏCCALIN QURDUĞU TƏLƏLƏR DƏ ALLAHIN İZNİ İLƏDİR

Bu həqiqət heç bir zaman unudulmamalıdır: Bir əsr yarımdır insanları aldadan Darvinizm fitnəsinin qaynağı olan dəccal, Allahın nəzarətində olan bir varlıqdır. Dəccaliyətin yəni masonluğun fitnəsi, səmimi iman edənlər xaric, az qala haradasa bütün insanları içinə ala biləcək böyüklükdə bir fitnədir. Lakin masonların tələsi nə qədər böyük olursa olsun, ağılda tutulması lazım olan həqiqət, qurulan bütün tələlərə ən gözəl qarşılığı verəcək olanın Uca Allah olduğudur. Allah, insanları sınamaq, saleh Müsəlmanları ortaya çıxarmaq, onları öyrətmək və daha bir çox hikmət lazımınca, şeytanın yer üzündəki fəaliyyətlərini və dolayısilə dəccaliyəti də qədər içində var etmişdir və dəccaliyət mütləq məğlub olacaq şəkildə yaradılmışdır. Bu səbəbdən inkar edənlərin tələləri, Allahın icazəsi ilə, heç bir zaman müvəffəqiyyətə çata bilməyəcək. Allah, bir ayəsində bu sirri belə xəbər verməkdədir:

DƏCCAL SİSTEMİ İSA MƏSİHİN VƏ HZ. MEHDİ (Ə.S)-IN ZÜHURU ÜÇÜN XÜSUSİ OLARAQ YARADLMIŞDIR


Uca Rəbbimiz, dünya həyatının sonunun yaxınlaşdığı axır zaman adı verilən dövrdə, bütün çətinliklərin, döyüşlərin, terror, degenerasiya və qorxuların hökm sürdüyü bir zamanda, dünyaya mübarək bir şəxsi göndərəcək və onun vəsiləsiylə hər cür zülmü və ədalətsizliyi sona çatdıracaq. Bu mübarək şəxs Hz. Mehdi (ə.s.)-dır. Hz. Mehdi (ə.s.)-ın zühurunun ardından Hz. İsa (ə.s.) yenidən yer üzünə gələcək və Hz. Mehdi (ə.s.) ilə birlikdə, bütün dünyaya İslam əxlaqını hakim edəcək.

QƏRBDƏ YAŞAYAN MÜSƏLMANLAR İSLAMIN SÜLHSEVƏR VƏ SEVGİ DOLU ƏXLAQINI ƏN GÖZƏL ŞƏKİLDƏ TƏMSİL ETMƏKLƏ MÜKƏLLƏFDİRLƏR

Müsəlmanlar Allahın rəhmətiylə özlərinə iman və hidayət verilmiş müstəsna insanlardır. Allah onları seçmiş, onlara Özündən bir nur və anlayış nəsib etmişdir. Tarix boyunca bütün möminlər, peyğəmbərlər və onları izləyən inananlar Allaha böyük bir sədaqət göstərmiş, hər şərt və mühitdə könüldən Allaha yönəlib dönmüş, var gücləriylə haqqı müdafiə etmiş və insanlara yaxşılığı əmr etmişlər. Bu gün də biz müsəlmanların öhdəsinə peyğəmbərlərin və onları izləyən möminlərin din və gözəl əxlaqda göstərdikləri iradənin eynisini göstərmək, maddi-mənəvi bütün imkanlarımızı səfərbər edərək Allahın varlığını, birliyini və Onun əmr və tövsiyələrini insanlara təbliğ etmək düşür. Xüsusilə, gəncliyin könüldən Allaha bağlı, Allahı çox sevən və Ondan çox qorxan dindar fərdlər olaraq yetişmələrinə vəsilə olmaq bütün dünya müsəlmanlarının üzərinə düşən ən əhəmiyyətli vəzifələrdən biridir.

BAL ARILARI

Allah Quranın bir çox ayəsində yer üzündəki və səmadakı qüsursuz tarazlığa diqqət çəkər və bu mövzular üzərində düşünülməsini istəyir. Çünki düşünən insan Allahın ayələrini görür və Rəbbini daha yaxşı tanıyır.
Quranda bəzi canlılara xüsusilə diqqət çəkilmişdir. Bunlardan biri də arılardır. Arılar hər kəsin varlığından xəbərdar olan kiçik canlılardır. İndi bu canlılar haqqında bir neçə sadə sual soruşaq. Arılar nə edirlər? Bu, hər kəsin cavabını verə biləcəyi bir sualdır: arılar bal və pətək düzəldərlər. Təkrar sual soruşaq: Arılar nə üçün bal düzəldirlər?

Bəzi insanlar bu sualın cavabının nə qədər əhəmiyyətli olduğunun fərqində belə deyil. Bəziləri bu mövzu üzərində heç düşünməmişdir belə. Bəziləri də arının Darvinin təsvir etdiyi kimi bir təkamül müddəti sonunda var olduğunu müdafiyə edir.

YALANIN SONA ÇATMASIYLA MÜRACİƏT EDİLƏN YENİ BİR PSİXOLOJİ ÜSUL

Darvinizmin bir yalan olduğunun açıq şəkildə deyilməsi, təkamül nəzəriyyəsini yalanlayan dəlillərin bir-bir bütün detallarıyla ortaya qoyulması, şübhəsiz 150 illik tarixi boyunca təkamül nəzəriyyəsinin heç qarşılaşmadığı bir şey idi. İnsanların böyük bir qismi, inanclarına zidd gəlməsinə və saxta bir din olduğunu anlamalarına baxmayaraq, Darvinizmə qarşı həmişə susqun dayanır, bu əyri sistemi məcbur olaraq qəbul edirdilər. Təlimçilər, ağıla, məntiqə, elmi dəlillərə və inanclarına tərs düşməsinə baxmayaraq, şagirdlərinə təkamülü öyrətmək məcburiyyətində qalırdılar. Çünki bu insanlar üzərində sıx fikirdən  yayındırma siyasəti tətbiq olunurdu. Darvinizmdə, ancaq təzyiq, şiddət və zorbalıqlar yaşanırdı.