35 MİN İLLİK FLEYTA TARİXİN TƏKAMÜLÜ İDDİASINI TƏKZİB EDİR

Almaniyada aparılan qazıntı işlərində ortaya çıxarılan 35 min illik fleyta bu günə qədər tapılan digər fleytalar kimi tarixin erkən dövrlərində yaşayan insanların inkişaf etmiş sənət zövqünə malik olduğunu göstərir.

Arxeoloq Nikolas Konardın 12 ayrı-ayrı hissə halında tapdığı qızıl kərkəs sümüyündən düzəldilmiş bu fleyta Cənubi Almaniyadakı Hohl Fels mağarasından çıxarılmışdır. 5 dəlikli bu fleyta kövrək olduğuna görə arxeoloq Konard bu alətin funksionallığını yoxlamaq üçün eyni cür sümükdən fleytanın eynilə bənzərini düzəltmişdir. Bu fleyta ilə qərb musiqisinin əsasını təşkil edən yeddi notluq ölçünü istifadə edərək Amerika Milli marşını çalmışdır.

Arxeoloqlar eyni mağarada fleytadan başqa mamont dişindən hazırlanmış altı heykəlcik də tapmışlar.Hollandiya Leyden Universitetindən arxeoloq Uil Roubroks 35 min il əvvəl Avropada qabaqcıl mədəniyyətin hakim olduğunu və bu insanların həyat tərzi ilə günümüzdə insanların həyat tərzinin bənzərlik təşkil etdiyini açıqlamışdır. Arxeoloq Roubroks bu fleytaları müasir insanların da hazırladığını və çaldığını söyləyir. Kanada Viktoriya Universitetindən Eypril Nouell də bu tapıntıların yaxşı inkişaf etmiş əsaslı texnika və ənənənin varlığını meydana çıxardığını açıqlamışdır.


Bu arxeoloji tapıntılar darvinistlərin insanların meymunlarla ortaq əcdadının olduğu iddiasını bir daha təkzib edir. Darvinistlər on minlərlə il əvvəl “səslər” çıxararaq heyvansayağı bir həyat tərzi keçirdiklərini iddia etdikləri meymunabənzər varlıqların kütləvi halda yaşadıqlarını və bu yolla ağıllı və sosial davranışlar təkmilləşdirdiklərini iddia edirlər. Əslində sürü halında yaşayan təkcə bu “primitiv”canlılar deyil. Qorillalar, şimpanzelər, meymunlar və daha bir çox heyvan növü sürülər halında yaşayır. Amma onlardan heç biri insanlar kimi ağıllı və sosial davranışlar təkmilləşdirməmişdir. Heç biri yeddi notluq ölçüdə bir fleyta düzəltməmiş, heykəltaraşlıqla məşğul olmamış, qısaca desək, ağıl və bacarıq göstərməmişlər. Çünki ağıllı və şüurlu davranış yalnız insanlara xas olan xüsusiyyətlərdir. Keçmişdən bu günümüzə qədər izi qalan on minlərlə illik bütün bu əsərlər də bizim kimi ağıl və şüura malik, hesablama, planlaşdırma, istehsal bacarığı olan Allahın ruh verdiyi insanlar tərəfindən meydana gətirilmişdir.



Yuxarıda göstərilən 7 min illik divar rəsmindəki fleyta çalan insan fiquru o dövrün insanlarının musiqi biliyi və mədəniyyətinə, dolayısı ilə, inkişaf etmiş təfəkkürə və mədəniyyətə sahib olduğunu göstərir.



7 min il əvvəl istifadə edilən bir musiqi alətinin çox bənzərinin bu gün hələ də istifadə olunması diqqət çəkən bir vəziyyətdir. Bu darvinistlərin iddiasını yıxan nümunələrdən biridir. Darvinizmin iddia etdiyinin əksinə olaraq mədəniyyət daim irəliləmir, bəzən minlərlə il eyni şəkildə qalır. Bu adam 7 min ildən bəri mövcud olan musiqi alətini istifadə etməyə davam edərkən dünyanın başqa bir tərəfində ən qabaqcıl musiqi alətləri ilə simfoniyalar bəstələnir, hər iki mədəniyyət də eyni dövrdə yaşadılır.

0 yorum:

Yorum Gönder