Çox hündür bir ağacın ən yuxarısındakı budağın ən uc yarpağına qədər suyun necə çata bildiyini heç düşünmüsünüz?
Yaşadığınız binanın zirzəmisindəki anbarın içindəki suyun hidrofor və ya hər hansı güclü bir motor olmadan yuxarı mərtəbələrə çıxması mümkün deyil. Elə ağaclarda da hidrofor kimi güclü pompalama sistemi vardır.
Allah hər ağacı lazımi bütün təchizatı ilə birlikdə yaratmışdır. Belə ki, bir çox ağacdakı pompalama sistemi evlərdə istifadə edilən hidroforun pompalama sistemindən müqayisə edilməyəcək qədər üstündür.
Bitkilərin həyatlarını davam etdirə bilmələri üçün fotosintez etməyə, bu proses üçün də torpaqdakı suya və minerallara ehtiyacları vardır. Ağacların kökləri torpağın altına bir şəbəkə kimi yayılaraq su və mineralları sürətlə sorurlar. Köklər nazik olmaqla bərabər ağırlığı tonlarla olan ağacların torpağa möhkəm bağlanıb dayanmalarını da təmin edirlər. Köklərin torpağı tutma xüsusiyyəti son dərəcə vacibdir, çünki bunun nəticəsində torpaq sürüşmələri və torpağın məhsuldar üst qatlarının yağışlarla yuyularaq itməsi də aradan qalxır.
Köklər torpaqdan su çəkərkən heç bir vasitəyə - alətə ehtiyac hiss etmirlər. Köklərin suyu çəkmə prosesini həyata keçirəcək gücü təmin edən bir motorları yoxdur. Suyu və mineralları metrlərlə uzunluqdakı gövdəyə pompalayacaq texniki vasitələri də mövcud deyil. Bəs köklər geniş bir sahəyə yayılaraq bu işi necə bacarırlar?
Torpağın dərinliklərinə yayılmış köklər bitkinin ehtiyacı olan su və mineralları gövdə və budaqlar vasitəsilə yarpaqlara qədər çatdırırlar. Köklərin torpaqdakı suyu sormaları bir zondlama üsulunu xatırladır. Kök ucları torpaqdakı suyu tapana qədər torpağn dərinliklərini axtarmaqda davam edirlər. Su ağacın kökünə əvvəlcə xarici qılafından və kılcal hüceyrələrdən daxil olur. Hüceyrə içində və hüceyrə qabıqlarından gövdə toxumasına keçir. Buradan da bitkinin hər hissəsinə paylanır.

Bir ağacın qüsursuz şəkildə yerinə yetirdiyi bu proses əslində son dərəcə mürəkkəbdir. Belə ki bu sistemin sirri texnologiya və kosmik əsrə çatdığımız dövrdə belə tam şəkildə açılmayıb. Aöaclardakı bu bir növ “hidrofor sistemi”nin varlığı təqribən iki əsr əvvəl kəşf edilmişdir. Ancaq suyun yerin cazibə qüvvəsinə zidd olan bu hərəkətinin necə baş verdiyinə dəqiq açıqlama gətirən qanun hələ tapılmayıb. Bu mövzuda elm adamları sadəcə müxtəlif nəzəriyyələr irəli sürürlər. Bu nəzəriyyələrin ortaya atdığı mexanizmlrədən təcrübələrlə sübut edilə bilənlər müəyyən dərəcədə keçərli sayılır. Elm adamlarının bütün bu cəhdləri nəticəsində gəlinən nəticə əslində ağaclardakı hidrofor sisteminin qüsursuzluğudur. Belə qüsursuz bir sistem Allah'ın üstün ağlını bizə göstərən dəlillərdən sadəcə bir dənəsidir. Ağaclardakı daşıma sistemlərini də hər şeyi yaradan Allah yaratmışdır.
İnsan bütün varlıq aləmindəki buna bənzər yaradılış möcüzələrini görmək üçün səy göstərməlidir. Beləliklə, insan Allah'ı daha yaxşı tanıyacaq, Onun böyüklüyünü və üstünlüyünü lazım olduğu kimi təqdir edəcəkdir. Allah Quran'da belə buyurmuşdur:
Onunla sizin üçün əkin, zeytun, xurma, üzüm və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda dəlillər vardır! (Nəhl surəsi, 11) |
0 yorum:
Yorum Gönder